FəNN: vergiLƏr və vergitutma mühaziRƏ MÜƏLLİMİ: İ. E. D. M. C. HÜseynov



Yüklə 1,65 Mb.
Pdf görüntüsü
səhifə50/179
tarix02.01.2022
ölçüsü1,65 Mb.
#46450
1   ...   46   47   48   49   50   51   52   53   ...   179
Vergilər Və Vergitutma

KitabYurdu.az 
37


cəmiyyətdə  gəlirlərin  yenidən  bölüşdürülməsinə  gətirib  çıxarır.  Bunun 
da  əsasında  cəmiyyətin  müəyyən  bir  təbəqəsinə  müavinətlərin 
ödənilməsi üçün digər təbəqəsindən vergilər tutulur. Müasir cəmiyyətdə 
sosial stabilliyin təmin edilməsinin əsas vergi vasitələri aşağıdakılardır: 
 
- əmək haqqından sosial sığorta fonduna ayırmalar şəklində tutulan 
vergilər; 
 
Fiziki şəxslərin gəlir vergisi üzrə vergi güzəştləri. 
 
Tənzimləyici  funksiya.  Bu  funksiya  vergi  mexanizmləri  vasitəsi 
ilə  dövlətin  qarşıya  qoyduğu  müəyyən  məqsədlərə  nail  olunmasına 
xidmət  edir.  Bu  funksiya  vasitəsi  ilə  vergilər,  təkrar  istehsal  prosesinə 
onun  sürətini  stimullaşdırmaq  və  ya  ləngitməklə  əhəmiyyətli  təsir 
göstərir, kapital xidmətini gücləndirir və ya zəiflədir, ödəniş qabiliyyətli 
tələbi artırır və ya azaldır. 
 
Görkəmli ingilis iqtisadçısı C.Keynsin fikrincə vergilər cəmiyyətdə 
yalnız iqtisadi münasibətləri tənzimləmək üçün mövcuddur. 
 
Vergilərin  tənzimləyici  funksiyasını təhlil  edərkən  onun  aşağıdakı 
üç alt funksiyasını qeyd etmək lazımdır: 
 
- stimullaşdırıcı alt funksiya
 
- ləngidici alt funksiya; 
 
- təkrar istehsal alt funksiyası. 
 

Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   179




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin