vələrində (Qazax, Şəкi, Tovuz) xuy sözünə “xasiyyət, xaraкtеr” mə-
nasında təsadüf olunub: Xuyunu bilmədiyin atın dalına niyə keçirsəŋ (Tovuz); Atı at yanna bağlarsan at xuyu götürər, it yanna bağlarsan it (Şəki) (7, 230). Xuylan(maq) feili xuy ismindən düzəlmişdir (54, 85).
Türk ədəbi dilində huy leksemi “xasiyyət, xaraкtеr, xilqət” mə-
nalarını ifadə edir (75, 503): O da bu huyunu iyi bilir, insan içinе pеk karışmazdı (127, 37).
Azərbaycan dilinin şifahi xalq ədəbiyyatı nümunələrində xoy sözü işlənib: Atı at yanında bağlarsan, həmrəng olmasa da, həm xoy olar (Atalar sözü); Koroğlu: Bir xələt biçərəm Eyvaz boyuna; İncimə- rəm xasiyyəti-xoyundan “Koroğlu”; Əl işin, gül naxışın; Xoyun, xasiy- yətin gözəl (Aşıq Ələskər) (11, 481-482).
Qədim türk dili abidələrində fars mənşəli olan xūy leksik vahi-
dinin xūy–xū, xūy–u, xū şəklində “təbiət, xoy və adət” mənalarında
işlənib. Bu sözün xuylan(maq)>xūlanmaq, xulanmaq variantları da
qeyd olunub (103, 108).
İdmax//İtmax. Azərbaycan dilinin Şəki, Zaqatala şivələrində
“itələmək” mənasında işlənir: Duran yerdə gəldi məni iddi; Məni idmə (Şəki) (7, 231).
Haqqında bəhs edilən leksik vahid türk ədəbi dilində eyni mə-
nanı ifadə edir (75, 567): Onu itti yürüdü(Ömer Seyfettin); Benim elimi bırakarak kapıyı itti (Kerime Nadir) (69, 1476).
İtmək kökündə “toqquşmaq, əliylə vurub geriyə atmaq, uzaq-
laşdırmaq, əllə uzaqlaşdırmaq”mənaları gizlidir (80, 355).
Nəm çekmeg. Bu frazeoloji birləşmə Azərbaycan dilinin Bakı
dialektində “tez-tez küsmək” mənasında qeyd olunub (7, 372).
Türk ədəbi dilində nem kapmak frazeoloji birləşməsi “hər şey-
dən təsirlənmək, tez küsmək” mənalarını ifadə edir: Her şeyden nem kapma (69, 2328).