j). D. Mak - Klellandın üç amilli tələbat nəzəriyyəsi. Devid Mak-Klelland ilkin hesab edilən fizioloji tələbatın rolunu
inkar etməmək şərtilə qeyri-maddi, «ikinci» tələbata üstünlük vermiş,
üç yüksək səviyyəli tələbatın daha önəmli olmasını irəli sürmüşdür:
1. Uğurlara olan tələbat: məqsədə çatma, özünü reallaşdırma,
fərdi inkişafa nail olma, əsassız risklərdən uzaq olma və s.;
2. Hakimiyyətə tələbat: rəhbər vəzifəyə cəhd etmə, başqasının
davranışına nəzarət etmə;
3. Mənsubiyyət tələbatı: müxtəlif səviyyəli pillələrdə olan
menecerlərin tələbatlarındakı fərqlər.