Tarazlıq prinsipi. Bu prinsipin əsas məqsədi dövlət xəzinəsinin və
vergi ödəyicilərinin maraqlarını tarazlaşdırmaqdan ibarətdir. Vergi
dərəcəsinin yüksəlməsi büdcənin gəlirlərinin artımına səbəb olur. Lakin
nəzərə almaq lazımdır ki, bu yüksəliş elə bir həddə çata bilər ki,
istehsalçının xalis gəlirlərinin əsas hissəsi tamamilə vergilərin
ödənilməsinə sərf olunar. Bu isə iqtisadi fəallığın aşağı düşməsinə,
vergidən yayınma hallarının kütləvi xarakter almasına səbəb olar. Buna
görə də vergitutmanın bir iqtisadi kateqoriya kimi həddi olmalıdır.
Verginin həddi dedikdə, dövlət xəzinəsi və vergi ödəyicisi üçün elə bir
optimal səziyyə başa düşülür ki, həmin səviyyədən müəyyən qədər