Şərti virtual şəbəkələr: Bir sıra kompaniyalar çoxlu sayda ayrı-ayrı şəhərlərdə, bəzi
hallarda ayrı-ayrı ölkələrdə yerləşən bölmələrə, təşkilatlara malik olurlar. Verilənlərin
ötürülməsi üçün ümumi müraciətli şəbəkələrin yaranmasına qədər bu təşkilatlar arasında
əlaqəni yaratmaq üçün ayrılmış telefon xəttinin kirayə edilməsi adi hal idi.
Naqilsiz şəbəkələrdə təhlükəsizlik: E802.11 şəbəkələrində WEP (Wired Equivalent
Privacy-naqilli şəbəkələrə ekvivalent məxfilik) adlanan verilənlərin ötürmə səviyyəsi təh-
lükəsizlik protokolunu əks etdirir (yazır).
Bu protokol naqilsiz lokal şəbəkələrin naqilli şəbəkələrdə olduğu kimi təhlükəsizliyini
təmin edir. Buna baxmayaraq əgər bütün istifadəçilərə müxtəlif açarlar paylansa belə WEP
asanlıqla sındırıla bilər. Açarlar nisbətən böyük zaman periodunda dəyişmədiklərindən,
WEP standartı təkrar istifadə etmək aktından yaxa qurtarmaq üçün hər bir paketi göndərən
zaman inisiallaşma vektorunu dəyişməyi təklif (məcbur yox) edir.
|