3
Cari ilin mart ayının 18-də muxtar
respublika Ali Məclisində Naxçıvan
Muxtar Respublikasında turizmin
inkişaf etdirilməsi ilə bağlı keçi -
rilən müşavirədə muxtar respublika
rəhbəri nin tapşırıqlarına əsasən hər
həftə muxtar respublikada fəaliyyət
göstərən idman federasiyaları üzv-
lərinin Ağbulaq İstirahət Mərkəzinə
səyahətləri təşkil olunur.
Naxçıvan Muxtar Respublikası Ali
Məclisinin Sədri yanında Gənclər Fondu,
Naxçıvan Muxtar Respublikası Gənclər
və İdman Nazirliyi, Şahmat Federasiyasının
birgə təşkilatçılığı ilə iyunun 26-27-də
Ağbulaq İstirahət Mərkəzində 45 şahmat-
çının istirahəti təşkil edilib.
Naxçıvan şəhərindən ayrılmış avto-
buslarla Ağbulaq İstirahət Mərkəzinə
yola düşən zəka sahiblərini mərkəzdə
təşkilatçıların nümayəndələri qarşılayıblar.
Burada şahmatçılara mərkəz haqqında
geniş məlumat verilib. Tanışlıqdan sonra
zəka sahibləri nahar yeməyinə yollanıblar.
Proqrama uyğun olaraq şahmatçılar daha
sonra təşkil edilmiş oyunlarda iştirak
ediblər. Xüsusilə şahmat turniri böyük
marağa səbəb olub. Turnirdən sonra id-
mançılar Ağbulaq kəndi ərazisindəki
təbiət abidələri ilə tanış olublar. Şam ye-
məyinin ardınca isə federasiyanın id-
mançıları üçün vətənpərvərlik mövzu-
sunda “Nuh yurdu – Naxçıvan” sənədli
filmi nümayiş etdirilib.
Növbəti günə səhər gimnastikası ilə
başlayan şahmatçılar əyləncəli oyunlarda
iştirak edib, vətənpərvərlik mövzusunda
mahnılar dinləyiblər. Onlar arasında təşkil
edilən futbol yarışı da yaddaqalan olub.
Nahar yeməyindən sonra idmançıların Ağ-
bulaq İstirahət Mərkəzində ikigünlük isti-
rahətinə yekun vurulub və onlar Naxçıvan
şəhərinə qayıdıblar.
Federasiyanın sədr müavini Emin Hacı -
yev şahmatçıların mərkəzdə istirahəti ilə
bağlı bizimlə söhbətində vurğuladı ki,
belə tədbirlərin təşkili idmançılarda əlavə
motivasiya yaradır. Şahmat elə bir idman
növüdür ki, hər zaman bu idman növü ilə
məşğul olanların belə iştirahətlərə ehtiyacı
olur. Zəka sahiblərimizin bəziləri mərkəzə
ilk dəfədir, gəlirlər. Mərkəzdə idmançılar
üçün yaradılan şəraitə görə şahmatçılar
adından dövlətimizə minnətdarlığımızı
bildiririk.
-
Ceyhun MƏMMƏDOV
Naxçıvan Muxtar Respublikası ümum-
təhsil müəssisələrində çalışan müəllimlərin
bilik və bacarıqlarının qiymətləndirilməsi
məqsədilə 2015-ci ilin mart ayında keçi-
rilmiş attestasiya imtahanlarında üzrlü sə-
bəbdən iştirak etməyən, həmin imtahanlarda
müəyyən olunmuş bal həddini aşmayan
və yeni işə qəbul edilən müəllimlərin at-
testasiyası keçirilib. Ötən dövr ərzində
muxtar respublikanın ayrı-ayrı rayonla-
rından müraciət etmiş 1142 müəllim qey-
diyyata alınıb.
İmtahan Naxçıvan şəhər 4 və 14 nömrəli
tam orta məktəblərdə keçirilib. İmtahanlarda
müəllimlərə 80 sual təqdim edilib ki, on-
lardan 40-ı ixtisas, 25-i kurikulum, 10-u
metodika, 5-i isə kompüter biliklərinə aid
suallar olub. Sualların cavablandırılması
üçün müəllimlərə 150 dəqiqə vaxt ayrılıb.
İmtahana Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyi, Tələbə Qəbulu üzrə Dövlət
Komissiyasının Naxçıvan Muxtar Respub-
likası Regional Bölməsi və “İstedad XXI
əsr” kursunun əməkdaşlarından ibarət 51
nəfər nəzarətçi cəlb edilib.
Qeyd edək ki, həmin gün Şərur Şəhər
Fizika-Riyaziyyat Təmayüllü Liseyə də
müəllimlərin işə qəbulu imtahanları keçi-
rilib. İmtahanda müraciət etmiş 47 müəllim
iştirak edib.
– Hüseyn müəllim, söhbətimiz ədəbi tənqid
barədə olacaq. Ədəbi prosesdə tənqidin rolu
nədən ibarətdir?
– Bəzən ədəbi tənqid deyəndə yalnız hər
hansı bədii əsəri tənqid etmək, onun nöqsanlarını
göstərmək başa düşülür. Əlbəttə, ədəbi tənqidin
əsas vəzifələrindən biri budur. Lakin ədəbi
tənqid ədəbiyyatşünaslığın üç əsas şöbəsindən
biri kimi, bütövlükdə, müasir ədəbi proseslə
məşğul olur, onu təhlil edib dəyərləndirir, yeni
yaranan əsərlərə obyektiv və operativ qiymət
verir. Və təbii ki, bu zaman müşahidə olunan
müsbət məqamları da, yol verilmiş qüsurları
da əsaslandırılmış şəkildə nəzərə çatdırır. Yəni
ədəbi tənqid çağdaş ədəbi prosesin yolyoldaşı
olmaqla təkcə nöqsanları yox, həm də uğurları
müəyyənləşdirib diqqət mərkəzinə çəkir, inki-
şafın meyil və istiqamətləri barədə fikir bildirir.
Məşhur rus ədibi A.S.Puşkin haqlı olaraq
yazırdı ki, “Tənqid ədəbiyyat və incəsənət
əsərlərindəki gözəllikləri və nöqsanları açmaq
elmidir”. Əsər müəllifinin gələcək yaradıcılıq
axtarışlarının daha dolğun xarakter alması,
təkmilləşməsi, nöqsanların aradan qaldırılması
üçün ədəbi tənqidin rolu böyükdür. Tənqid
ədəbi prosesə təkan verir, onun dinamik inki-
şafını daha da gücləndirir. Eyni zamanda ədəbi
tənqid həm də oxucular üçün faydalıdır. Onlarda
hər hansı bədii nümunə, ümumən, ədəbi proses
barədə daha dürüst qənaətlər formalaşmasına
kömək göstərir. Müxtəlif alimlər tərəfindən
tənqidin “hərəkətdə olan estetika”, “ədəbiy-
yatşünaslığın operativ ştabı” adlandırılması da
bu mənada təsadüfi deyil.
– Müasir cəmiyyətdə ədəbi tənqidə münasibət
haqqında nə deyə bilərsiniz?
– Bu məqamda ümummilli liderimiz Heydər
Əliyevin Azərbaycan yazıçılarının VII qurulta-
yında söylədiyi aşağıdakı fikirləri xatırlatmaq
istərdim: “Müasir ədəbi-bədii prosesi tənqid-
çilərin, ədəbiyyatşünasların fəal və faydalı işi
olmadan təsəvvür etmək mümkün deyildir.
Onlar bədii həyatımızın mürəkkəb, bəzən zid-
diyyətli proseslərini dərindən təhlil etməyə və
ümumiləşdirməyə borcludurlar”. Ədəbi tənqidin,
ümumən, ədəbiyyatşünaslığın önəmli vəzifələri
bu qiymətli fikirdə dəqiqliklə ifadə olunub.
Çağdaş cəmiyyətimizdə də ədəbi tənqidin
özünəməxsus mövqeyi və missiyası vardır.
Hüquqi dövlət quruculuğu prosesində böyük
uğurlar qazanmış müstəqil Azərbaycanda bütün
digər sahələrlə yanaşı, elmi-ədəbi mühitdə də
fikir plüralizmi, sərbəst düşüncənin hərtərəfli
şəkildə təqdimi üçün hər cür şərait yaradılıb.
Senzuranın ləğv olunduğu ölkəmizdə şair və
yazıçılar da, tənqidçilər də öz düşüncə və ba-
xışlarını ifadə etməkdə, ən müxtəlif yaradıcılıq
axtarışları aparmaqda tam sərbəstdirlər. Ədə-
biyyatda ildən-ilə artan yazarların qələmi ilə
araya-ərsəyə gələn çoxsaylı əsərlərin, necə de-
yərlər, saf-çürük edilərək obyektiv şəkildə də-
yərləndirilməsinə, əslində, ədəbi mühitin də,
oxucuların da, geniş mənada, ictimaiyyətin də
ehtiyacı var. Bu qədər əsər bolluğu şəraitində
pisi yaxşıdan, istedadı həvəskardan, professionalı
diletantdan ayırmaq çox vacib məsələdir və
bu məqamda ədəbi tənqid özünün obyektiv,
qərəzsiz və inandırıcı mövqeyini əsaslandırıb
ortaya qoymalıdır. Ədəbi tənqidin fəallığı, öz
vəzifələrini yerinə yetirməsi istiqamətində əhə-
miyyətli işlər görülsə də, fikrimcə, bu, hələ
tam şəkildə kifayət deyil.
– Naxçıvanda bugünkü ədəbi mühiti ədəbiy-
yatşünas-alim kimi necə qiymətləndirirsiniz?
– Minnətdarlıq duyğusu ilə qeyd etmək is-
tərdim ki, muxtar respublikamızda bütün digər
sahələrlə yanaşı, ədəbiyyatın və ədəbi tənqidin
hərtərəfli şəkildə inkişafı üçün hər cür şərait
var. Naxçıvanda Yazıçılar Birliyi fəaliyyət gös-
tərir, nəşriyyatların, mətbuat orqanlarının, tele -
viziya və radio redaksiyalarının qapıları yaradıcı
ziyalıların üzünə açıqdır. Onların fəaliyyəti
yetərincə işıqlandırılır. Dövlət vəsaiti ilə nəşr
olunan ədəbi almanaxları, topluları, kitabları,
o cümlədən ədəbi gəncliyin istedadlı və ümid-
verici nümayəndələrinin əsərlərinin çapını xa-
tırlatmaq yerinə düşər. Yaradıcı ziyalılara gös-
tərilən ardıcıl və hərtərəfli dövlət qayğısı,
onların əməyinin yüksək səviyyədə qiymət-
ləndirilməsi də hamıya bəllidir. Naxçıvan Mux-
tar Respublikası Yazıçılar Birliyinin 2012-ci
ilin oktyabrında keçirilmiş konfransında Ali
Məclisin Sədri cənab Vasif Talıbovun dərin
məzmunlu çıxışı görülmüş işlərə qiymət ve-
rilməsi ilə yanaşı, qarşıda duran mühüm vəzi-
fələrin diqqət mərkəzinə çəkilməsi baxımından
da böyük əhəmiyyətə malikdir.
Hazırda Naxçıvan Yazıçılar Birliyi ətrafında,
təxminən, səksən nəfər üzv cəmləşmişdir ki,
onlar da şair, yazıçı, dramaturq, tərcüməçi,
tənqidçi və ədəbiyyatşünaslardan ibarətdir. Bu-
raya birlik üzvü olmayan qələm sahiblərini də
əlavə etsək, böyük bir yaradıcı heyətdən söz
aça bilərik. Son illərdə bu müəlliflərin çoxsaylı
kitabları çap olunub, o cümlədən bir sıra xarici
ölkələrdə onların əsərləri nəşr edilib. Bu əsərlər
sırasında ideya-bədii mükəmməlliyə malik,
Azərbaycan ədəbi mühitində fərqləndirilməyə
layiq olan nümunələr də az deyil. Onların sı-
rasında gənc müəlliflərin varlığı da qürurveri-
cidir. Bunlar hamısı yaxşıdır və ədəbi mühiti-
mizin hazırkı inkişafının əyani təzahürüdür.
Bunlarla yanaşı, bütövlükdə ölkə ədəbiy-
yatında olduğu kimi, Naxçıvan ədəbi mühitində
də bəzi təsadüfi imzalar var, xüsusən poeziya
sahəsində. Az-çox qafiyə quraşdıra bilənlər
də bəzən qələmə qurşanırlar. Az, yaxud çox
yazmaqlarından asılı olmayaraq, onların qələm
məhsullarının əsl ədəbiyyata aidiyyəti yoxdur.
Ədəbi tənqid gərək bunlara diqqət yetirsin.
Öz obyektiv münasibətini ortaya qoysun.
– Hüseyn müəllim, elə bu məqamda soruşmaq
istərdim: muxtar respublikada ədəbi tənqidin
vəziyyəti sizi qane edirmi?
– Səmimiyyətlə deyim ki, o qədər də yox.
Doğrudur, ayrı-ayrı ədəbi-tənqidi məqalələr,
ədəbi icmallar, ələlxüsus da resenziyalar yazılır,
yaradıcılıq müzakirələri keçirilir, yeni yaranmış
əsərlər, ümumən, cari ədəbi proses barədə
müəyyən dəyərləndirmələr aparılır. Mən söh-
bətimizin əvvəlindən bir məqamı bir daha xa-
tırlatmaq istəyirəm. Bəli, ədəbi tənqid çağdaş
ədəbi prosesin uğurlarını, dəyərli ədəbi əsərləri
qiymətləndirib yeri gələndə təbliğ də etməlidir,
nöqsanları da göstərməkdən çəkinməməlidir.
Görülmüş işlərin əhəmiyyətini azaltmamaqla
deyim ki, ədəbi tənqid daha çox tərif ovqatlı
resenziyalar yazmağa meyillidir.
Təəssüf ki, bu gün biz yeni yaranan əsərlərə
münasibətdə ədəbi tənqidin operativ və obyektiv
münasibətinin çox vaxt şahidi olmuruq. Hətta
uğurlu bir əsər ortaya çıxanda da onun haqqında
yazılan məqalədə əsərin ideya-bədii məziy-
yətləri, çağdaş ədəbi prosesə gətirdiyi yeniliklər
və sair elmi səviyyədə təhlil edilmir, əvəzində
ümumi tərif axarı baş alıb gedir. Hansı ki, sa-
dəcə, əsərin adını dəyişməklə bu müsbət rəyi
istənilən digər bədii nümunəyə şamil etmək
olar. Bu da ona görə belədir ki, bəzi əhli-
qələm özünə əziyyət verməyərək bədii əsəri
lazımınca incələmir, ümumi sözlərlə müsbət
fikir bildirir. Bədii əsərlərdəki qüsurlara isə
ədəbi tənqid tərəfindən lazımi prinsipial mü-
nasibət çox vaxt göstərilmir. Ən yaxşı halda
bir-iki cümləlik ümumi səciyyəli şablon cüm-
lələrlə tənqid öz missiyasını bitmiş hesab edir.
– Bəlkə, ədəbiyyatşünaslar o kitabları oxu-
madan fikir bildirirlər?
– Ən vacib məsələ elə budur. Tənqidçi
ədəbi prosesi ardıcıl və hərtərəfli şəkildə izlə-
məli, oxuyub təhlil etməlidir.Yəni əsl ədəbi
tənqid nümunəsi ortaya qoymaq istəyən tənqidçi,
ədəbiyyatşünas həm də geniş mütaliə sahibi
olmalıdır. Tənqidçi və ədəbiyyatşünaslarımız
yazarların yaradıcılığını lazımi səviyyədə iz-
ləmirlər. Belə olan halda, təbii ki, dolğun,
ümumiləşdirici, əhatəli ədəbi tənqid nümunələri
də az-az ortaya çıxacaq.
– Qeyd etdiyiniz kimi tənqidçilər yaxşı əsər
haqqında da, zəif əsər barədə də eyni fikirləri
söyləyirlər. Bu fikirlər şair və yazıçıların sonrakı
fəaliyyətində açıq-aşkar hiss olunur. Bu barədə
nə düşünürsünüz?
– Ədəbi əsərlərindəki nöqsanlar tənqid olun-
mayan, yalnız təriflənən yazarların bir qismində
özündənrazılıq, müştəbehlik də baş qaldıra bilir.
Beləcə, “ədəbi dühaların” formalaşmasına ədəbi
tənqid öz laqeydliyi, yaxud süni tərifləri ilə
sanki xeyir-dua verir. Tənqid olmayanda ustad
tənqidçi Seyid Hüseynin vaxtilə dediyi kimi:
“Hər əli qələm tutan özünü birinci sanacaq”.
Ədəbi əsər müəllifləri də gərək tənqidi ob-
yektiv qəbul etsinlər. İbrətli məqamlardan bir-
ikisini xatırlatmaq istərdim. Bizim həmyerlimiz,
dəyərli yazıçı, publisist və ictimai xadim Əli
Səbri Qasımovun 1913-cü ildə çap olunmuş
“Solğun çiçək” romanındakı bəzi nöqsanları
tənqidçi Seyid Hüseyn “İqbal” qəzetindəki re-
senziyasında açıq şəkildə göstərmişdi. Ə.Səbri
isə bu iradları səmimi qarşılayaraq hətta mət-
buatda tənqidçiyə minnətdarlıq məktubu da
çap etdirmişdi. Seyid Hüseyn isə başqa bir
məqalədə gənc yazıçının tənqidə belə obyektiv
yanaşmasını müsbət hal kimi misal çəkmişdi.
Eyni həssas münasibəti tanınmış ədibimiz Nə-
riman Nərimanov “Nadanlıq” pyesinin bəzi
qüsurlarını nəzərə çatdıran məşhur ədəbiyyat-
şünas Firidun bəy Köçərlinin tənqidinə müna-
sibətdə göstərmişdi...
Amma bu gün bir tənqidçi bir yazıçını
tənqid edəndə elə də olur ki, əsər qalır bir kə-
narda, mübahisə şəxsi xarakter alır. Şahidi ol-
muşam ki, ədəbiyyatşünaslarımızdan birinin,
hətta o qədər də dərinə getməyən tənqidinə
bəzi yazarlarımız çox sərt reaksiya vermişdilər.
Bu məqamda yenə də klassikaya üz tuturam.
Tənqidçi Seyid Hüseyn, təxminən, yüz il öncə
yazırdı: “Bizim bəzi yazıçılarımızda qəribə
halətlər var. Birisi götürüb bir yazıçının və
müəllifin səhvini, əsərinin səhv nöqtələrini
göstərərsə, onu yazıçı əfəndi özünə qarşı bir
təhqir hesab edər. ...Öz yazısından göz örtüb
çalışır ki, yazı sahibinə bir ləkə vursun”.
Yazıçı, şair, yaxud dramaturqun necə ya-
naşmasından asılı olmayaraq, ədəbi tənqid,
heç şübhəsiz, etik qaydaları, ədəbi əxlaqı
unutma maq şərti ilə əsərə obyektiv qiymət
verməlidir, nöqsanlara da göz yummamalıdır.
Böyük Mirzə Fətəli Axundzadə vurğulayırdı
ki, “Bir şəxs kitab yazdığı zaman başqa bir
şəxs onun əsərinin mətləbləri xüsusunda kritika
yazır; bu şərtlə ki, müəllif haqqında ədəbsiz
və könül incidən bir söz belə, olmasın; hər nə
deyirlərsə, incəlik yolu ilə deyilsin”.
Ədəbi tənqidin zərurətindən ağızdolusu da-
nışan bəzi yazarlar məsələ konkretləşəndə, öz-
lərinin əsərləri barədə hansısa bir kiçik tənqidi
qeyd ortaya çıxanda fərqli yanaşma göstərirlər.
Xalq şairi Süleyman Rüstəm sanki belələrinin
dilindən yazıb:
Xatirimə dəyməyin, damağım çağ olanda,
Tənqid çox yaxşı şeydir, məndən
uzaq olanda.
Sənət adamlarımız əsərlərinə dürüst qiymət
verilməsində maraqlı olmalı, ədəbi tənqidin
haqlı, əsaslı münasibətindən doğan tənqidi sə-
mimi qəbul etməlidirlər. Bu məqamda ustad
ədəbiyyatşünas, akademik Məmməd Cəfər Cə-
fərovun vaxtilə bu kontekstdə yazılmış bir
məqaləsinə seçdiyi ad yadıma düşür: “Tənqidçi
ədalətli, yazıçı təvazökar olmalı”.
– Son olaraq muxtar respublikada yaradıcı
insanlara ədəbiyyatşünas-alim kimi sözünüz?
– Ədəbi tənqidin obyektiv, operativ və hər-
tərəfli elmi dəyərləndirmələrinin olması çox
vacibdir. Bu, yazarlar üçün də, elə ədəbi tənqidin
özü üçün də faydalı və gərəklidir.Tənqidçi və
ədəbiyyatşünaslar muxtar respublikanın çağdaş
ədəbi mühitinə münasibətdə fəallıq göstərməli-
dirlər. Naxçıvanda istedadlı və qabiliyyətli
yazıçı, şair və dramaturqlarla yanaşı, professional
ədəbiyyatşünaslar da az deyil, amma mən də
daxil onların böyük əksəriyyəti ədəbiyyat tarixi
üzrə araşdırmalar aparır, çağdaş ədəbi proseslə
ümumən məşğul olmur, ya da bu sahəyə arabir
diqqət yetirir, bəzi məqalə və resenziyalar yaz-
maqla işlərini bitmiş sayırlar. Muxtar respubli-
kamızda yaşayıb fəaliyyət göstərən ədəbiyyat-
şünas-alimlər, eləcə də gənc tədqiqatçılar çağdaş
ədəbi prosesin təhlil olunub ümumiləşdirilməsi,
dəyərləndirilməsi ilə ardıcıl, daimi, hərtərəfli
məşğul olmağa diqqəti daha da artırmalıdırlar.
Azərbaycanın paytaxtında, eləcə də digər böl-
gələrdə muxtar respublika ədəbi mühitinin ya-
radıcılıq uğurlarının, layiqli əsərlərin yetərincə
təbliği və tanıtdırılması işinə də ədəbi tənqid
diqqəti gücləndirməlidir. Hesab edirəm ki, biz
Naxçıvan ədəbi mühitinin dünəni və bu günü
barədə kitab və məqalələrin xarici ölkələrdə
nəşri işinə də xüsusi fikir verməliyik. Bu sahədə
bədii tərcüməçilər də öz sözlərini deyə bilərlər.
Ümumiyyətlə, muxtar respublikamızda
ədəbiy yatın, ədəbi tənqidin hərtərəfli inkişafı
üçün yaradılmış yüksək şərait müqabilində
hər bir qələm sahibi öz potensialını möhtəşəm
vəzifələrin daha mükəmməl şəkildə həyata ke-
çirilməsinə yönəltməlidir.
Söhbətləşdi:
-
Sara ƏZİMOVA
Azərbaycan ədəbi mühitinin ayrılmaz tərkib hissəsi olan Naxçıvan ədəbi mühiti
ümumazərbaycan məkanında özünü təsdiq etdirib. Bu mühitin formalaşması prosesi
uzun bir yol keçib. Azərbaycan ədəbiyyatına Cəlil Məmmədquluzadə, Hüseyn Cavid,
Məmməd Səid Ordubadi kimi görkəmli korifeylər bəxş edən Naxçıvan ədəbi mühiti
bu gün hərtərəfli dövlət qayğısı əhatəsindədir. Filologiya üzrə elmlər doktoru,
Azərbaycan Respublikasının Əməkdar elm xadimi, Azərbaycan Yazıçılar Birliyinin
üzvü Hüseyn Həşimli ilə söhbətimizdə bəzi suallara aydınlıq gətirməyə çalışdıq.
4
İtmişdir
Naxçıvan şəhəri, A.Tarverdiyev küçəsi 14-də yaşayan Hüseynov Hacı
Akim oğlunun adına olan 3846 inventar nömrəli texniki pasport itdiyindən
etibarsız sayılır.
ØßÐÃqapısı
Kütləvi informasiya vasitələrindən
dünyanın müxtəlif ölkələrində həbsxa-
nalarda məhkumların xoşagəlməz şəraitdə
saxlandığının şahidi olmuşuq. Bəs muxtar
respublikamızda necə? Məhkumlar hansı
şəraitdə saxlanılır? Onların islah olunması
üçün hansı tədbirlər həyata keçirilir? Bu
barədə bir az sonra. Amma əvvəlcə onu
qeyd edim ki, bu müəssisə 2008-ci ildə
fəaliyyətə başlayıb. Buranın yaradılması
ilə bir sıra problemlər də öz həllini tapıb.
Muxtar respublikada cinayət törətmiş
Azərbaycan vətəndaşlarının cəzaçəkmə
müəssisələrinə aparılması, eyni zamanda
cəza dövründə onların valideynlərinin,
yaxınlarının görüşə getmələri blokada
şəraitində olan Naxçıvan Muxtar Res-
publikasında bir sıra çətinliklər yaradırdı.
Penitensiar Xidmətin Qarışıq Rejimli
Cəzaçəkmə Müəssisəsinin yaradılması
bu çətinliklərə son qoyub. Müəssisənin
açılış mərasimində Naxçıvan Muxtar
Respublikası Ali Məclisinin Sədri çıxış
edərək bildirib ki, Azərbaycan vətəndaşları
ölkə mizin milli sərvətidir. Biz bu sərvəti
qorumalı, vətəndaşlarımızı Azərbaycanın
inkişafına, ölkəmizin gələcəyinin, müs-
təqilliyinin möhkəmləndirilməsinə isti-
qamətləndirməliyik. Təsadüf, yaxud özü-
nü idarə edə bilməməsi nəticəsində ci-
nayət və ya qanun pozuntusu törətmiş
şəxslər isə burada tərbiyə olunmalıdırlar.
Bu ilin fevral ayında müəssisədə yeni
yaradıcılıq və istehsalat binasının isti-
fadəyə verilməsi bu funksiyanın yerinə
yetirilməsinə böyük töhfəsini verir. Bu,
muxtar respublikada insan amilinə nə
qədər dəyər verildiyinin göstəricisidir.
Oxucularımıza bu binanın fəaliyyəti, bu-
rada məhkumların əl işləri barədə məlu-
mat vermək üçün yaradıcılıq və istehsalat
binasında olduq.
... Naxçıvan Muxtar Respublikası
Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin
Təşkilat-nəzarət şöbəsinin rəisi, ədliyyə
polkovnik-leytenantı Əli Rəhimovun mü-
şayiəti ilə yeni yaradılan yaradıcı lıq və
istehsalat binasına daxil oluruq. Məh-
kumlar iş başındadır. Bir az onları kə-
nardan izləyirəm. Düşünürəm ki, məh-
kumların islah olunmasında əməyin böyük
rolu vardır. Çünki peşə vərdişinə yiyə-
lənmə məhkumun gələcəkdə cəmiyyətə
uyğunlaşmasında mühüm rol oynayır.
Qeyd edək ki, bu günə kimi 64 məh-
kum kompüter istifadəçisi, misgərlik,
ağac üzərində oyma və qazanxana ma-
şinisti peşələri üzrə kurs keçib. Azad
edilmiş məhkumlar öyrəndikləri peşələr
üzrə fəaliyyətlərini davam etdirirlər. Məh-
kumlarla həmsöhbət oluram. Onlardan
Mehdi Kərimov deyir:
– Naxçıvan şəhərindənəm. 8 ildir,
azadlıqdan məhrum olunmuşam. Bir
ildən sonra azadlığa buraxılacağam. Ya-
radıcılıq və istehsalat binasında müxtəlif
əl işləri hazırlayıram.
Söhbətimizi Elmixan Əliyevlə davam
etdirirəm. O, Şərur rayonunun Şəhriyar
kəndindəndir. Cəza müddəti 9 il 9 aydır.
Bunun 2 il 9 ayı arxada qalıb. Digər
məhkum yoldaşları kimi, o da etdiyi
əməldən peşmandır. Amma özünə düzgün
yol seçməyi qarşısına məqsəd qoyub.
Bu düzgün yolun ilk addımını elə yara-
dılan bu istehsalat sahəsində atıb. Burada
əl işlərinin hazırlanmasında məhkum
yoldaşlarına köməklik edir.
Culfa rayonunun Dizə kəndindən olan
Arzuman Babayev gəncliyinin ən gözəl
çağında 5 il azadlıqdan məhrum edilib.
O deyir:
– Heç kəsə arzulamaram ki, məh-
kumluq həyatı yaşasın. Azadlıq qədər
şirin nemət yoxdur həyatda. Bax bu gör-
düyünüz rəsm əsərləri belə, məndən daha
azaddır. Bir neçə gündən sonra bu əsərlər
azadlıqda müxtəlif insanların əlində ola-
caq. Amma mən azadlıqda deyiləm. Mən-
dən 20 kilometr aralıda insanlar azad-
lıqdadır. Amma mən... Törətdiyim cina-
yətə görə çox peşmanam. Sonrakı peş-
mançılıq fayda verməz. İki il arxada
qalıb. Bu aylar ərzində həyatın mənasını
daha yaxşı anladım. Burada başımız çox
qarışır. Bu yaradıcılıq və istehsalat binası
mənim həyatımda dönüş yaratdı. Azad-
lıqda bu sənətimi davam etdirəcəyəm.
İki uşaq atası Elmar Fətəliyev burada
qazandığı gəliri ailəsinə göndərir:
– İstərdim ki, ailəmin yanında olum,
qazandığım puldan övladlarıma nələrsə
alıb onları sevindirim. Elədiyim səhv
ucbatından onlardan uzaq düşdüm. Dü-
şünürdüm ki, bəs ailəmə, uşaqlarıma
necə baxacağam? Bu istehsal sahəsi
bizim həm də çörəkpulu qazanmağımıza
şərait yaratdı. Bunun üçün dövlətimizə
minnətdaram.
Şahbuz rayonunun Külüs kəndindən
olan, 9 il azadlıqdan məhrum edilən
Elşən Şirinov nərd taxtası üzərinə naxışlar
vurur. Onun dedikləri:
– Taxtalara vurduğum hər naxış azad-
lığın yanğısıdır. Azadlıq həsrətində ərsəyə
gəlmiş bu əl işləri bizim üçün çox əzizdir.
Burada hərəmiz müxtəlif peşə öyrənirik.
Azad olunan şəxslərin əksəriyyəti öy-
rəndikləri peşələri davam etdirirlər. Bu
işi azadlıqda davam etdirəcəyəm. Burada
çalışan məhkumların hamısı bu fikirdədir.
11 il azadlıqdan məhrum edilən, 1971-ci
il təvəllüdlü Fərhad Rüstəmov 9 ili geridə
qoyub. O, duzla müxtəlif əl işləri hazır-
layır. Əl işlərinə baxanda belə istedadlı
insanı məhkum kimi qarşımızda görmək,
sözün əsl mənasında, təəssüf hissi doğurur.
Ötən ay “Naxçıvanqala” Tarix-Memarlıq
Muzey Kompleksində ümummilli lider
Heydər Əliyevin anadan olmasının 93-cü
ildönümünə həsr olunmuş “Yaradıcı əllər”
festivalında diploma layiq görülüb.
Məhkumlarla söhbətdən sonra bina
ilə tanış oluruq. İkimərtəbəli binada is-
tehsalat və tədris otaqları, yeməkxana
və nəzarətçi otağı vardır. Naxçıvan Mux-
tar Respublikası Ədliyyə Nazirliyi Pe-
nitensiar Xidmətinin Qarışıq Rejimli
Cəzaçəkmə Müəssisəsinin rəisi, ədliyyə
polkovnik-leytenantı Qəzənfər Mahmud -
ov deyir ki, burada istehsalat prosesi ilə
yanaşı, kompüter istifadəçisi, nəqqaşlıq
və misgərlik, ağac, daş və duz üzərində
oyma, dərzi, rəssam, ayaqqabı təmiri
və bərbər peşələri üzrə kurslar təşkil
olunur. Bunun üçün tədris otaqları təyi-
natına uyğun avadanlıqlarla təmin edilib,
kompüter otağında 8 kompüter dəsti qu-
raşdırılıb, 29 məhkumun eyni vaxtda
müxtəlif peşə fəaliyyəti ilə məşğul olması
üçün şərait yaradılıb. Burada açılan ix-
tisaslar muxtar respublika üçün tələbat
olan sahələrdir. Kənd yaşayış məntəqə-
lərində istifadəyə verilən xidmət mər-
kəzlərində yeni iş yerləri açılıb. Qarışıq
Rejimli Cəzaçəkmə Müəssisəsinin ya-
radıcılıq və istehsalat sahəsində müxtəlif
peşələri öyrənən məhkumların bir hissəsi
gələcəkdə məhkumluq müddəti başa çat-
dıqdan sonra bu sahələrdə işlə təmin
olunacaqlar.
Burada hazırlanan əl işlərinin muxtar
respublikada keçirilən müxtəlif sərgilərdə
nümayişi və satışı təşkil olunur. Hazırda
Naxçıvan şəhərində məhkumların əl iş-
lərinin satışı mağazası fəaliyyət göstərir.
Göründüyü kimi, bu tədbirlər muxtar
respublikanın hər bir sakininin nə qədər
qiymətli olduğunun göstəricisidir. İxtisası
və peşəsi olan vətəndaşlar isə ölkəsi və
xalqı üçün daha faydalı olur. Bu gün
Qarışıq Rejimli Cəzaçəkmə Müəssisə-
sinin yaradıcılıq və istehsalat binasında
müxtəlif səbəblərdən məhkumluq həyatı
yaşayan vətəndaşlarımıza peşələr öyrə-
dilir. Bütün bunlar isə həmin insanların
cəmiyyətə qaytarılması üçün görülən
tədbirlərdir. Naxçıvan Muxtar Respub-
likası Ali Məclisi Sədrinin dediyi kimi:
“Məhkumlara peşə öyrədilməsi və on-
ların cəmiyyətə sağlam vətəndaş kimi
qaytarılması qarşıda duran əsas vəzi-
fədir. Ona görə də məhkumluq həyatı
yaşayan vətəndaşlarımıza qayğı ilə ya-
naşılmalı, onların yenidən həyata ha-
zırlanmaları üçün lazımi tədbirlər gö-
rülməlidir... Məhkumlar cəmiyyətdən
təcrid olunmamalı, azad olunduqdan
sonra ölkəsi və ailəsi üçün yararlı və-
təndaşa çevrilməlidirlər”.
-
Sara ƏZİMOVA
Qeyd: S – sıra, O – oyun, Q – qələbə, H – heç-heçə,
M – məğlubiyyət, T/F – top fərqi, X – xal.
-
Ceyhun MƏMMƏDOV
Yekun turnir cədvəli
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman
Nazirliyi ilə Futbol Federasiyasının birgə təşkil etdiyi
futbol üzrə Naxçıvan Muxtar Respublika çempionatına
yekun vurulub.
Sentyabr ayı-
nın sonlarında
start götürən və
10 komandanın
ikidövrəli müba-
rizə apardığı çem-
pionatın qalibi
“Araz-Naxçıvan”
futbol komandası
olub. “Qırmızı-ağlar” mövsümün ilk görüşündə Naxçıvan
Dövlət Universitetinin komandasına uduzsalar da, bu,
onların il ərzində ilk və tək məğlubiyyətləri olub. Keçir-
dikləri 18 oyunun 16-da meydanı 3 xalla tərk edən “Araz-
Naxçıvan” bir görüşdə “sülh”ə imza atıb. “Qırmızı-ağlar”ı
mövsüm ərzində “DİN Darıdağ” futbol komandası izləsə
də, sonda həmin komanda rəqiblərindən 6 xal geridə
qalaraq, mövsümü ikinci pillədə başa vurub. Əslində,
“DİN Darıdağ”ın cari ildə çıxışını müsbət qiymətləndirmək
olar. Lakin komandanın hər iki görüşdə liderə məğlubiyyəti
qəbuledilən olsa da, səfərdə gözlənilmədən “Əlincə” ko-
mandası ilə matçda meydanı xalsız tərk etməsi mövsümün
sürprizlərindən biri olub.
Mövsümün ilk turunda “Araz-Naxçıvan”ı məğlub
edən Naxçıvan Dövlət Universitetinin komandası çem-
pionata iddialı başlasa da, sonradan üzləşdiyi məğlubiy-
yətlər onu liderlikdən uzaqlaşdırıb. Xüsusilə mövsüm
ərzində keçirilən hər iki görüşdə “DİN Darıdağ” koman-
dasına, gözlənilmədən “Batabat” və “Arpaçay” koman-
dalarına minimal hesablı məğlubiyyətlər tələbələri çem-
pionatın yalnız üçüncüsü edə bilib.
Geridə qalan mövsümü “Batabat” komandası üçün
uğurlu hesab etmək olar. Üç liderdən geri qalan Şahbuz
futbolçuları əzmkar mübarizələri nəticəsində mövsümü
dördüncü pillədə başa vurublar. “Batabat” komandasında
nəzərəçarpan məqam isə onların səfər matçlarında daha
çox xal qazanmaları olub. Eyni zamanda Şahbuz təmsilçisi
mövsümü heç-heçə etmədən başa vuran iki komandadan
(“Kəngərli” ilə birgə) biridir.
Hər il olduğu kimi, geridə qoyduğumuz bu mövsümdə
də turnir cədvəlinin son 2 pilləsində “Kəngərli” və
“Sədərək” komandaları “qərarlaşıblar”. Kəngərli təmsil-
çisinin mövsüm ərzində yaddaqalan qələbəsi “Babək”
komandası üzərində olub. Sədərəklilər isə “Əlincə”ni
məğlub ediblər.
Bu məğlubiyyətlərə baxmayaraq, mövsümün ən çox
feyr-pley qaydalarına riayət edən komandası məhz “Sə-
dərək” olub. Onlar il ərzində cəmi 6 sarı, 1 qırmızı
vərəqə ilə cəzalandırılıblar. Onları bu siyahıda 8 sarı, 3
qırmızı vərəqə ilə “Batabat” komandası izləyir. Mövsüm
ərzində hakimlərin ən çox qəzəbinə tuş gələn komanda
isə “Araz-Naxçıvan” olub. Hakimlər “qırmızı-ağlar”ın
futbolçularına 18 oyun ərzində 21 sarı, 2 qırmızı vərəqə
göstəriblər. Düzdür, bu baxımdan NDU və “Babək” ko-
mandalarını da “fərqləndirmək” olar. Referilər mövsüm
ərzində müvafiq olaraq ən çox qırmızı vərəqələri bu ko-
mandaların futbolçularına göstəriblər – 4 və 5.
Futbol üzrə Naxçıvan Muxtar Respublika çempionatının
2015-2016-cı il mövsümünün ən məhsuldar futbolçusu
adını “DİN Darıdağ” komandasının hücumçusu Mahir
Babayev qazanıb. O, mövsüm ərzində rəqib qapılarından
15 top keçirib. İkinci və üçüncü pillələrdə isə “Araz-
Naxçıvan”ın hücumçuları – Tağı Seyidov və Samir Kə-
rimov qərarlaşıblar. Onların hər ikisi 12 qol vurub.
B
u dəfə yolumuz Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Pe-
nitensiar Xidmətinin Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsinədir.
Getdiyim bu yol arzuolunan yol deyil. Heç kim istəməz bu ünvana yolu
düşsün. Amma həyatda elə hadisələr baş verir ki, özün, qohumun, ailəndəki
ən yaxının həyatının bir hissəsini dəmir barmaqlıqlar arasında keçirir. Bəs
niyə? Bu sualın cavabı saysız-hesabsızdır. Ən son nəticədə cinayət törənibsə,
bunun cəzası da olmalıdır. Yüngül və ya ağır. Dəmir barmaqlıqlar səni
gözləyir. Və bundan sonrakı həyat.
S Komandalar
O
Q
H
M
T/F
X
1. Araz-Naxçıvan
18
16
1
1
60-10 49
2. DİN Darıdağ
18
14
1
3
61-23 43
3. NDU
18
13
1
4
36-18 40
4. Batabat
18
12
0
6
41-36 33
5. Arpaçay
18
10
1
7
36-31 32
6. Əlincə
18
6
1
11 25-37 19
7. Babək
18
4
4
10 25-43 16
8. Dübəndi
18
5
1
12 26-48 16
9. Kəngərli
18
4
0
14 25-50 14
10. Sədərək
18
1
1
16 12-51
4