1. İnformasiya təhlükəsizliyi anlayışı və əsasları



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə47/63
tarix29.12.2021
ölçüsü0,89 Mb.
#48602
1   ...   43   44   45   46   47   48   49   50   ...   63
muhazire.-informasiya-tehlukesizliyinin-esaslari

I. Passiv hücumlar 

Passiv  hücumlar    o  hücumlar  hesab  edilir  ki,  əks  tərəf(bədniyyət)  ötürülən  məlumatı 

modfikasiya edə bilmir və qəbul edici ilə ötürücünün informaiya kanalına öz məlumatını 

yerləşdirə  bilmir.    Bunun  məqsədi  ötürülən  məlumatlara  qulaq  asmaq  və  trafiki  analiz 

etməkdir.  



Aktiv  hücumlar  isə  bunun  əksinə  olaraq  əkstərəf(bədniyyət)  ötürülən  məlumatı 

modfikasiya  edə  bilir  və  öz  məlumatı  ilə  əvəzləyə  bilir.  Aktiv  hücumlarda  özlüyündə 

fərqlənirlər.  

 

 

 

 

 

 

 

 



18.Kriptoqrafiya. Kriptoqrafik şifrələnmə üsulları.  

Haker  hücumlarının  əsas  məqsədi  təkcə  kompüterdə  olan  informasiyanın  məhv 

edilməsi deyil, həm də onların icazəsiz ―ələ keçirilməsidir‖. Əgər bunun qarşısını texniki 

vasitələrin  köməyilə  almaq  mümkün  olmursa,  onda  şifrləmə  sistemindən  istifadə  olunur. 

Şifrləmə üsulları ilə kriptoqrafiya məşğul olur. 

Müasir  kriptoqrafiyanın  predmeti  informasiyanı  bədniyyətlinin  müəyyən 

əməllərindən  mühafizə  etmək  üçün  istifadə  edilən  informasiya  çevirmələridir. 

Kriptoqrafiya  konfidensiallığı,  bütövlüyə  nəzarəti,  autentikasiyanı  və  müəlliflikdən 

imtinanın qeyri-mümkünlüyünü təmin etmək üçün tətbiq edilir.  

«Kriptoqrafiya»  sözü  kryptos  ('gizli')  və  graphos  ('yazı')  yunan  sözlərindən 

yaranmışdır.  Şifrləmə  proseduru  adətən  müəyyən  kriptoqrafik  alqoritmdən  və  açardan 

istifadəni  nəzərdə  tutur.  Kriptoqrafik  alqoritm  –  məlumatların  çevrilməsinin  müəyyən 

üsuludur.  Açar  isə  çevirmə  üsulunu  konkretləşdirir.  Müasir  kriptoqrafiya  o  prinsipdən 

çıxış  edir  ki,  kriptoqrafik  çevirmənin  məxfiliyi  yalnız  açarın  məxfi  saxlanması  ilə  təmin 

edilməlidir.  

İlk  kriptosistemlər  artıq  bizim  eranın  əvvəlində  meydana  çıxır.  Məsələn,  məşhur 

Roma  sərkərdəsi  Yuli  Sezar  (e.ə.  100-44-cü  illər)  öz  yazışmalarında  indi  onun  adını 

daşıyan  şifrdən  istifadə  edirdi.  Müasir  ingilis  əlifbasına  tətbiqdə  bu  şifr  aşağıdakından 

ibarət  idi.  Adi  əlifba  yazılırdı,  sonra  onun  altında  həmin  əlifba,  lakin  sola  üç  hərf  dövri 

sürüşmə ilə yazılırdı:  

ABCDEFGHIJKLMNOPQRSTUVWXYZ 

DEFGHIJKLMNOPQRSTUVWXYZABC 

Şifrləmə zamanı A hərfi D hərfi ilə, B hərfi E ilə və beləcə əvəz olunurdu. Məsələn: 

VENI  VIDI  VICI  sətri  şifrləmə  zamanı  YHQL  YLGL  YLFL  sətrinə  keçir.  Şifrlənmiş 

məlumatı alan hərfləri ikinci sətirdə axtarırdı və onların üstündəki hərflərə görə ilkin mətni 

bərpa edirdi. Sezar şifrində açar əlifbanın ikinci sətrindəki sürüşmənin qiymətidir/ 

Kompüter  texnikasının  inkişafı  ilə  əlaqədar  olaraq  ―əski‖  kriptoqrafiya  yenidən 

gündəmə gəldi. Mövcud şifrləmə üsulları iki qrupa ayrılır: gizli (qapalı) açarla şifrləmə və 




Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin