Microsoft Word Sosial Psixologiya docx



Yüklə 1,94 Mb.
Pdf görüntüsü
səhifə2/283
tarix02.01.2022
ölçüsü1,94 Mb.
#46574
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   283
Sosial Psixologiya - Mühazirələr (az) 100521161548 051021211057-1

Dr.Musa’s Library
Facebook/Psixologiya Kitabları
3
Mövzu 1. 
Sosial psixologiyanın obyekti və predmeti 
Plan: 
1.  Sosial psixologiyanın tədqiqatın obyekti və predmeti.  
2.  Psixi həyatın sosial kökləri: interpsixika fenomeni.  
3.  Sosial psixologiyanın tərifi  
4.  Sosial psixologiyanın bölmələri 
5.  Elmlərin təsnifatı; sosial psixologiya və həmsərhəd elmlər. 
6.  Sosial psixologiyanın problemləri və vəzifələri  
 
1. Sosial psixologiyanın tədqiqat obyekti və predmeti problemi.  
Hər bir elm haqqında söhbət açarkən, ilk növbədə, diqqəti iki anlayış cəlb edir: biri elmin 
obyekti, digəri isə elmin predmeti və ya mövzusudur.  
Elmin obyekti - onun tədqiq etdiyi obyektiv reallıq nəzərdə tutulur. Məsələn, müasir 
dövrdə  insanı  öyrənən  200-ə  qədər  elm  sahəsi  vardır.  Başqa  sözlə,  insan  müxtəlif  elmlərin 
tədqiqat  obyektidir.  Məhz  buna  görə  də  elmlər  öyrəndikləri  obyektə  görə  deyil,  əsasən 
predmetlərinə  görə  bir-birindən  fərqlənir.  Hər  bir  elmin,  o  cümlədən  insanı  öyrənən  elm 
sahələrindən hər birinin özünəməxsus predmeti vardır.  
Elmin predmeti - onun öyrəndiyi sahəyə, öz obyektinə hansı baxımdan, hansı nəzəri və 
ya praktik cəhətdən yanaşması nəzərdə tutulur. Elmin predmeti - onun öz obyektinə yanaşma 
tərzini, başqa sözlə, tədqiqat metodlarını da təyin edir və müəyyən anlayışlar sisteminin köməyi 
ilə şərh olunur.  
Sosial psixologiyanın predmetini nə təşkil edir? Sosial psixologiya - ayrı-ayrılıqda sosial 
və ya psixoloji hadisələri öyrənmir. Onun fenomenologiyasını sosial-psixoloji hadisələr təşkil 
edir.  

Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   283




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin