Səmərəlilik prinsipi. Bu prinsipə əsasən yığılmış verginin məbləği
onun yığılmasına çəkilən xərclərin cəmindən çox olmalıdır. Müəyyən
növ vergilərin, məsələn, fiziki şəxslərin əmlak vergisinin yığılması
zamanı bu prinsipə əməl olunmur, çünki bəzən yığılan verginin məbləği
vergitutma obyektlərinin müəyyənləşdirilməsi, vətəndaşların xəbərdar
edilməsi, vergilərin yığılması və onlara nəzarətlə bağlı xərcləri ancaq
ödəyir.
5. Vergitutmanın funksiyaları
Bazar iqtisadiyyatlı bütün ölkələrdə vergilərdən büdcə
münasibətlərinə və mal, iş və xidmət istehsalçılarına birbaşa təsir
vasitəsi kimi istifadə olunur. Vergilər vasitəsi ilə ictimai tələbatla onun
ödənilməsi üçün zəruri olan ehtiyatlar arasında nisbi tarazlığa nail
olunur, təbii ehtiyatlardan səmərəli istifadə edilməsi təmin edilir.
Vergilər vasitəsi ilə dövlət iqtisadi, sosial və digər ictimai problemləri
həll edir.
Bu nöqteyi nəzərdən vergilər aşağıdakı beş əsas funksiyanı yerinə
yetirir:
- fiskal funksiya;
- bölüşdürücü funksiya;
- tənzimləyici funksiya;
- inteqrasiyaedici funksiya;
- nəzarətedici funksiya.
Bu funksiyaları sxematik olaraq şəkildə olduğu kimi göstərmək
olar: