13.Ziyanverici proqramalar
Xüsusi şəkildə proqramlara daxil edilən, kompüterin digər proqramlarına, habelə rabitə
kanalları və ya informasiya daşıyıcıları vasitəsilə KSŞ-nin digər qovşaq-larına və
kompüterlərinə yayılmaq qabiliyyətinə malik olan ziyanverici proqramlar son dövrlərdə
informasiya təhlükəsizliyinə real təhlükə kimi meydana çıxmışdır. Kompüter
şəbəkələrində bir kompüterə düşmüş ziyan-verici proqramın qarşısı vaxtında alınmadıqda,
o, nəzarət-siz olaraq həmin kompüterdən digərlərinə yayıla, böyük şəbəkələrdə isə bu
problem "həqiqi epidemiya" xarakteri ala bilər.
Bu gün bir çox istifadəçilər bu və ya digər şəkildə kompüterə ziyan vuran bütün
ziyanverici proqramları kompüter virusları adlandırırlar. Əslində bu belə deyil. Belə ki, elə
ziyanverici proqramlar var ki, müxtəlif virus texnologiyalarını istifadə etmələrinə
baxmayaraq mahiyyət etibarı ilə onlar virus deyillər.
Son dövrlərin tendensiyası göstərir ki, hakerlər ziyan-verici proqramların yaradılması və
yayılmasından qeyri-leqal gəlir əldə etmək məqsədi güdürlər. Belə ki, əvvəllər ziyanverici
proqramları zövq almaq, özünü nümayiş et-dirmək və s. məqsədlərlə yazır və yayırdılarsa,
hazırda bu iş bir gəlir mənbəyinə çevrilmişdir. Bu ―biznes‖ aşağıdakı yollarla reallaşdırılır:
- bank hesablarına giriş əldə etmək üçün bank məlu-matlarının oğurlanması;
- kredit kartlarının nömrələrinin oğurlanması;
- sonradan dayandırmaq üçün pul tələb etmək məqsə-dilə DDoS tipli paylanmış şəbəkə
hücumlarının təşkili (kompüter reketi);
- spamların yayılması və kommersiya məqsədilə istifadə üçün troya proksi-serverləri
şəbəkələrinin yaradılması;
- çoxməqsədli tətbiq üçün zombi-şəbəkələrin formalaş-dırılması;
- arzu olunmayan reklamın göstərilməsi üçün sistemi köçürən və quraşdıran proqramların
yaradılması;
- pullu telefon nömrələrinə istifadəçidən xəbərsiz zəng edən troya proqramlarının
kompüterlərə tətbiqi.
Araşdırmalar göstərir ki, 2005-ci il ərzində troya proq-ramlarının sayı təxminən iki dəfə
çoxalmış, antivirus proqramlarının həcmi də bir o qədər artmışdır. Ziyanverici
proqramların yalnız 5%-i zövq almaq, 75%-i pul əldə etmək, qalan 20% isə digər
məqsədlər üçün yaradılmışdır.
Ziyanverici proqramlara aşağıdakılar aid edilir:
- kompüter virusları;
- şəbəkə qurdları;
- troya proqramları;
- spamlar;
- haker utilitləri.