1. İnformasiya təhlükəsizliyi anlayışı və əsasları


elektron imzanın yaradılması



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə38/63
tarix29.12.2021
ölçüsü0,89 Mb.
#48602
1   ...   34   35   36   37   38   39   40   41   ...   63
muhazire.-informasiya-tehlukesizliyinin-esaslari

elektron imzanın yaradılması; 



elektron imzanın yoxlanılması. 

Asan  İmza  ilə  şəxsiyyət  vəsiqəsini  təqdim  etmədən  kimliyinizi  təsdiq  edə  ,eyni  zamanda 

mobil  telefondan  istifadə  edərək  sənədləri  elektron  qaydada  imzalaya  bilərsiz.  Yəni, 

sənədlərə rəqəmsal imza ata bilərsiz.

 

Asan  İmza  (Mobil  imza)  ilə  bütün  mövcud  e-xidmətlərdən  istifadə  etmək  mümkündür. 



Asan İmza ilə hökumət vətəndaş arasında bürokratik əngəlləri aradan qaldırmaq olur. Bu, 

o  deməkdir  ki,  Azərbaycan  hökuməti  telefon  vasitəsilə  hər  zaman  öz  vətəndaşları  ilə 

birlikdədir.

 

Asan  İmza  (Mobil  imza)  əslində  elektron  mühitdə  fiziki  İD-karta  bərabər  sənəd  kimi 



sertifikatlara bağlı olan mobil telefon SİM-kartınızdır.

 

Qeyd  edək  ki,  Asan  İmza  Vergilər  Nazirliyi  və  Mobil  operator  tərəfindən  verilir.  Asan 



İmza xidmətindən istifadə etmək üçün Asan İmza Sim kartını əldə etmək lazımdır. 

Abunəçi olmaq  üçün  şəxsiyyət  vəsiqəniz ilə  (şəxsiyyət  vəsiqəsi  Asan  İmza  (Mobil imza) 

xidmətini  aktivləşdirmək  üçün  lazımdır)  ―ASAN  Xidmət‖  mərkəzində  fəaiyyət  göstərən 

Azercell  ofisinə,  Azercell  Ekspres  və  Müştəri  Xidmətləri  ofislərinə  (yaxın  gələcəkdə  isə 

digər  mobil  operatorların  ofislərinə)  müraciət  edə  bilərsiniz.  Abunəçi  olandan  sonra  siz 

mobil telefona daxil edilməli olan yeni Asan İmza (Mobil imza) SIM kartını alacaqsınız. 

Sonrakı mərhələdə tələb olunan sənədlər ilə birlikdə ASXM ( Vergi ödəyicilərinə Xidmət 

Mərkəzlərinə, Bakı şəhər Vergilər Departamentinə.

 

Asan İmza (Mobil imza) PIN kodları Asan İmza (Mobil imza) SIM kartının üzərində çap 



olunaraq,  pozulan  qat  altında  gizlədilir.  Yeni  Asan  İmza  (Mobil  imza)  SIM  kartının 

pozulan sahəsi zədələnməməlidir. Yadda saxlayın ki, şəxsiyyətin təsdiqlənməsi üçün PIN1 

və imza üçün yalnız PIN2 tələb olunur.

 

Asan  İmza  (Mobil  imza)  elektron  imza  sertifikatlarının  üç  növü  vardır:  fiziki  şəxslər 



(vətəndaşlar) üçün elektron imza sertifikatları, hüquqi və sahibkarlıq fəaliyyəti ilə məşğul 

olan fiziki şəxslər üçün və dövlət qulluqçuları üçün elektron imza sertifikatları.  




Fiziki  şəxslər  (vətəndaşlar)  üçün  elektron  imza  sertifikatları  şəxsi  istifadə  üçün  nəzərdə 

tutulub. Siz bu sertifikatdan yalnız şəxsi identifikasiyanız üçün istifadə edə bilərsiniz.   

Hüquqi  şəxslər  və  sahibkarlıq  fəaliyyəti  ilə  məşğul  olan  fiziki  şəxslər,  həmçinin  dövlət 

qulluqçuları üçün nəzərdə tutulan elektron imza sertifikatları isə kommersiya və ya dövlət 

təşkilatını təmsil etmək və onun adından çıxış etmək səlahiyyətləri verir.

 

Qeyd edək ki, Asan İmza (Mobil imza) sertifikatları 3 il ərzində etibarlıdır.



 

Asan İmza (Mobil imza) xidmətinin istifadəsi pulludur. Xidmətlərin qiymət siyahısı sizin 

mobil operatorunuzun internet səhifəsində mövcuddur: Azercell, Bakcell, Nar Mobile. 


Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin