1. Fiziki keyfiyyətlər nəzəriyyəsinə görə, liderlər yüksək fiziki keyfiyyətlərə: uca boya,
cəlbedici, cazibədar görkəmə malik olan, fiziki cəəhtdən güclü insanlar olurlar. Müşahidələr
və tarixi faktlar bu nəzəri baxışların yalnış olduğunu göstərdi və bu nəzəriyyə özünü
doğrultmadı, belə ki, tarixdə görkəmli şəxsiyyətlər, sərkərdələr, dövlət başçıları çox hallarda
uca boylu olmayan, fiziki cəhətdən o qədər də fərqlənməyən insanlar olmuşlar.
2. Ziyalılıq konsepsiyasına görə lider verbal, kommunikativ qabiliyyətləri və
qiymətləndirmə bacarığı ilə fərqlənir. Bu keyfiyyətlər onun özünü lider kimi təsdiq etməsinə
imkan verir. Liderdə bu keyfiyyətləri aşkar etməklə, onun idarəetmə fəaliyyətini
proqramlaşdırmaq mümkündür.
Sosial psixologiyada formalaşmış liderlər nəzəriyyələrində üç əsas yanaşma
formalaşmışdır: əlamətlər nəzəriyyəsi, situativ nəzəriyyə, sintetik nəzəriyyə.