Anti-Spam
Birinci mərhələ (1960-cı illər) – proqramların tədqiqinə novator yanaşma, hamının
informasiyaya pulsuz qeyri-məhdud girişi prinsipinin elan olunması, mütləq azadlıq
dəyərləri ilə xarakterizə olunur. Bu dövrün haker hərəkatına ABŞ-ın ən böyük uni-
versitetlərinin və elmi-tədqiqat mərkəzlərinin tələbələri və professorları daxil idi, bu
icmalar üçün qarşılıqlı əməkdaşlıq, demokratiya ruhu, dəqiq əsaslandırılmış məxsusi etika
kodeksi xarakterikdir.
İkinci mərhələ (1970-ci illərin sonu -1980-ci illərin əvvəli) novator tədqiqatlarından
özgə sistemlərə icazəsiz girişlərə keçid, biliyin etiraz məqsədləri ilə istifadəsi, vacib
verilənlərin silinməsi və ya dəyişdirilməsi, virusların yayılması və s. baş verir.
Üçüncü mərhələ (1980-1990-cı illər) - təşkilati strukturların yaradılmasına cəhd edilir,
haker mədəniyyətinin cinayətkar dünya ilə qovuşması baş verir. Bu dövrdə haker hərəkatı
ictimai strukturların işini pozmağa qadir güclü qüvvə olur, dövlət təşkilatları və hüquq
müdafiə təşkilatları tərəfindən tədqiqat obyektinə çevrilir.
Dostları ilə paylaş: |