Sosial psixologiya - belə bir fundamental fakta istinad edir: insan rabitə və münasibətlərə
girərkən onun davranış və rəftarında fərd üçün səciyyəvi olmayan xüsusiyyətləı əmələ gəlir.
Məsələn, iki adamın qarşılıqlı təsiri şəraitində özünənəza- rət proseslərinin xarakteri köklü
surətdə dəyişir və onlar intensiv surətdə inkişaf etməyə başlayırlar (B.F.Lomov, 280). Sosial psixologiya - olduqca müxtəlif və çoxcəhətli olan bu faktları sistemli təhlil edir.
3. Sosial psixologiyanın tərifi və onun predmeti Sosial psixologiya - fərdlərin davranışını sosial stimulların funksiyası kimi öyrənir
(Yones, Gerard).
Sosial psixologiya - davranışı koqnitiv aktivliyin nəticəsi kimi araşdırır (Stetland və
Kanona).
Sosial psixologiya – fərdi davranışlar arasındakı asılılığı və qarşıqlı əlaqənin
qanunauyğunluqlarını araşdırır (Zayons)
Sosial psixologiya – insanların simvolik davranışının öyrənir (Moskoviçi)