Artur Şopenhauer "Dünya: iradə və təsəvvür kimi"
95
seçim edərsə, qətiyyətsizlik doğurar və asanlıqla hər şeyi
korlaya bilər.
Nəhayət, həm fəzilət, həm də paklıq, övliyalıq
refleksiyadan yox, iradənin mənəvi dərinliyindən və onun idraka
münasibətindən irəli gəlir. Bunun izahı bu kitabın tamamilə
başqa yerinə aiddir, burada isə mən yalnız onu qeyd etməyi
özümə rəva bilirəm ki, əxlaqi ehkamlar bütöv xalqların
zəkasında eyni ola bilər, lakin hər bir fərd öz bildiyi kimi hərəkət
edir: və əksinə, əməllər, necə deyərlər, yəni – əgər onların etik
məzmunu nəzərdə tutulursa, anlayışlara yox, hisslərə əsaslanır.
Ehkamlar asudə ağlı məşğul edirlər; əməl onlardan asılı
olmayaraq öz yolu ilə gedir və əsas etibarilə abstrakt yox,
söylənilməmiş əxlaq qaydaları üzrə törədilir, onun ifadəçisi isə
bütün tamlığı ilə insanın özüdür. Buna görə xalqların dini
ehkamları nə qədər fərqli olsa da, hamıda xeyirxah əməl sözlə
deyilə bilməyən məmnunluqla müşayiət olunur, pis əməl isə –
intəhasız nifrətlə. Birincini heç bir rişxənd yerindən oynada
bilməz, sonuncudan heç bir keşiş
günahları silməklə xilas edə
bilməz. Lakin bu o demək deyil ki, fəzilətli həyat sürmək üçün
ağlın iştirakı vacib deyil, lakin o, belə həyatın mənbəyi deyil.
Onun funksiyası tabelidir: o, bir dəfə qəbul edilmiş qərarları hifz
edir, ani zəifliyə müqavimət göstərib əməllərimizə ardıcıl
xarakter verməklə prinsiplərin keşiyində durur. Onun sənətdəki
rolu da son nəticədə buna müncər edilir: burada o, əhəmiyyətli
olan şeydə gücsüzdür, lakin fikrin icrasına kömək edir, çünki
*
Heç kəs uzun müddət maska daşıya bilməz.
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Artur Şopenhauer "Dünya: iradə və təsəvvür kimi"
96
düha hər dəqiqə üzə çıxmır, əsər isə tamamlanmalı,
bünövrə
qazılıb çıxarılmalıdır.
§ 13
İstər ağlın tətbiqinin faydası, istərsə də ziyanı barədə
bütün bu mülahizələr aydınlaşdırmalıdır ki, abstrakt idrak əyani
təsəvvürün refleksi olsa da və ona əsaslansa da o, bununla belə,
təsəvvürlə o dərəcədə üst-üstə düşmür ki, hər yerdə onu
dəyişdirə bilsin: əksinə, onlar arasında heç vaxt tam uyğunluq
olmayıbdır. Hərçənd gördüyümüz kimi, bəşəri əməllərin çoxu
yalnız ağlın köməyi və düşünülmüş plan əsasında həyata
keçirilir, lakin onlardan bəziləri yaxşı olardı ki,belə kömək
olmadan törədilsin. Əyani və abstrakt idrakın – sonuncu
birinciyə mozaika rəssamlığa yaxınlaşdığı kimi yaxınlaşır – məhz
həmin uyğunsuzluğu gözəl bir təzahürün əsasında durur ki, o da
zəka kimi yalnız insana xasdır, lakin onun bütün şərhləri, yeni-
yeni cəhdlərə baxmayaraq, indiyədək qeyri-qənaətbəxş olaraq
qalır: mən gülüşü nəzərdə tuturam. Gülüşün bu mənşəyi
üzündən biz burada onun izahı olmadan,- bu izah yolumuzun
üstündə yeni ləngimə olsa belə,- keçinə bilmərik,.
Gülüş həmişə müəyyən anlayış və real obyekt arasında
uyğunsuzluğun qəfil dərkindən yaranır. Bu obyektlərin özləri isə
hansısa baxımdan həmin anlayışda düşünülür və gülüş yalnız
*Bura II cildin 7-ci fəsli aiddir.
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Artur Şopenhauer "Dünya: iradə və təsəvvür kimi"
97
həmin uyğunsuzluğun ifadəsidir. Sonuncu çox vaxt ondan irəli
gəlir ki, iki və ya bir neçə real obyekt bir anlayışda düşünülür və
onun eyniyyəti onların üzərinə keçir: bu zaman onların bütün
qalan şeylərdə tam uyğunsuzluğu aşkar edir ki, həmin anlayış
onlara yalnız hansısa bir tərəfdən uyğun gəlirdi. Çox vaxt elə bu
cür qəfildən nadir real obyektin belə bir anlayışla uyğunsuzluğu
hiss edilir ki, o yalnız bir cəhətdən düzgün olaraq həmin
anlayışın altına gətirilib çıxarılmışdır. Bu səbəbdən belə
gerçəklik hansısa bir münasibətdə məlum anlayışa nə qədər
səhih uyğunlaşdırılırsa və digər baxımdan onların uyğunsuzluğu
nə qədər çox və aşkardırsa, bu əkslikdən irəli gələn gülünclük
effekti də bir o qədər güclüdür. Beləliklə, hər cür gülüş
paradoksal və buna görə də gözlənilməz uyğunlaşdırma ilə bağlı
yaranır, onun sözlərdə və ya əməllə ifadə olunub-
olunmamasının fərqi yoxdur. Gülməlinin müxtəsər düzgün izahı
belədir.
Mən burada lətifələr üzərində dayanmayacağam,
hərçənd onlar misal kimi mənim izahımı dəstəkləyə bilərdilər,
çünki o o qədər sadə və aydındır ki, lətifələrə qətiyyən ehtiyac
qalmır, oxucunun yadına düşən istənilən gülməli əhvalat bunun
təsdiqi ola bilər. Lakin bizim nəzəriyyəmiz dayağı və onunla
birlikdə izahını gülməlinin bölündüyü iki növün mövcudluğunda
tapır, bu növlər isə yalnız bizim şərhimizdə aydınlaşır. Ya şüurda
iki (və ya bir neçə) çox müxtəlif real obyekt, əyani təsəvvür
yaranır və onları bilərəkdən hər iki predmeti əhatə edən
anlayışın vəhdətində eyniləşdirirlər: bu növ gülməli incə zarafat
adlanır. Ya da əksinə, anlayış başlanğıcda şüurda olur və ondan
reallığa və ona olan təsirə keçir; nə qədər ki, heyrətlənmiş və
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Artur Şopenhauer "Dünya: iradə və təsəvvür kimi"
98
mat qalmış xadimin qarşısında hər cəhətdən müxtəlif olan, lakin
bu anlayışda eyni cür düşünülən obyektlərin qalan
münasibətlərdə tam fərqli olması aşkar edilməyib, eyni tərzdə
nəzərdən keçirilir və şərh olunur: bu növ gülməli səfehlik
adlanır. Beləliklə, gülməli olan hər şey ya ağıllı uydurmadır, ya
da axmaq hərəkət; baxır obyektlərin uyğunsuzluğundan
anlayışın eyniyyətinə və əksinə keçid baş verib, ya yox: birinci
həmişə bilərəkdən edilir, sonuncu isə qeyri-ixtiyari və kənar
məcburiyyət üzündən baş verir. Gözdən pərdə asmaq üçün çıxış
nöqtəsini dəyişmək və incə mətləbləri axmaqlıq kimi qələmə
vermək saray təlxəyinin və Qansvurstun
28
məharətidir:
obyektlərin fərqini çox gözəl dərk edən bu şəxs onları gizli
hazırcavablıqla bir anlayışda birləşdirir və ondan çıxış edərək
obyektlərin sonradan aşkar edilmiş fərqlərindən elə özünün özü
üçün hazırladığı heyrəti keçirir. Gülməlinin bu qısa, lakin
qənaətbəxş ifadə olunmuş nəzəriyyəsindən irəli gələn budur ki,
hazırcavablıq (təlxəklə bağlı hadisəni kənara qoyaraq) həmişə
sözdə, axmaqlıq isə əsasən əməllərdə ifadəsini tapmalıdır: qeyd
edək ki, axmaqlıq öz niyyətini bəyan edərkən - əsil həqiqətdə
onu həyata keçirməsə də, - sözdə də özünü büruzə verir, ya da
özünü təkcə elə mühakimə və fikirlərdə aşkara çıxarır.
Səfehliyə həmçinin pedantizm aiddir. Onun baş vermə
səbəbi budur ki, insan öz dərrakəsinə çox da etibar etməyərək
hər bir ayrıca halda ona vacib olanın bilavasitə dərkini onun
öhdəsinə buraxmaq istəmir, onu bütünlüklə ağlın himayəsinə
verir və sonuncunu rəhbər tutmaq istəyir, yəni həmişə ümumi
anlayış, qayda, prinsiplərdən çıxış etmək, həyatda, sənətdə və
hətta etik davranışda onlara ciddi şəkildə riayət etmək istəyir.
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Artur Şopenhauer "Dünya: iradə və təsəvvür kimi"
99
Pedantizmə xas formaya, ədaya, ifadə və sözə bağlılıq buradan
irəli gəlir və deyilənlər əslində onun üçün işin mahiyyətini əvəz
edir. Burada tezliklə anlayışın gerçəkliklə uyğunsuzluğu,
anlaşılmış olanın heç vaxt təfsilat səviyyəsinə enməməsi aşkar
olur və bəlli olur ki, onun ümumiliyi və dəqiq müəyyənliyi heç
vaxt incə nüanslara və gerçəkliyin müxtəlif modifikasiyalarına
tam uyğun gələ bilməz. Pedant buna görə özünün ümumi
prinsipləri ilə həyatda demək olar həmişə olduqca məhdud
görünür; o ağıllı deyil, zövqü yoxdur, faydasızdır, anlayışın
səmərəsiz olduğu incəsənətdə isə o, cansız, süni, ədalı nəsə
doğurur. Hətta əxlaqda belə ədalətli və ya alicənab hərəkət
etmək qətiyyəti hər yerdə abstrakt prinsiplərə uyğun həyata
keçə bilməz; bir çox hallarda vəziyyətin intəhasız incə nüansları
xarakterdən bilavasitə irəli gələn vaciblik seçimi zərurəti
doğurur, halbuki yalnız yarı yararlı sırf mücərrəd prinsiplərin
tətbiqi qismən yanlış nəticə verir, qismən isə, ümumiyyətlə,
mümkün deyil, çünki onlar hərəkət edən şəxsin fərdi
xarakterinə yaddır, xarakterdən isə əl çəkmək qətiyyən
mümkün deyil. Qeyri-ardıcıllığa səbəb də budur. Biz Kantı
bütünlüklə əxlaqi pedantizmi şirnikləndirməsilə bağlı tənədən
azad edə bilmərik, belə ki, əməlin mənəvi dəyərinin şərti kimi o,
onun mənşəyini hər hansı meyl və ya ani coşqudan savayı, sırf
şüurlu abstrakt prinsiplərdə görür. Şillerin «Vicdan əzabı»
29
epiqramının məğzinin mənası da bu məzəmmətdən ibarətdir.
Söhbət, xüsusilə siyasətdə, doktrinyorlardan, nəzəriyyəçilərdən,
alimlərdən və s. gedəndə, pedantlar, yəni şeyləri in concreto
yox, in abstracto qəbul edən adamlar nəzərdə tutulur.
Abstraksiya xüsusi təriflərin fikrən aradan qaldırılmasından
ibarətdir, halbuki təcrübədə məhz onlar mühüm rol oynayır.
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Artur Şopenhauer "Dünya: iradə və təsəvvür kimi"
100
Nəzəriyyə tam dolğun olsun deyə, hazırcavablığın
qeyri-qanuni növünü - söz oyunu, kalamburu, cinası–
xatırlatmaq yerinə düşərdi; buraya ikimənalılıq, pequivoque
da aiddir ki, onun da başlıca sferası– ədəbsizlikdir.
Hazırcavablıq iki müxtəlif real obyekti zorakılıqla bir anlayış
altına gətirildiyi kimi, söz oyunu da fürsətdən istifadə edib iki
müxtəlif anlayışı bir sözlə ifadə edir: elə həmin təzad yaranır,
lakin daha sönük və səthi, çünki şeyin mahiyyətindən yox,
adın təsadüflilyindən irəli gəlir. Hazırcavablıq zamanı
eyniyyət– anlayışda, fərq– gerçəklikdə; söz oyunu zamanı
fərq– anlayışda, eyniyyət– sözün səslənməsi ilə təqdim
edilən gerçəklikdədir. Əgər biz desəydik ki, söz oyunu
hazırcavablığa çevrilmiş yuxarı konusun parabolasının aşağı
parabolaya bəslədiyi münasibət kimi münasibət bəsləyir,
müqayisə, çox güman ki, həddən ziyadə qəribə olardı. Şifahi
anlaşılmazlıq, yaxud quid pro quo – bu, qeyri-ixtiyari
calembourgdur və o, sonuncuya axmaqlığın hazırcavablığa
bəslədiyi münasibətdə olur; bu səbəbdən qulağı ağır eşidən,
axmaq kimi çox vaxt gülüş üçün bəhanə verir və pis
komediyaların müəllifləri axmağın əvəzinə gülüş oyatmaq
üçün ondan istifadə edirlər.
Mən burada gülüşü yalnız psixoloji baxımdan nəzərdən
keçirtdim: fiziki nöqteyi-nəzərə gəldikdə isə “Parerqa”da
deyilənlərə müraciət etməyi məsləhət bilirəm (II cild, 6-cı fəsil, §
96, səh. 134,-I nəşr).
*
§ 14
Ümidvaram ki, bir tərəfdən zəkanın idrakı, bilik, anlayış,
digər tərəfdən dərrakə vasitəsilə sırf hissi riyazi seyrdə və
*
II cildin 8-ci fəsli buraya aiddir.
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Artur Şopenhauer "Dünya: iradə və təsəvvür kimi"
101
dərketmədəki bilavasitə idrak arasındakı fərqi və münasibətləri
tam izah etmiş bu müxtəlif mülahizələrdən; daha sonra, bizim
idrak qüvvələrimizin gözəl münasibətlərinin araşdırılmasının
labüd şəkildə gətirib çıxardığı hisslər və gülüş haqqında epizodik
qeydlərdən mən indi şüurun insana bəxş etdiyi üçüncü
üstünlüyün– elmin (dil və düşünülmüş fəaliyyətlə yanaşı)
sonrakı təhlilinin üzərinə qayıdıram. Qarşımızda duran elmə
ümumi baxış qismən onun formasına, qismən mühakimələrinin
əsaslandırılmasına və nəhayət məzmununa aid olacaqdır.
Biz gördük ki, sırf məntiqin əsası istisna olmaqla, hər növ
biliyin mənbəyi ağlın özündə deyil: başqa yolla əldə edilmiş,
xarakterinə görə aşkar olan bilik ağıldan kənara çıxmır və
bununla da, idrakın bambaşqa növünə - abstrakt idraka keçir.
Hər cür bilik, yəni idrak in abstracto dərketməyədək yüksələrək,
hissənin tama aid olması kimi, öz mənasında elmə aiddir. Hər
bir insan rast gəldiyi ayrı-ayrı hadisələri müşahidə etməkdən və
təcrübədən müxtəlif şeylər barədə bilik əldə edir: lakin elmə o
şəxs can atır ki, qarşısına əşyaların hansısa müəyyən sahəsini in
abstracto tam dərk etməyi məqsəd qoymuşdur. Bu sahəni
yalnız anlayışın köməyi ilə fərqləndirmək olar: bu səbəbdəndir
ki, hər bir elmin başında anlayış durur və burada məcmu
şeylərin o hissəsi düşünülür ki, elm onun barəsində in
abstracto- tam dərk verməyi vəd edir. Məsələn, məkan
münasibətlərinin anlayışı, cansız cisimlərin bir-birinə təsiri, bitki
və ya heyvanların xüsusiyyətləri, yer səthinin ardıcıl
dəyişiklikləri, bütövlükdə bəşəriyyətin dəyişiklikləri, dilin
quruluşu və s. bu qəbildəndir. Əgər elm onun anlayışında
düşünülən hər bir ayrıca əşyanı öyrənmək vasitəsilə öz obyekti
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Artur Şopenhauer "Dünya: iradə və təsəvvür kimi"
102
haqqında bilik əldə etmək və bu işi tədricən başa çatdırmaq
istəsəydi, bunun üçün, bir tərəfdən, heç bir insan yaddaşı
kifayət etməzdi, digər tərəfdənsə, öyrənilənlərə xatircəmliklə
tam yəqinlik hasil etmək olmazdı. Buna görə o, biri digərini
ehtiva edən anlayışlar sferasının yuxarıda izahı verilmiş
xüsusiyyətindən istifadə edir və öz obyektinin anlayışı daxilində
olan geniş sferalara meyl göstərir. Bu sferaların qarşılıqlı
münasibətlərini müəyyən etdikdən sonra o, ümumiyyətlə,
onlarda düşünülənin hamısını müəyyənləşdirir və hər dəfə
anlayışın daha məhdud sferalarını fərqləndirməklə, bu
düşünülənləri öz tərifləri ilə getdikcə daha dəqiq əhatə edir. Elm
üçün də öz predmetini bütünlüklə əhatə etmək məhz bunun
nəticəsində mümkün olur. Elmin idraka gəlib çıxdığı bu yol
ümumidən xüsusiyə gedən yoldur, onu adi bilikdən fərqləndirir:
odur ki, sistematik forma elmin mühüm və səciyyəvi əlamətidir.
Hər bir elmin ən ümumi anlayış sferalarının birləşdirilməsi, yəni
onun ali prinsiplərini dərketmə onun tədqiqi üçün labüd şərtdir:
belə prinsiplərdən xüsusi müddəalara gəlib çıxmaq bizim
iradəmizdən asılıdır və alimliyin əsaslılığını yox, həcmini artırır.
Müxtəlif elmlərdə ali prinsiplərin sayı – yerdə qalanlar onlara
tabedir– çox müxtəlifdir, odur ki, onların bəzilərində
subordinasiya, digərlərində əlaqələndirmə çoxdur. Bu baxımdan
birincilər daha çox mühakimə qabiliyyəti, sonuncular möhkəm
hafizə tələb edir. Hələ sxolastlara məlum idi ki, nəticə iki
mühakimə tələb etdiyi üçün heç bir elm yeganə, sonradan
başqasından çıxarılmayan əsas prinsipdən çıxış edə bilməz: hər
bir elm bir neçə belə prinsipə, heç olmazsa ikisinə malik
olmalıdır. Başlıca olaraq təsnif edən elmlər– zoologiya,
botanika, habelə kimya və fizika- onlar bütün qeyri-üzvi
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Artur Şopenhauer "Dünya: iradə və təsəvvür kimi"
103
fəaliyyəti çox az miqdarda əsas qüvvələrə müncər etdiyi üçün
daha çox subordinasiyaya malikdirlər, əksinə, tarix, özlüyündə
ona qətiyyən malik deyil, çünki burada ümumi yalnız başlıca
dövrlərin icmalında qərar tutur, bu dövrlərdən isə ayrı-ayrı
hadisələri çıxarmaq mümkün deyil: sonuncular birincilərə yalnız
xronoloji baxımdan tabedir, öz anlayışı üzrə isə onlarla
əlaqələndirilir. Buna görə tarix, düzünü desək, elm yox, bilikdir
(seçdirmə redaktorundur). Doğrudur, Evklidin qurduğu kimi,
riyaziyyatda
yalnız
aksiomlar
yarımçıq
deyilmiş
əsas
müddəalardır, bütün isbatlar isə dəqiq ardıcıllıqla onlara tabe
olur. Lakin belə düzülüş riyaziyyatın mahiyyəti ilə bağlı deyil və
əsil həqiqətdə hər bir teorem özü ilə yeni məkan
konstruksiyasına başlayır ki, o, da özü-özlüyündə əvvəlkilərdən
asılı deyil və doğrusunu desək, onlardan tamamilə ayrı, öz-
özündən, məkanın xalis seyrində dərk oluna bilər, burada
(məkanda ) isə ən dolaşıq konstruksiya belə aksiom kimi
bilavasitə aydındır; bu barədə təfsilatı ilə aşağıda bəhs ediləcək.
Bununla belə, hər bir riyazi müddəa çoxsaylı ayrı-ayrı hallara
tətbiq olunan ümumi həqiqət olaraq qalır və ona da, həmçinin
adi vəziyyətlərdən mürəkkəblərinə tədrici keçid xasdır və bu
əsas etibarilə birincilərdən irəli gəlir; beləliklə riyaziyyat hər
cəhətdən elmdir.
Özlüyündə elmin, yəni forma üzrə kamilliyi ondan
ibarətdir ki, onun müddəalarında imkan daxilində daha çox
subordinasiya və bacardıqca az əlaqələndirmə olsun. Buna görə
ümumelmi istedad-anlayışların sferalarını onların müxtəlif
tərifləri üzrə qarşılıqlı tabe etmək qabiliyyətidir. Məqsəd,
Platonun dəfələrlə tələb etdiyi kimi, elmin təkcə ucu-bucağı
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Artur Şopenhauer "Dünya: iradə və təsəvvür kimi"
104
görünməyən müxtəlifliyinin bilavasitə müqayisə edilə biləcəyi
ümumini ifadə etməsi deyildi, biliyin daha konkret təriflərə
əsaslanan vasitəçi anlayış və ayırmaların köməyi ilə son dərəcə
ümumidən xüsusiyə tədricən enməsi idi. Kantın dili ilə desək,
bu, yekcinslik və ayrıcalaşma qanunlarını eyni dərəcədə təmin
etmək deməkdir. Lakin məhz əsl kamilliyin bundan ibarət
olmasından aşağıdakılar aşkara çıxır: elmin məqsədi– daha
böyük dürüstlük yox (çünki sonuncuya ən natamam ayrıca bir
məlumatda malik ola bilər), biliyin onun forması vasitəsi ilə
asanlaşdırılması və bununla verilən dolğun bilik imkanıdır. Odur
ki, idrakın elmiliyinin daha çox dürüstlükdən ibarət olması
barədə yayılmış yanlış fikir və elə bu cür yanlışlıqla yalnız
riyaziyyat və məntiqin əsl mənada elm olması (belə ki, yalnız
onlar özlərinin xalis apriorluğu üzündən təkzib olunmaz idrak
səhihliyinə malikdir) barədə bundan irəli gələn iddialar
əsassızdır. İdrakın təkzib olunmaz səhihliyi kimi sonuncu
üstünlüyü qəbul etməmək olmaz, lakin bu onlara xüsusi elmlilik
hüququ vermir. Elmlilik idrakın səhihliyindən yox, onun
ümumidən xüsusiyə tədricən enişə əsaslanan sistematik
formasından ibarətdir.
Bu, ümumidən xüsusiyə doğru elmlərə xas dərketmə
yolu ona səbəb olur ki, onlarda bir çox şey əvvəlki
müddəalardan deduksiya ilə, yəni sübutlarla əsaslandırılır. Bu
isə köhnə yanlışlığa belə bir bəhanə vermişdir ki, guya yalnız
sübuta yetmiş tam doğruların və guya hər bir həqiqətin sübuta
ehtiyacı var, halbuki əksinə, hər bir sübut onun özünün və ya
yenə də öz sübutlarının son dayağı ola biləcək isbatedilməz
həqiqətə ehtiyac duyur, elə buna görə də bilavasitə
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Artur Şopenhauer "Dünya: iradə və təsəvvür kimi"
105
əsaslandırılmış həqiqət sübuta əsaslanan həqiqətdən, bulaq
suyu akvedukdan götürülmüş sudan üstün olduğu qədər,
üstündür.
Seyr –riyaziyyatı əsaslandırdığı kimi, istər sırf a priori
olsun, istərsə də empirik a posteriori olsun, bütün digər elmləri
əsaslandırdığı kimi – hər bir həqiqətin mənbəyi və hər bir elmin
əsası budur ( yalnız zəka tərəfindən öz qanunlarını əyani yox,
hər halda bilavasitə dərkinə əsaslanan məntiq istisna təşkil
edir). Günəş kainat üçün nədirsə, sübuta yetməmiş hökmlər,
onların sübutları yox, bilavasitə seyrdən götürülmüş və hər
hansı sübut əvəzinə ona əsaslanan hökmlər elm üçün odur,
çünki hər bir işıq ondan törəyir, ondan nur alan başqaları da
şölə saçır. Bu cür ilkin fikirlərin həqiqiliyini bilavasitə seyrdən
çıxarmaq, elmin bu cür dayaqlarını real şeylərin gözyetməz
kütləsindən irəli sürmək- mühakimə qabiliyyətinin işidir və bu
qabiliyyət aşkar dərk olunanı mücərrəd şüura dəqiq və düzgün
keçirmək bacarığından ibarətdir və buna görə dərrakə və zəka
30
arasında vasitəçidir. Fərddə bu qabiliyyətin yalnız müstəsna və
adi ölçüdən artıq olan qüvvəsi həqiqətən elmi irəliyə apara
bilər, hökmdən hökm çıxarmağı, isbat etməyi, nəticə çıxarmağı
isə sağlam ağla malik olan hər kəs bacarır, əksinə, seyrdə dərk
olunmuşları lazımi anlayışlara müncər etmək və refleksiya üçün
elə təsbit etmək lazımdır ki, bir tərəfdən, real obyektlər üçün
ümumi olan-şahid bir anlayışda düşünülsün və digər tərəfdən,
onlarda müxtəlif olan anlayışların müvafiq miqdarında
düşünülsün; bu yolla qismən üst-üstə düşməyə baxmayaraq,
fərqli olan hər halda fərqli kimi dərk olunsun və düşünülsün,
qismən fərqə baxmayaraq, eyni olanlar hər bir konkret hal üçün
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Dostları ilə paylaş: |