94
Planlaşdırma funksiyası menecmentin ən zəruri
funksiyalarından biridir.Hazırkı şəraitdə bütün müəssisələr dinamik,
dəyişkən və qeyri müəyyənlik mühitində fəaliyyət göstərirlər. Məhz
bu səbəbdən gələcəkdə görüləcək bütün işlərin qabaqcadan
planlaşdırılması vacibdir.
Menecmentin bütün sahələri üçün aşağıdakı 3 planlaşdırma
funksiyası xarakterikdir:
1.
İstehsalın planlaşdırılması.
2.
İşçi qüvvəsinin (kadrların) planlaşdırılması.
3.
Maliyyənin planlaşdırılması.
İstehsalın icrası üçün maddi, maliyyə və kadr ehtiyatları elə
planlaşdırılmalıdır ki, işi
görmək üçün xammal, pul vəsaitləri çatdırıla
bilsin və işçi qüvvəsi yetərincə olsun. Məhz bu səbəbdən
də hər üç
funksiyanın yerinə yetirilməsi üçün qabaqcadan planlaşdırma
zəruridir.
Planlaşdırma funksiyasını həyata keçirmək üçün dörd əsas
məsələnin həlli nəzərdə tutulmalıdır: a)resursların bölüşdürülməsi;
b)xarici mühitə uyğunlaşma; c)daxili əlaqələndirmə və d)təşkilati
strategiyanı müəyyənləşdirmək.
Vaxta görə təsiri nəzərə alınmaqla, planlaşdırmanı 3 mərhələyə
ayırmaq olar: a)
strateji; b)
orta müddətli; c) cari (operativ).
Dostları ilə paylaş: