burada:
M – mənfəət;
W – məhsul satışından (işlərin yerinə yetirilməsindən, xidmətlərin
göstərilməsindən) əldə edilən vəsaitin məbləği;
Z – material məsrəfləri;
Ə – müəssisənin bütün işçilərinin illik əmək haqqı fondu;
A – illik amortizasiya ayırmaları;
n - əmlak vergisinin dərəcəsi (1% = 0,01);
Q – müəssisənin vergi tutulan əmlakının dəyəri.
Düsturdan görünür ki, amortizasiya ayırmaları kimi bu vergi də
mənfəətin məbləğini azaldır. Ancaq amortizasiya ayırmaları istehsalın
yeniləşməsinə sərf olunduğu halda əmlak vergisi dövlət büdcəsinə
köçürülür.
Statik vergilər mənfəət normasını birbaşa azaltdığına görə onların
dərəcələrinin
son həddi kapitalın rentabelliyi (illik mənfəət norması)
əsasında təyin olunur. Əgər bu verginin dərəcəsi kapitalın rentabelliyini
depozit faizinin orta dərəcəsi ilə müqayisəyə imkan verərsə, onda
müvafiq istehsal öz fəaliyyətini dayandıracaqdır. Əgər verginin dərəcəsi
həddindən artıq aşağı olarsa, onda vergi özünün
sanitar funksiyasını
həyata keçirə bilmir. Beləliklə, statik vergilər təkcə sanitar funksiyasını
yerinə yetirmir və həm də dolayı yolla da olsa, müəssisənin iqtisadi
fəaliyyətinə təsir göstərir. Belə ki, onun artırılması müəyyən növ
əmtəələrin istehsalının azalmasına səbəb olur. Ona görə də bu vergilərin
dərəcələri elə təyin olunmalıdır ki, onlar müəssisənin dinamikasına yox,
yalnız statistikasına təsir etmiş olsun. Dərəcələr kifayət qədər yüksək
təyin olunmalıdır ki, müəssisələri fəaliyyətsiz qalan istehsal
fondlarından azad olmağa məcbur etsin, lakin elə bir həddə olmalıdır ki,
istehsalı dayandırmasın. Belə ki, əgər avadanlıq səmərəli istifadə
olunursa, bu avadanlıqdan hesablanan vergi müəssisənin fəaliyyətinə
təsir etməsin.
Dostları ilə paylaş: