1. İnformasiya təhlükəsizliyi anlayışı və əsasları



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə34/63
tarix29.12.2021
ölçüsü0,89 Mb.
#48602
1   ...   30   31   32   33   34   35   36   37   ...   63
muhazire.-informasiya-tehlukesizliyinin-esaslari

 Müəlliflik  hüququ.  İnformasiya-kommunikasiya  texnologiyalarının  dinamik 

inkişafı  və  komputerlərin  çox  surətlə  insanların  həyatına  daxil  olması  ilk  vaxtlar 

qanunvericilərin  buna  hazır  olmadığını  göstərdi.  Bir  müddət  kompüter  proqramlarının 

hüquqi müdafiəsi məsələsi açıq qaldı. Lakin getdikcə bu boşluqlar doldurulmağa başlandı. 

Belə ki, hazırda kompüter proqramları (kompilyatorlar, redaktorlar, verilənlər bazası və s.) 

əmtəə məhsulu statusu almışdır və onlar da intellektual mülkiyyət kimi qorunur. Kompüter 

proqramlarının  müəlliflik  hüququnun  tanınması  üçün  onların  hər  hansı  qurumda 

qeydiyyatdan keçirilməsi vacib deyil. Proqrama müəlliflik hüququ avtomatik olaraq onun 

yaradılması zamanı meydana çıxır. Proqramın yaradıcısı öz hüquqlarını elan etmək üçün 

proqramın  ilk  buraxılışında  üç  elementdən  ibarət  olan  müəlliflik  hüququnun  qorunması 

işarəsindən istifadə edə bilər: 

 



çevrənin icərisində, yaxud mötərizədə ―C‖ hərfi – ©, (C); 

 



hüquq sahibinin adı; 

 



proqramın ilk buraxılış ili. 

 

 



 

 

 



 

 

 



 

 

 



 



Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin