Məşğulluqdan və ya əmlakın təqdim edilməsindən gəlir əldə edən
qeyri-rezident fiziki şəxs Azərbaycan mənbəyindən təqvim ili ərzində
əldə etdiyi bu növ ümumi gəlirin Vergi Məcəlləsində müəyyənləşdirilən,
həmin dövrdə bu gəlirə aid olan və ondan çıxılan xərclər qədər azaldılan
məbləği üzrə gəlir vergisinin ödəyicisidir.
Rezident
vergi
ödəyicisinin
gəliri
onun
Azərbaycan
Respublikasında və Azərbaycan Respublikasının hüdudlarından kənarda
əldə etdiyi gəlirlərdən ibarətdir.
Qeyri-rezident vergi ödəyicisinin gəliri onun Azərbaycan
Respublikası mənbələrindən əldə etdiyi gəlirlərdən ibarətdir.
Gəlirlərə aşağıdakılar aiddir:
- muzdlu işlə əlaqədar əldə edilən gəlir;
- muzdlu işə aid olmayan fəaliyyətdən əldə edilən gəlir;
- vergilərdən azad edilən gəlirlərdən başqa bütün digər gəlirlər.
Fiziki şəxs tərəfindən muzdlu işlə əlaqədar alınan gəlir əmək
haqqı, bu işdən alınan hər hansı ödəmə və ya fayda, o cümlədən əvvəlki
iş yerindən, yaxud gələcək muzdlu işdən alınan gəlirdir.
Göstərilən gəlirlərə, xüsusi olaraq bütün növlərdə əmək haqqı,
mükafatlar, əmək haqqına üstəliklər, qonorarlar, təqaüd və muzdlu əmək
müqavilələrinə (saziş, razılaşma) müvafiq olaraq fiziki şəxslər tərəfindən
yerinə yetirilən işlərlə (xidmətlərlə) əlaqədar digər ödənişlər daxildir.