107
göstərən, həmçinin öz fəaliyyətini geniş beynəlxalq miqyasda –
müxtəlif sosial-iqtisadi sistemləri və qanunvericiliyi olan ölkələrin
bazarlarında həyata keçirən təşkilatlar üçün xarakterik deyildir. Bu tip
təşkilatlar üçün
divizional quruluş xarakterikdir. Belə quruluşda
departamentləşdirməyə üstünlük verilir.
Şəkil 16. Tələbatçılara görə quruluş
Bu növ təşkilatlara misal olaraq, metallurgiya
və kimya sənayesi
müəssisələrini, həmçinin xammal istehsal edən sənaye sahələrinə aid
olan firmaları, nəqliyyat təşkilatlarını göstərmək olar.
108
Şəkil 17. Regional quruluş
Funksional quruluşlar səmərəli olmadığına görə, böyük
şirkətlərdə divizional quruluşdan istifadə edilməsinə keçilmişdir. Bu
quruluşun əsas növləri: müxtəlif növ məhsullara, müxtəlif qrup
tələbatçılara və müxtəlif regionlara yönəldilmiş quruluşlardır
(Şəkil
15,16,17).
Bütün bunlarla yanaşı alman sosioloqu Veberin təklif
etdiyi və
təcrübədə təkmilləşmiş
bürokratik quruluş da geniş tətbiq edilir. Bu
üsulun mahiyyəti qanuna, norma və normativlərə, eləcə də əmr və
sərəncamlara ciddi əməl olunması ilə bağlıdır.
Həmçinin daha mürəkkəb və iri həcmli
layihələrin və texiki-
texnoloji proseslsrin idarə olunmasında
matris (şəbəkə) quruluşundan
istifadə olunur. Bu quruluşun mahiyyəti isə ayrı-ayrı əməliyyatların
və proseslərin ayrı-ayrı təşkilatlarda vaxta görə əlaqələndirilmiş
şəkildə icra edilməsi ilə bağlıdır.
Dostları ilə paylaş: