Sosial Psixologiya - Mühazirələr (az) 100521161548 051021211057-1
Dr.Musa’s Library Facebook/Psixologiya Kitabları 144
dinamikdir, şəxsiyyətlərarası münasibətlərin formalaşması xüsusiyyətlər-indən köklü surətdə
asılıdır.
4. Rəhbər işçiyə qanunla müəyyən hüquq və səlahiyyətlər verilir, lider isə qanunla
müəyyən edilmiş sanksiyalar sisteminə malik deyildir.
Beləliklə, rəhbərlik və liderlik idarəetmə prosesinin iki müxtəlif tərəfi-hüquqi hakimiyyət
(rəhbərlik) və psixoloji təsir (liderlik) kimi özünü göstərir.
Qərb sosial psixologiyasında liderlik probleminin kökləri XX əsrin əvvəllərinə
(A.M.Terman və s.) təsadüf etsə də həmin fenomenin tədqiqi sahəsində empirik-laborator
mərhələ 30-cu illərədn etibarən başlayır. 30-cu illərdə K.Levin və onun əməkdaşlarının
(R.Lippit, K.Uayt və b.) eksperimentlərindən sonra lider anlayışı da geniş yayıldı.
Təxminən 60-cı illərə qədər bu sahədə ən məşhur nəzəriyyə “liderlik keyfiyyətləri”
nəzəriyyəsi olmuşdur. E.Boqardus, Smit, Kruger və başqaları ancaq liderə xas olan onlarla
anadangəlmə keyfiyyətlər kompleksi müəyyən etmişlər. Onların fikrincə, guya hər hansı bir
şəraitdən və ya qrupdan asılı olmayaraq həmin keyfiyyətlər liderin başqa adamlar üzərində
hakimiyyətini öz-özünə müəyyən edir.
Liderlik haqqında liderliyin əlverişli şəraiti nəzəriyyəsinin banilərindən biri hesab
edilən R.Stoqdill göstərirdi ki, bir şəraitdə lider olan şəxsiyyət başqa bir şəraitdə lider olmaya
bilər. ABŞ psixologiyasında liderliyin funksional nəzəriyyəsi formalaşmışdır. Onun banisi T.
Homans belə hesab edirdi ki, qrupun tələbat və mənafeyini təmin edə biləcək lideri qrup özü
seçir.
Təcrübə göstərir ki, qrup fəaliyyətinin səmərəliliyi rəhbərlik üslubundan əsaslı şəkildə
asılıdır.
Sosial psixologiyada 5 cür rəhbərlik üslubu qeyd edilir: 1. Avtokratik - rəhbərlik üslubuna malik olan liderlər bir növ müstəbid olurlar. Adətən
avtokratik və avtoritar liderlər qrup üzvlərinin fikir və ideyalarını nəzərə almadan mütəqil
hərəkət edirlər. Əmr, göstəriş, təlimat, töhmət, təşəkkür onların qrup üzvləri ilə əsas əlaqə
forması olur.