- xronometraj metodu ilə aparılan sonuncu müşahidədən sonra
istehsal həcminin və ya satış dövriyyəsinin dəyişməsi ilə əlaqədar
xronometraj metodu ilə yeni müşahidənin aparılmasını vergi
orqanlarından tələb etmək;
- vergi orqanlarında müəyyən edilmiş qaydada qeydiyyatdan
keçirilməsi üçün nəzarət-kassa aparatının müəyyən olunmuş modelini
sifariş vermək;
- vergi ödəyicisi tərəfindən nağd pul hesablaşmalarının nəzarət-kassa
aparatları vasitəsiylə həyata keçirmək.
Vergi agenti də vergi ödəyicisi ilə eyni hüquqlara malikdir.
Vergi ödəyicisinin hüquqları və qanuni maraqları vergi orqanlarının
və onların vəzifəli şəxslərinin səlahiyyətləri ilə təmin edilir.
Vergi ödəyicisinin hüquqlarının və qanuni maraqlarının təmin
olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.
Dostları ilə paylaş: