Rəqəmli imza, yaxud elektron imza şəxsi gizli şifrdir və onun açarı yalnız onun
sahibinə məlumdur. Rəqəmli imza üsullarında çox zaman asimmetrik şifrləmə
alqoritmlərindən – şifrləmə üçün gizli açardan, deşifrləmə üçün isə açıq açardan istifadə
olunur. Rəqəmli imza məlumatın həqiqiliyinin imza sahibi tərəfindən təsdiq olunduğunu
bildirir. Əgər rəqəmli imza ilə təsdiq olunmuş sənəd almısınızsa, onda sizə şifri açmaq
üçün imza sahibinin vermiş olduğu açıq açar da lazımdır. Bəs, almış olduğunuz açıq açarın
sənədi imzalaması tələb olunan şəxsə məxsus olduğuna necə əmin olmalı? Burada rəqəmli
sertifikat köməyə gəlir.
Dostları ilə paylaş: |