Dr.Musa’s Library
Facebook/Psixologiya Kitabları
147
üzvləri arasında müxtəlif səviyyələrdə dərk edilən obyektiv və subyektiv ziddiyyətlər təşkil
edir.
Konflikt şəraiti anlayışı isə
konflikt anlayışına nisbətən daha genişdir.
Konflikt şəraiti
- dedikdə, konfliktin özü ilə yanaşı onu şərtləndirən bütün səbəblər və şərtlər nəzərdə tutulur.
Konfliktin
konstruktiv və
destruktiv funksiyalarını fərqləndirə bilərik.
Konfliktin
konstruktiv funksiyası onunla ifadə olunur ki, o, kollektivin inkişafının mənbəyinə çevrilir,
yeni məqsədlərin, normaların, sərvətlərin və s.-nin yaranması ilə nəticələnir. Əgər konflikt
qrupda qarşılıqlı münasibətləri pozur, sərvət meyllərinin vəhdətini zəiflədir, qrup həmrəyliyini
aşağı salırsa, bu zaman o, özünün funksiyasına görə
destruktiv xarakter kəsb edir.
Konstruktiv konfliktlər, adətən, prinsipial mübahisələr, müzakirələr, disputlar,
destruktiv konliktlər isə xırda çəkişmələr, dedi-qodular, qalmaqallar və s. formalarında təzahür
edir.
Hər bir qrup və ya kollektivdə konflikt üfüqi xətt üzrə-xidmət vəzifəsinə görə bərabər
mövqeyə malik olan işçilərlə şaquli xətt üzrə xidmət vəzifəsinə görə müxtəlif mövqeyə malik
olan işçilər arasında yarana bilər. Konflikt həm də mədəniyyət problemidir. Işçilərin mədəni
səviyyəsi aşağı olduqda hətta öz-özlüyündə çox əhəmiyyətli olan işgüzar konfliktlər belə
asanlıqla məhdud şəxsi konfliktə çevrilir.
Idarəetmədə qarşıya çıxan bu halların aradan qaldırılması və onların profilaktikası üçün
rəhbər kadrlar hadisələrin psixoloji mahiyyətini, səbəblərini öyrənməli və onların aradan
qaldırılması üçün müvafiq psixoloji hazırlığa malik olmalıdırlar. Bu problemlərin həlli üçün
peşəkar psixoloqların, ekspertlərin iştirakı ilə təşkilatda müvafiq psixoprofilaktik,
psixoterapevtik tədbirlər keçirmək, içşilərin psixodiaqnostikasını həyata keçirmək, işçilər
arasında psixoloji maarifləndirmə işlərinin aparılması tələb olunur.
Musa QƏHRƏMANOV