Mənlik şüurunun strukturunda aşağıdakı üç cəhəti xüsusilə fərqləndir-mək
lazımdır:
1. “Mən-obraz” – insanın özü haqqında təsəvvürləri (buna başqa sözlə, psixoloji
avtoportret də deyilir):
2. Özünüqiymətləndirmə - insanın özünün özü haqqındakı təsəvvürlərinin
adekvat surətdə qiymətləndirilməsi;
3. Potensial davranış reaksiyaları – insanın “Mən obrazı” və özünə verdiyi
qiymətlərin onun davranış və rəftarında təzahür etməsi.
Mənlik şüuru sözün əsl mənasında yeniyetməlik və gənclik yaşlarında formalaşsa
da onun mənbəyi, qaynaqları əvvəlki yaş dövrlərinə təsadüf edir. Məsələn, mənlik
şüurunun formalaşması prosesinin köklərini araşdırarkən ilk növbədə körpə uşaqların