Sosial Psixologiya - Mühazirələr (az) 100521161548 051021211057-1
2. Psixi həyatın sosial kökləri: interpsixika fenomeni. İnsanın psixi həyatı sosial xarakter daşıyır. L.S.Vıqotski bu cəhəti izah edərək göstərirdi
ki, uşağın mədəni inkişafında hər bir funksiya iki dəfə, iki planda - əvvəlcə sosial, sonra
psixoloji planda, əvvəlcə insanlar arasında interpsixi, sonra isə uşağın daxilində intrapsixi kateqoriya kimi meydana çıxır. Məsələn: Əvvəlcə ana balaca uşağın diqqətini müəyyən bir
cismə cəlb edir. O, əli ilə həmin cismi göstərərək deyir: gör nə qəşəng quşdur. Uşaq ananın
göstərdiyi istiqamətdə quşa baxır. Bu şəraitdə diqqət ana ilə uşaq arasında bölünmüş funksiya
- interpsixi funksiya kimi meydana çıxır. Tədricən o, daxili prosesə, yəni intrapsixi funksiyaya - uşağın özünəməxsus daxili funksiyasına çevrilir.