Hakerlər. Komputerlər yenicə meydana çıxanda “haker” sözü hörmətlə çəkilirdi.
Əməliyyat sisteminin daha yaxşı işləməsi üçün onun nüvəsinin bir hissəsini yenidən
yazan, yaxud hamının unutduğu administrator parolunu ―ləğv edən‖ kompüter dahilərini
belə adlandırırdılar. Qeyri-standart düşünmə qabiliyyətlərinə və ən mürəkkəb problemlərin
ağıllı həllini tapdıqlarına görə bu, onlara hörmət əlaməti idi. Lakin zaman ötdükcə bu söz
əsl mənasını itirdi, çünki ―hakerlərin‖ heç də hamısı öz ənənəvi işləriylə kifayətlənmədilər.
Onların bəziləri pis mühafizə olunmuş kompüter sistemlərinə girməyə və bununla da
―bunun mümkünlüyünü sübut etməyə‖ başladılar. Başqaları isə hər hansı mühüm
informasiyanı oğurlamaq məqsədilə sistemləri ―sındırmaqla‖ məşğul oldular. ―Haker‖
termininin öz mənasını itirdiyini görən komputer ictimaiyyəti əlavə terminlər (məsələn,
―script kiddie‖ və ―cracker‖) daxil etdilər. “Script kiddie” (ssenari uşağı) termini ilə
hakerlik sahəsində o qədər də biliyi olmayan və ―sındırmaq‖ üçün digər hakerlərin
utilitlərindən istifadə edən adamları adlandırırlar. “Cracker” (kreker) isə bilik
səviyyəsinə görə “script kiddie” ilə haker arasında olan şəxsə deyilir. O, proqramların
üzünün çıxarılmaması üçün qoyulmuş müdafiəni ―sındıra‖ bilir, ancaq proqramda yeni
zəif yerlər tapmaq, yaxud haker utilitləri yazmaq üçün onun biliyi kifayət etmir.
|