İkinci kriptoqrafik prinsip: Əvvəlcə göndərilmış məlumatların təkrar göndərilməsi ilə
mübarizənin zəruri olmasıdır. Uyğun üsullardan birisi hər bir məlumata, haradasa yalnız
10 saniyə ərzində doğru olan ştampın əlavə olunmasıdır.
Verilənləri şifrələyən DES standartı: 1977-ci ilin yanvarında ABŞ höküməti gizli
olmayan məlumatlar üçün rəsmi standart kimi İBM firması tərəfindən işlənmiş məlumat
şifrəsini qəbul etmişdir. Verilənləri şifrələyən DES yarandığı gündən ziddiyyətlərlə
zəngindir. DES İBM korporasiyası tərəfindən işlənmiş və patentlənmiş Lyusufer (Lusifer)
şifrəsinə əsaslanır. Fərqi bundan ibarətdir: İBM 56-mərtəbəli açar əvəzinə 128-mərtəbəli
açardan istifadə edirdi.
|