AğASƏF İmran


Funksional idarəetmə quruluşu



Yüklə 1,09 Mb.
Pdf görüntüsü
səhifə52/146
tarix02.01.2022
ölçüsü1,09 Mb.
#47354
1   ...   48   49   50   51   52   53   54   55   ...   146
445202160-Ağasəf-İmran-Menecment-pdf

Funksional idarəetmə quruluşu.  Firmanın  fəaliyyətinin 
təşkilinin funksional quruluş sxemi orta səviyyəli kompaniyalarda 
daha geniş istifadə olunur. Funksional quruluş (departamentləşdirmə) 
təşkilatın ayrı-ayrı funksional şöbələrə bölünməsi prosesidir (Şəkil 
14). Hər bir şöbə, özünün təlimatla dəqiq müəyyən edilmiş konkret 
tapşırığına və vəzifəsinə malikdir. Bu və ya digər bölmənin 
fəaliyyətinin konkret xüsusiyyətləri, bütün təşkilatın fəaliyyətinin 
əsas istiqamətinə uyğun gəlməlidir. Bir halda ki, funksional 
departamentləşdirmə, dəqiq tapşırıqlara malik bloklara bölünmədir, 
onda iri sənaye kompaniyalarında bu, kütləvi istehsalın texnologiya 
üzrə bölünməsi ola bilər.  
Kompaniyanın ənənəvi funksional blokları: istehsal, marketinq 
və maliyyə bölmələridir. Əgər təşkilatın və ya verilmiş bölmənin 
ölçüsü çox böyükdürsə, onda əsas funksional bölmələri daha kiçik 
funksional bölmələrə ayırmaq olar. Bu bölmələrə yardımçı (əlavə) və 
ya törəmə bölmələr deyilir. Burada əsas məqsəd ixtisaslaşmanın 
üstünlüyündən tam dərəcədə istifadə etmək və rəhbərliyin hədsiz 


105
 
 
 
yüklənməsinə yol verməməkdir. Bu zaman ehtiyatlı olmaq lazımdır 
ki, belə   bölmələr öz məqsədlərini təşkilatın ümumi məqsədindən 
üstün tutmasınlar. Əlavə bölmələr istənilən quruluşlu təşkilatlara 
tətbiq edilə bilərlər.  
Funksional quruluşun üstün cəhətləri aşağıdakılardır: 
· 
İşgüzarlığı  və  peşəkar  ixtisaslaşmanı  gücləndirir  və 
stimullaşdırır. 
· 
Funksional sahələrdə maddi ehtiyatların ifrat  istehlakının 
qarşısını alır və əməliyyatların təkrar edilməsini azaldır. 
· 
Funksional  sahələrdə  koordinasiyanı  (əlaqələndirməni) 
yaxşılaşdırır. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Şəkil  14.  Funksional quruluş 
 
Funksional quruluşun çatışmayan cəhətləri  isə aşağıdakılardır: 


106
 
 
 
1. 
Şöbə və bölmələr öz məqsəd və vəzifələrini həyata 
keçirməkdə, ümumi məqsədlərin həyata keçirilməsindən daha çox 
maraqlı ola bilərlər. Bu isə, funksional sahələr arasında münaqişə 
imkanını artırar. 
2. 
Böyük təşkilatlarda, ali rəhbərdən bilavasitə icraçıya qədər 
olan komanda zənciri çox uzun ola bilər (idarəetmə pillələrinin sayı 
artar). 
Funksional quruluşu,  məhsulların məhdud  nomenklaturasını 
buraxan, sabit xarici təsir şəraitində fəaliyyət göstərən və özünün 
yaşamasını təmin etmək üçün standart idarəetmə vəzifələrini həll 
edən təşkilatlarda istifadə etmək daha məqsədəuyğundur.  
 
 
 
 
 

Yüklə 1,09 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin