FəNN: vergiLƏr və vergitutma mühaziRƏ MÜƏLLİMİ: İ. E. D. M. C. HÜseynov



Yüklə 1,65 Mb.
Pdf görüntüsü
səhifə53/179
tarix02.01.2022
ölçüsü1,65 Mb.
#46450
1   ...   49   50   51   52   53   54   55   56   ...   179
Vergilər Və Vergitutma

1. Vergi ödəyiciləri 
 
Azərbaycan  Respublikası  Vergi  Məcəlləsinə  uyğun  olaraq  müəyyən 
edilmiş  vergitutma  obyektlərindən  vergi  ödəyən  istənilən  şəxs  vergi 
ödəyicisi hesab olunur. Ənənəvi olaraq vergi ödəyiciləri kimi hüquqi və 
fiziki  şəxslər  çıxış  edirlər.  Bununla  bərabər  vergi  qanunvericiliyində  
vergi  ödəyicilərinin  digər  kateqoriyaları  da  nəzərdə  tutulur.  Bunlara 
müəssisələrin  müstəqil  sürətdə  mal  təqdim  edən,  iş  görən  və  xidmət 
göstərən  filial  və  nümayəndəlikləri,  xarici  hüquqi  şəxslərin  daimi 
nümayəndikləri aid edilirlər. 
Vergi  ödəyiciləri  öz  vəsaitləri  hesabına  vergini  ödəyən  şəxslər 
olduğundan, onları vergi daşıyıcılarından fərqləndirmək lazımdır.«Vergi 
daşıyıcısı» anlayışı əsasən iqtisadi aspektdə işlədilir və o, vergi yükünü 
daşıyan  şəxsdir.  Daha  doğrusu,  son  nəticədə  vergi  büdcəyə  vergi 
daşıyıcısının  hesabına  ödənilir.  Məsələn,  əlavə  dəyər  vergisinin 
ödəyicisi  əlavə  dəyər  vergisi  ödəyicisi  kimi  uçota  alınmış  şəxs,  onun 
daşıyıcısı isə əlavə dəyər vergisinə cəlb edilmiş malı olan şəxsdir. 
Vergi  agenti-vergini  hesablamağa,  onu  vergi  ödəyicisindən  tutmağa 
və təyinatı üzrə köçürməyə borclu olan şəxsdir. 

Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   179




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin