Strateji planlaşdırma - (strategiya – latınca “sərkərdənin
məharəti”, uzaqgörmə deməkdir) görüləcək işin əvvəlcədən uzun
müddətli planlaşdırılmasıdır. Bu plan olmazsa, orta və cari planların
hazırlanması və həyata keçirilməsi də mümkün olmaz.
Orta müddətli planlaşdırma strateji planlaşdırmadan törəyir və
onun icrasına yönəlir. Orta planlaşdırma həm real işlərin nəticəsinə
görə, həm də norma və normativlərin müqayisəli tutuşdurulmasına
görə qurula bilər.
95
Cari planlaşdırma bilavasitə işlərin icrası ilə bağlıdır və
gündəlik işlərin gedişinə mütənasib qurulmalıdır.
Orta və cari planlaşdırma barədə daha ətraflı məlumat
«Müəssisə iqtisadiyyatı» fənnində verilmişdir. Bu səbəbdən də,
bunları geniş açıqlamırıq.
Strateji plan idarəetmənin təşkili və planlaşdırılmasının
əsasıdır. Strareji planlaşdırmanın ardıcıllıq mərhələləri aşağıdakı
sxemdə verilmişdir (Şəkil 12).
Sxemdə verilmiş ardıcıllıqla müəssisənin strategiyasının
müəyyənləşdirilməsi mərhələlərini izah edək:
1. Missiya – ali məqsəddir. Ali məqsəd 2 istiqamətə yönələ
bilər: a). İstehsalla məşğul olmaq; b). Kommersiya işi ilə məşğul
olmaq.
İstehsal fəaliyyəti üçün xammal, avadanlıq, texnologiya və. s
lazımdır. Kommersiya fəaliyyəti üçünsə bunlar yox, digər amillər –
bazar, bank, biznes və s. vacibdir.
Missiyanın müəyyən olunmasında aşağıdakı amillər zəruridir:
- Məramın nəzəri əsaslandırılması.
- İqtisadi təhliletmə: işi təşkil etmək üçün iqtisadi mühitin
yararlı-yararsız olması və iqtisadi mühitin nəzərə alınmasının
vacibliyi.
- Siyasi mühitin nəzərə alınması.
- Sosial vəziyyətin öyrənilməsi.
- Estetik və intelektual mühit.
- Dini və milli xüsusiyyətlər.
96
Şəkil 12. Strateji planlaşdırmada ardıcıllıq
2. Məqsəd – missiyadan yaranır və onu həll etmək üçün qarşıya
qoyulur. Burada bir məqsəddən yox, məqsədlər çoxluğundan
danışmaq olar. Çünki, missiyanı həyata keçirmək üçün qarşıya çıxan
vəzifələr və tapşırıqlar yeni-yeni vəzifələr qarşıya qoyar və bu da
məqsədlər çoxluğunu yaradır.
3. Mühit – xarici və daxili təsir amilləri kimi mövcuddur.
Məqsədə çatmaq üçün mühiti öyrənmək lazımdır, çünki o, məqsədə
nail olmaqda həlledici rol oynayır.
4. Zəif və güclü amillərin tədqiqi. Hər bir müəssisə öz
vəziyyətini yoxlayaraq zəif və güclü cəhətlərini aşkar edir. Bu halda,
zəif cəhətləri aradan götürmək, güclüləri isə daha da yaxşılaşdırmaqla
üstünlük əldə etmək olar.
5. Strateji alternativlərin təhlili.
Çatışmamazlıqları aradan qaldırmaq üçün alternativ variantlar
hazırlamaq və onlardan birini - ən səmərəli olanını seçmək lazımdır.
Alternativ – hər hansı bir tədbirdə alınacaq son nəticənin müxtəlif
variantlarının olmasıdır. Yalnız bu halda seçim etmək imkanı
yaranır.
6. Strategiyanın seçilməsi.
97
7. Strategiyanın həyata keçirilməsi.
8. Strategiyanın qiymətləndirilməsi.
Strategiyanın həyata keçirilməsi üçün aşağıdakı addımların
atılması vacibdir (Şəkil 13):
Şəkil 13. Strateji icra mexanizminə daxil olan amillər
Strategiyanın qiymətləndirilməsi görülən işin gedişinin
müzakirə və müqayisə edilməsidir. Əgər qiymətləndirmə
müsbətdirsə, razılıq əsasında iş davam etdirilir, əks halda isə, ya işin
icrası, yaxud da tutulmuş plan dəyişdirilir.
Taktika – qısa müddətli və strategiyaya uyğun olaraq tətbiq
ediləcək tədbirdir. Taktika strateji məqsədə çatmaq üçün icra edilən
qısa müddətli tədbirlərdir.
Siyasət – məqsədə çatmaq üçün müəyyən edilmiş taktikanın
necə icra edilməsi yoludur.
Proses – bilavasitə işin icrasıdır ki, işin mərhələlərlə,
texnologiyaya və vaxta görə ardıcıllıqla yerinə yetirilməsini təşkil
edir.
98
Qayda – prosesin həlli üçün müəyyən edilmiş norma və
normativlər, hüquqi aktlardır. Qabaqcadan qoyulmuş qaydaları
özbaşına dəyişdirmək və ya pozmaq olmaz. Əks halda, həm inzibati,
həm də istehsal rejimi pozula bilər və arzu olunan- istənilən nəticəni
əldə etmək olmaz.
Strateji planlaşdırma - missiyanın (ali məqsədin) uzunmüddətli
həllini nəzərdə tutur. Burada, əsasən maddi ehtiyatların, kadrların,
istehsal vasitələrinin, texnika və texnologiyanın son məqsədə çıtmaq
üçün birgə istifadəsinin alqoritmi başa düşülür.
Ümumi strateji plana firmanın uzunmüddətli dövr üçün
fəaliyyətini istiqamətləndirən kompleks tədbirlər proqram kimi də
baxmaq olar.
Strateji planlaşdırma məqsədə çatmaq üçün təyin olunmuş
spesifik strategiyanın hazırlanmasına doğru aparan, rəhbərlik
tərəfindən əvvəlcədən qəbul edilən qərar və ideyaların məcmusudur.
Strateji planlaşdırma idarəetmə qərarların qəbul edilməsində
istiqamətverici alətdir. Onun vəzifəsi – təşkilatda yenilikləri və
dəyişiklikləri lazımi səviyyədə təmin etməkdir. Daha doğrusu, o,
strateji planlaşdırma prosesi çərçivəsində idarəetmə fəaliyyətinin 4
əsas növünü özündə əks etdirir: ehtiyatların bölüşdürülməsi, ətraf
mühitə uyğunlaşma, daxili əlaqələndirmə və təşkilati - strateji
qabağıgörmə.
- Ehtiyatların bölüşdürülməsi - bu proses özündə fond,
idarəçilik, kapital, kadrlar və texnoloji təcrübə kimi məhdud
ehtiyatları əks etdirir.
- Ətraf mühitə uyğunlaşma. Bu uyğunlaşma geniş mənada izah
edilməlidir. Ətraf mühitə uyğunlaşma, təşkilatın ətraf mühitlə
münasibətlərini yaxşılaşdıran strateji xarakterli bütün fəaliyyəti
özündə əks etdirməlidir. Belə ki, təbiətin və ətraf mühitin
çirklənməsinin qarşısının alınması, flora və faunanın qorunması,
99
əhalinin sağlamlığının mühafizə olunması və digər bu kimi vacib
amillər nəzərə alınmalıdırlar.
- Daxili əlaqələndirmə - firmadaxili əməliyyatları səmərəli
birləşdirməyə nail olmaq məqsədilə firmanın zəif və güclü
cəhətlərini, maddi və maliyyə imkanlarını strateji fəaliyyətin icrasına
yönəltməyi özündə əks etdirir.
- Təşkilati – strategi qabağıgörmənin dərk edilməsi, təşkilatın
yaşadılması və səmərəli fəaliyyəti üçün menecerlər tərəfindən elmi və
texniki yenilikləri vaxtında görmək və onları tətbiq etməklə
müəssisənin müntəzəm və dinamik inkişafınıntəmin edilməsini
nəzərdə tutur.
Strategiyanın mahiyyəti. Strategiya - təşkilatın vəzifələrinin
həyata keçirilməsini və onun öz məqsədlərinə çatmasını təmin etmək
üçün müəyyən edilmiş uzun müddətli və hərtərəfli kompleks planı
özündə əks etdirir. Strategiya rəhbərlik tərəfindən hazırlanır, lakin
onun həyata keçirilməsi bütün idarəetmə səviyyələrinin iştirakını
nəzərdə tutur. Strateji plan, konkret şəxs nöqteyi-nəzərindən deyil,
bütün firmanın inkişafı nöqteyi-nəzərindən hazırlanmalıdır.
Strateji plan, geniş tədqiqatlara və real faktiki verilənlərə
(göstəricilərə) əsaslanmalıdır. İndiki biznes dünyasında effektiv
rəqabət aparmq üçün firma müntəzəm olaraq bazar, rəqabət və başqa
amillərə görə də çoxlu informasiya toplamaqla və onları təhlil
etməklə məşğul olmalıdır. Strateji plan firmaya müəyyənlik (fərdilik)
verir ki, bu da işçilərin müəyyən qrupunu cəlb edir və eyni zamanda
marağı olmayan işçiləri firmadan uzaqlaşdırır. Nəhayət, strateji plan
elə hazırlanmalıdır ki, uzun müddət ərzində dəyişməz qalmaqla
kifayətlənməsinlər, həmçinin lazım gəldikdə firmanın fəaliyyətini
təkmilləşdirmək və yenidən istiqamətləndirməklə dinamikliyi və
elastikliyi təmin etmiş olsunlar.
100
Strategiyanın seçilməsi. Rəhbərlik, mövcud strateji
alternativlərə baxdıqdan sonra konkret strategiyaya diqqət yetirib onu
seçə bilər. Strategiyanın seçilməsində məqsəd, təşkilatın (firmanın)
uzunmüddətli effektiv fəaliyyətini maksimum artırmaqdır. Strateji
seçmə müəyyənləşdirilərkən bu seçim birmənalı olmamalıdır. Hər
hansı konkret seçimə bağlılıq, gələcək strategiyanı məhdudlaşdıra
bilər, buna görə də, qərar qəbul edərkən əsaslı tədqiqatlara və
qiymətləndirməyə əsaslanmaq lazımdır. Bu zaman strateji seçməyə
təsir göstərən aşağıdakı müxtəlif amillər mütləq nəzərə alınmalıdırlar:
risk; təcrübə; rəqabət; vaxt.
Risk - qazanc və yaxud itki verə bilən fəaliyyətdir. Kifayət
qədər ölçülüb-biçilməmiş və əsaslandırılmamış yüksək dərəcəli risk
təşkilatı müflisləşdirib dağıda bilər.
Əvvəlki strategiyalar haqqında bilik və təcrübənin olması və
onların təsirlərinin nəzərə alınması zəruri amildir. Çünki, çox tez-tez
rəhbərlik şüurlu və ya şüursuz surətdə keçmiş strateji alternativlərin
təsiri altında olur və istər-istəməz onlara istinad etməli olur.
Rəqiblərə və rəqabətə reaksiya. Firmalar çox tez-tez konkret
strateji alternativin seçilməsində rəqiblərin münasibətlərini və rəqabət
mühitini öyrənməli olurlar. Çünki yalnız belə olduqda rəhbərlik,
bazarın tələb-təklif elastikliyinə cavab verə bilən müvafiq addımlar
ata bilər.
Vaxt amili. Qərar qəbul edilməsi zamanı vaxt amili
müvəffəqiyyətə və ya müvəffəqiyyətsizliyə səbəb ola bilər. Dar
macalda, hətta yaxşı qərarın pis həyata keçirilməsi təşkilatın ziyana
düşməsinə, bəzi hallarda isə hətta dağılmasına gətirib çıxara bilər.
Yoxlama üçün suallar
1. Menecmentdə funksiya anlayışı
101
2. Planlaşdırma funksiyası, onun məqsədi və vəzifələri.
3.
Müəssisə missiyasının təyin edilməsinə təsir göstərən amillər
4. Strateji planlaşdırma.
5 Taktiki planlaşdırma.
6. Cari planlaşdırma.
7. Strateji planlaşdırmanın mərhələləri
8. Strateji planlaşdırmada əsas istiqamətlər hansılardır?
9. Planlaşdırmada rəqabət, risk və vaxt amilləri.
Dostları ilə paylaş: |