109
3.3. MENECMENTİN MOTİVLƏŞDİRMƏ FUNKSİYASI
Motivləşdirmə, birinci növbədə fizioloji
və psixoloji tələbatdan
irəli gəlir. Motivləşdirmə anlayışı çox aspektli və çox istiqamətlidir.
Ayrı-ayrı müəlliflər bu anlayışı: ehtiyac, məqsəd, arzu, istək, ehtiras,
tələbat, sövqetmə, zərurət, mükafatlandırma və s. kimi ifadə edirlər.
Qeyd edək ki, «motivasiya» sözü latınca olub «sövqetmə», «maraq
oyatma» mənası daşıyır. Hər bir ehtiyac (psixoloji və yaxud fizioloji)
insanda müvafiq davranış əmələ gətirir və onu fəallaşdırır. Əslində
fizioloji və psixoloji tələbatlar, hansısa daxili və ya mənəvi ehtiyacın
hiss edilməsidir.
Hər bir rəhbər başa düşməlidir ki, hətta çox gözəl hazırlanmış
planlar və ən
kamil struktur belə, icraçı olmadan təşkilatın faktiki
işinin yerinə yetirilməsində heç bir əhəmiyyət kəsb etmir.
Motivləşdirmə funksiyasının qarşısında duran əsas məqsəd odur ki,
təşkilatın üzvləri –hər bir icraçı, tapşırılmış vəzifələrə uyğun və
planları anlayaraq qarşıda duran işləri yerinə yetirsinlər.
Rəhbərlər, həmişə öz işçilərinə qarşı müxtəlif motivləşdirmə
tədbirlərini həyata keçirmişlər. Qədim dövrlərdə «qamçı və qoğal»
prinsipi daha çox tətbiq edilmişdir. XVIII əsrin sonları və XIX əsrin
əvvələrində belə bir fikir geniş yayılmışdı ki, adamların çox
qazanması üçün imkan varsa, onlar həmişə çox işləyəcəklər. Hesab
edilirdi ki, motivləşdirmə - yaxşı səy göstərməyin əvəzində verilən
münasib pul mükafatıdır. Elmi idarəetmə məktəbinin nümayəndələri
110
motivləşdirməyə bu əsasdan yanaşırdılar. Davranış üzrə aparılan
tədqiqatlar, sırf iqtisadi yanaşmanın əsassız olduğunu sübut etdi.
Rəhbərlər bildilər ki, motivləşdirmə (başqa sözlə, fəaliyyət
göstərməyə maraq oyatma, həvəsləndirmə) daim dəyişən mürəkkəb
tələbatlar sisteminin təzahür formasıdır.
Menecment fəaliyətində ən başlıca amil, işçiləri qarşıya
qoyulmuş məqsədin yerinə yetirilməsinə yönəltmək və icranı təmin
etməkdir. Bu məqsədlə müxtəlif motivləşdirmə
nəzəriyyələri
yaradılmışdır.
Devid Boddi, Robert Peytona görə bunlar aşağıdakılardır:
1).
məzmun nəzəriyəsi - adamların tələbatı və məqsədlərinin
müəyyən edilməsi baxımından;
2).
proseslərlə bağlı nəzəriyyələr - fəaliyyət sahəsi baxımından;
3).
sosial təsir nəzəriyyəsi - başqalarının davranışına təsir etmək
üçün istifadə edilməsi baxımından.
Menecerlər, bu nəzəriyyələri iş yerində adamların davranışını
öyrənmək, motivləşdirmə sistemi yaratmaq və onların fəaliyyətlərini
stimullaşdırmaq üçün geniş miqyasda istifadə edirlər. Onlar,
motivasiyalı təsiri səmərəli fəaliyyətin mühüm şərti və tərkib hissəsi
kimi qiymətləndirirlər.
Motivləşdirmə, insanla - hər bir işçi ilə bağlı olduğuna görə,
onların
daxili və xarici hərəkətverici qüvvələrinin məcmusunu təşkil
edir. Motivləşdirmə prosesi, bu tələbatlarıı ödəmək üçün müəyyən
tapşırıqları icra etməklə bağlıdır. Bu prosesin aşağıdakı mərhələləri
vardır:
1.
tələbatın meydana çıxması;
2.
tələbatı ödəmə yollarının axtarılması;
3.
fəaliyyət istiqamətinin
seçilməsi;
4.
fəaliyyətin həyata keçirilməsi;
5.
yaxşı fəaliyyətə görə mükafat;
111
6.
tələbatı ödəmə, hansı motivin daha çox təsiredici olmasının
araşdırılması.
Bildiyimiz kimi, əmək davranışı sosial davranışın mühüm
variantlarından biridir. Əmək davranışının həm sosial, həm də
funksional məzmun xarakteri vardır. Buna həm işçinin peşəkarlıq
keyfiyyətləri, əmək mühiti, həm də sosial
gərginlik səviyyəsi təsir
göstərir. Ona görə də əmək davranışı, bir tərəfdən əmək prosesinin
funksional
alqoritmini və mənafeləri, digər tərəfdən isə sosial
standartları, davranış tərzlərini əks etdirir.
Hər bir işçinin öyrənilməsi və onun peşə fəaliyyətinin
optimallaşdırılması müasir dövrdə ən vacib problemlərdəndir. Bunun
sosial-mədəni aspektdə təhlili daha vacibdir. Son vaxtlar insanın
sahələrarası elmlər tərəfindən öyrənilməsi ilə bağlı inteqrativ-
kompleks elm olan
akmeologiya elmi meydana çıxmışdır.
Akmeologiya - psixologiya, fəlsəfə,
sosiologiya, fiziologiya,
genetika
və pedaqogika elmlərinin bir növ sintezidir.
Motivləşdirmə nəzəriyyələrinin idarəetmə prosesində mühüm
rol oynadığını nəzərə alaraq, aşağıda, yaradılmış və hal-hazırda
mövcud olan motivləşdirmə nəzəriyyələrinin qısa məzmununa nəzər
salaq.
Dostları ilə paylaş: