Sosial Psixologiya - Mühazirələr (az) 100521161548 051021211057-1
8. Rəhbərlik və liderlik probleminə dair Məlumdur ki, qrupa daxil olan adamlar qrup fəaliyyətinin məzmununa və bir-birinə
münasibətdə eyni mövqedə dayana bilməzlər. Həcmindən və xarakterindən asılı olmayaraq
qrupdaxili münasibətlər paritet (latınca paritas və ya paritatis bərabərlik deməkdir) xarakter
daşımır, başqa sözlə, qrupda şəxsiyyətlərarası münasibətlər qrup üzvlərinin sosial-psixoloji
statusunu əks etdirir. Psixologiyada bu cəhət “rəhbər işçi”, “lider”, “tabe işçi” və s. kimi
anlayışlarla ifadə olunur.
Hər bir qrupun öz başçısı olur. Bu cəhətdən kollektivin idarə olunması prosesində iki
cəhəti: rəhbərlik və liderliyi fərqləndirirlər: