Dr.Musa’s Library Facebook/Psixologiya Kitabları 4
İnsan psixologiyasının sosial xarakter daşıması, ictimai münasibətlərlə şərtlənməsi
psixologiya elmi üçün nəzəri-metodoloji əhəmiyyətə malikdir. Sosial psixologiya - sosial-
psixoloji faktları xüsusi tədqiqat sahəsi kimi ayırıb onların qanunlarını və mexanizmlərini geniş
miqyasda öyrənir.
İnterpsixika fenomeni – sosial psixoloji baxımdan xüsusi əhəmiyyətə malikdir. Hər bir
insanın mürəkkəb və təzadlı bir aləmi - insanlar aləmi var. Hər bir adam min bir görünməz
tellə başqa adamlarla əlaqədardır. Bu əlaqələr nəinki birbaşa, həm də dolayı, yaxud vasitəli
xarakter daşıyır. İnsanın həyatının bütün sosial-psixoloji məziyyətləri bilavasitə bu kökdə
qaynaqlanır. İnsan hətta tək olanda da bu aləmin qayğıları ilə yaşayır.