Rəqəmli sertifikat səlahiyyətli orqan tərəfindən imzalanmış elə məlumatdır ki,
orada açıq açarın həqiqətən də, imza sahibinə aid olması və deşifrləmə məqsədilə istifadə
oluna bilməsi təsdiqlənir. Sertifikatlaşmaya səlahiyyəti olan orqandan sertifikat almaq
üçün həmin orqana ərizəçinin kimliyi ilə bağlı müxtəlif sənədlər təqdim olunmalıdır.
Elektron rəqəmsal imza
Elektron sənədləri ilə mübadiləni yerinə yetirdikdə alınmış sənədin müəllifinin,
onun doğru olub-olmamasını və informasiyanın bütöv olmasının quraşdırılması vacib
əhəmiyyət kəsb edir. Bu cür məsələnin həlli elektron sənədini müşayiət edən rəqəmsal
imzanın üzərinə düşür.
Funksional cəhətdən o, adi əl ilə çəkilən imza ilə analoji olur və onun aşağıdakı əsas
üstün cəhətlərinə malik olur:
1) təsdiq edir ki, imzalanmış mətn onu imza edən şəxsə məxsusdur;
2) mətnə imza atan şəxsə imzalanmış mətn ilə əlaqəli olan öhdəliklərdən boyun
qaçırmağa imkan vermir;
3) imzalanmış mətnin bütövlüyünə zəmanət verir.
Elektron rəqəmsal imza sənəd ilə birlikdə ötürülən nisbətən çox da böyük olmayan
əlavə informasiya deməkdir. Adətən rəqəmsal imza açıq açar üsulunun tətbiq olunması ilə
şifrlənir və məzmunu, imzanın özünü və bir cüt açarları əlaqələndirir. Bu elementlərdən
heç olmazsa birinin dəyişdirilməsi rəqəmsal imzanın doğruluğunu təsdiq etməyə iman
vermir.
Rəqəmsal imzanın formalaşması mərhələsində məxfi və açıq açar kimi iki açar
generasiya olunur. Açıq açar elektron sənədinin göndərildiyi bütün abonentlərə
paylaşdırılır. Sənədə əlavə olunan imza məktub göndərənin aşağıdakı parametrlərinə
malik olur: imza tarixi, məktub göndərən barəsində informasiya və açıq açarın adı. Bütün
sənədə tətbiq edilən xeş-funksiyanın köməkliyi ilə bütövlükdə bütün mətni xarakterizə
edən çox da böyük olmayan ədəd hesablanır. Bu ədəd sonra məxfi açarla şifrlənir və
elektron rəqəmsal imza rolunu oynayır. Məktub alana açıq şəkildə sənədin özü və elektron
imza göndərilir.
Yoxlama zamanı məktub alana məlum olan açıq açarla rəqəmsal imzanın şifri açılır.
Əldə edilmiş açıq sənədə xeş-funksiya çevirməsi tətbiq edilir. Onun işinin nəticəsi
göndərilmiş elektron imza ilə müqayisə edilir. Əgər hər iki ədəd üst-üstə düşərsə, o zaman
əldə edilmiş sənəd həqiqi olacaqdır. Aydındır ki, sənədə istənilən icazə verilməmiş
dəyişiklik edilməsi açıq sənəd üzrə hesablanan xeş-funksiyanın qiymətinin dəyişilməsinə
gətirib çıxaracaqdır, amma məxfi açarla şifrlənmiş elektron imzanı başqası ilə əvəz etmək
cinayətkar üçün çox çətin olacaqdır.
Elektron imza sistemi elektron imza vasitələrinin köməyi ilə aşağıdakı iki proseduranı
özündə birləşdirir:
-
Dostları ilə paylaş: |