Dərslik (əlavə olunmuş və redaktə edilmiş ikinci nəşri)


Şərqi Kolumbiya, Venesuela, Argentina və Uruqvay düzlərində yaşayan insanların da həyat tərzi



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə19/51
tarix07.01.2017
ölçüsü4,67 Mb.
#4525
növüDərs
1   ...   15   16   17   18   19   20   21   22   ...   51

Şərqi Kolumbiya, Venesuela, Argentina və Uruqvay düzlərində yaşayan insanların da həyat tərzi 
eyni idi. Onların evləri, komaları yox idi, ov zamanı xüsusi daşlardan istifadə edirdilər.  
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir

 
137
Orinoko və Amazonka çaylarının hövzələrində yerləşən Cənubi Amerikanın tropik meşələrinin sakinləri öz 
inkişaflarında nisbətən irəli getmişlər. B.e.-nın XVI əsrində burada çoxsaylı xalqlar – tupi quarani, aravaklar, 
kariblər yaşayırdılar. Bu xalqların etnik mənsubiyyəti haqqında indiyəcən dəqiq məlumat yoxdur. 
Bu tayfa və xalqların dünyagörüşü ibtidai insan üçün tipik səciyyə  kəsb edirdi. Həyat və  məişət tərzi 
miflərlə, ruh və fövqəltəbii qüvvələrlə bağlı idi. 
 Mərkəzi And və Aralıq vilayətlərində yaşayan xalqların mədəniyyəti 
Mərkəzi And vilayəti müasir Peru, Boliviya (şərqi tropik rayonlar istisna olmaqla), Ekvadorun cənub 
hissəsi, Çilinin şimalı, şimal-qərbi Argentinanın ərazilərini əhatə edir. Aralıq vilayəti ərazisinə isə Mezoamerika 
və  Mərkəzi And arasındakı torpaqlar daxil idi. Bu ərazilərin mədəniyyəti həmin xalqların yeni təkamülünü 
təzahür etdirirdi. Məhz bu regionda Çavin, San-Aqustin, Qarakas, Naska, Moçika, Tiuaunako, Tayron, Çemu, 
Çibça və inklərin unikal sivilizasiyaları çiçəklənmişdi. 
Mərkəzi Andda ilk sivilizasiya Çavin («Nizəli yaquarın oğulları») idi. Sivilizasiyanın mərkəzi olan Çavin 
şəhəri  əriməyən buz parçaları  və qarlı zirvələrlə  əhatələnmiş bir yerdə yerləşirdi. Buraya yol 4100 m 
hündürlükdən keçirdi. Şəhərə giriş dağdan dəlilmiş tunelin içərisindən gedirdi. 
Çavin həm də dini mərkəz sayılırdı. Burada yalnız yüksək dərəcəli ruhanilər yaşayırdılar. Onların etiqad 
etdikləri əsas əşya pişik sülaləsindən olan heyvanlar idi. 
Çavin  şəhərində  ən möhtəşəm abidələr memarlıq və heykəltəraşlıq nümunələri idi. Çavinin məşhur 
memarlıq ansamblları eyvan, dini-ayinçilik meydançaları və daş tikililərdən ibarət idi. 
Çavin heykəltəraşlığının yüksək plastikasından xəbər verən  əsas abidələrdən biri Kasma düzənliyindən 
(Serro-Seçin) tapılmış 90 sayda kobud şəkildə yonulmuş daşlardır. Bu daşlarda dişlərini yaquar kimi qıcımış 
hərbçinin obrazı yaradılmışdı.  Ətrafda isə ordunun qarşısında hərbi rəhbər və onun gözəl geyimdə xüsusi 
sarğıdan sallanmış  cəsəd başları da təsvir olunurdu. Çox güman ki, bu heykəl fiqurları ehram fasadlarının 
çərçivələri idi. Burada məskunlaşan  əhalinin  əsas məşğuliyyəti təsərrüfatçılıq idi. Nəhəng suvarma sistemi 
yüksək məhsuldarlığa kömək edirdi. Bunlardan biri müasir Kaxamarka şəhəri yaxınlığında tapılmış iki hektar 
yarımlıq sahəni  əhatə edən sistemdir. Onun əsas hissəsi qayadan kəsilmiş akvedukdur. Buraya daxil olan su 
divarları xüsusi petroqliflərlə bəzədilmiş tunellərdən keçib-gəlirdi. 
Çavinlər it və lamanı  əhliləşdirir, onlara hansısa işi görməyi öyrədirdilər. Lamalar yük daşıyır, bundan 
əlavə, ət və yun verir, peyinindən yanacaq kimi istifadə olunurdu. Əmək alətləri daş və sümükdən hazırlanırdı. 
Metallardan yalnız qızıl istifadə olunurdu. Ondan müxtəlif ziynət  əşyaları – sırğa, tac, muncuq və s. 
hazırlayırdılar. Qədim sənətkarlar yarıqiymətli daşları, balıqqulaqları və ağacı yüksək səviyyədə cilalayırdılar. 
Çavin mədəniyyəti cəhdlə və təşkilolunmuş şəkildə təşəkkül tapmağa başlamışdı. Bu mədəniyyətin əsas 
əlamətlərindən biri yaquara inam idi. Baxmayaraq ki bu heyvan And ərazisində olmamışdı, ona inamın köklərini 
bir çox tədqiqatçılar Olmek mədəniyyətində axtarmağa cəhd göstərirdilər. Çavin mədəniyyəti şəhərdən kənarda 
da vüsət tapmışdı. Onun izlərini Peru ərazisində də görmək mümkündür. Bu onların bədii üslubunda, spesifik 
ornamentlərində (keramikanın bəzədilməsi, rəngarəng parçalar, daş  və sümükdən hazırlanmış  məhsullar) öz 
əksini tapırdı. Çavin mədəniyyəti b.e.ə. təxminən 300-cü ildə itib-gedir. 
Çavin mədəniyyətilə yanaşı eyni vaxtda Aralıq vilayətində  də ecazkar bir mədəniyyət inkişaf edərək 
möhkəmlənir. Bu mədəniyyət üçün yüksək kurqanlar, qəbir, yeraltı sərdabələr, qayalardan keçən su kanalları və 
s. səciyyəvidir. Bu mədəniyyətin  ən məşhur və qeyri-adi abidələrindən ikibaşlı heykəllərin adını xüsusi qeyd 
etmək lazımdır. Bu mədəniyyət b.e.ə.1000-ci ildən bizim erayadək mövcud olmuş San-Aqustin mədəniyyətidir. 
Memarlıq və heykəltəraşlıqda əllərində uşaq olan insan fiqurları üstünlük təşkil edirdi. San-Aqustin mədəniyyəti 
üçün tipik sayılan əsas elementlərdən biri bulaqlarda qurbağa və digər heyvanların iri təsvirlərinin verilməsi idi. 
Daşdakı naxışlarla suyun axma istiqaməti harmonik obraz yaratmaqla hinduların yüksək bədii zövqündən xəbər 
verirdi.  
Bu mədəniyyətlərlə yanaşı, nisbətən gənc mədəniyyətlər də inkişaf edirdi. Onların təşəkkül tarixi dəqiq məlum 
olmasa da, Çavin mədəniyyətinin süqutundan sonra bunlar özünəməxsus inkişaf prosesi keçirmişlər. Perunun cənub 
sahilində  təşəkkül tapmış Parakas mədəniyyəti belələrindəndir. Parakas yarımadasındakı tapıntılar həmin 
mədəniyyəti bu cür adlandırmağa başlıca səbəb olmuşdur. Bura hinduların ölülər  şəhəri idi. Ərazinin yeraltı 
tikililərində tapılmış mumiya özündə cismi olduğu kimi saxlamaqla, minilliklər keçməsinə baxmayaraq rəng və elas-
tikliyini itirməmişdi. Hər bir Parakas mumiyası bir və ya bir neçə  kəfənə sarınırdı. Kəfənin sayı ölmüş  şəxsin 
vəziyyətindən xəbər verirdi. Çox kəfənə bükülmə şəxsin məşhur, tanınmış adam olduğunu sübut edirdi. Kəfənlər yun 
və ya pambıqdan toxunaraq müxtəlif rənglərdən (190-a yaxın çalar) ibarət naxışlarla bəzədilirdi. Boyalar təbii 
mənşəli idi. Naxışlardan ən sevimliləri balıq, həndəsi ornament, sfinks formalı allahlar, insan sifətli quş, heyvan və s. 
təsvirlər idi. Bəzi tədqiqatçılar bu fiqur və təsvirlərin qədim peru yazısı olduğu fərziyyəsini irəli sürürlər. Bütün bun-
larla yanaşı, tədqiqatçıların hamısı Parakas kəfənlərinin qədim dünya mədəniyyətinin ən gözəl toxuculuq məmulatı 
olduğu ideyasınında yekdildirlər. 
Dəbdəbəli geyindirilmiş ölülər oturaq vəziyyətdə dizləri çənəyədək yönəlmiş, qolları sinəyə çarpazlanmış 
halda mumiyalaşdırılırdı. Ölülərin  əksəriyyətində  kəllə deformasiyaya uğramış, bəzilərində  hətta cərrahiyyə 
izləri hiss olunmaqdadır. Tədqiqatçılar ölünün bu vəziyyətə salınmasını sehrli, magik amillərlə izah edirlər. Ola 
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir

 
138
bilər ki, cərrahiyyə qurbanvermənin bir növü idi. Kahinlər kəllənin kəsilmiş hissəsindən beyini sıxır və iflici 
yaradan sümük qırıntılarını  çıxara bilirdilər. Kəllə sümüklərindəki deşikləri, məsamələri, hindular qızıl 
lövhələrlə örtürdülər. Bu çətin cərrahiyyə prosesində daş və sümükdən hazırlanmış alətlərdən istifadə olunurdu. 
Tapılmış bu alətlər dövrü üçün çox irəliyə getmiş addım kimi dəyərləndirilir. Parakas mədəniyyətinin izləri artıq 
b.e.ə. 200-cü ilə yaxın vaxtda itməyə başlayır. 
Peru sahil boyunun cənub hissəsində digər bir mədəni mərkəz Naska adlandırılırdı. Bu mədəniyyət b.e.-
nın 100-500-cü illərini əhatə edir. Bu mədəniyyətin nümayəndələri özlərindən sonra saray, ehram, məbəd qoy-
masalar da öz təsərrüfatçılıqları ilə  məşhurlaşmışlar. 2000 il əvvəl boş torpaqlar üstünlük təşkil edirdi. 
Naskalılar təsərrüfatı dirçəltmək üçün yerin altından su tapmağa məcbur idilər. Buna görə onlar su ehtiyatı üçün 
nəhəng hovuzlar, arxlar tikir, birbaşa tarlalara su kanalları çəkirlər ki, bunlardan bir çoxuna indi də rast gəlmək 
mümkündür. 
Naskalılar keramika məhsulları ilə  də  məşhur idilər. Keramika məhsulları dulus dairəsi vasitəsilə 
hazırlanırdı. Məhsulun üzəri  şirə ilə örtüldükdən sonra rəngarəng boyalarla bəzədilirdi. Qabların bəzədilməsi 
üçün rəssamlar 11-ə yaxın rəngdən (qırmızı və sarı rənglərin bir neçə çaları, qəhvəyi, boz, çəhrayı, bənövşəyi, 
sümük rəngi) istifadə edirdilər. Onlar göy və yaşıl rəngi tanımırdılar. Müxtəlif rəng kompozisiyası bir-birilə 
vəhdət təşkil edərək gözü oxşayırdı. 
Naska dulusçuluğu – bütün Amerikada öz incəliyi ilə seçilir və fərqlənirdi. Ornamentlər də özünəməxsus 
idi: insan-yaquar-quş fiqurlarının fantastik birliyi antropolomorf təsvirlər üçün əhəmiyyət kəsb edirdi. Bitki, 
heyvan, balıq, quş və s. naskalıların ən çox sevdikləri süjetlər idi. 
Keramika ilə yanaşı parça toxuculuğu da naskalıların başlıca mədəniyyət sahələrindən sayılırdı. Parçalar 
pambıq, yun və insan saçından toxunurdu. Bunun istehsalında 200-dən artıq rəng çalarından istifadə olunurdu. 
Parçalardakı təsvirlər çox vaxt qablardakı motivləri təkrarlayırdı. Qədim ustalar toxuma, parça, xalça və toxucu-
luq iexnikasının digər növlərinə bələd idilər. 
Naska mədəniyyətində memarlıq sənəti də özünəməxsus səviyyədə inkişaf etmişdi.  Şəhərsalma, qala, 
məbəd, ictimai və yaşayış evləri – qədim Naska memarlığının əsas nümulərindən hesab edilirdi. Naskanın ən 
gözəl şəhəri onun paytaxtı olan Kauaçi idi. Bu şəhər haqqında məlumat azlıq təşkil etsə də, bu məlumdur ki, 
şəhərin bir neçə min sakini var idi. Şəhərin ən məşhur abidəsi Eskakeriya adlanan müqəddəs yerdir. Abidənin 
mərkəzini on iki cərgə və hər cərgənin 12 dirəyi olan dördkünclü yer təşkil edir. Bu abidənin nə məqsəd daşıdığı 
indiyədək qəti məlum olmasa da, bir çox alimlər bunun təqvimlə bağlılığını təsdiqləyirlər. 
Naska mədəniyyətinə ümumbəşəri şöhrət bəxş edən məşhur abidə Pampa-de-Naskadır. Uzunluğu 70 km., 
eni 2 km olan bu məşhur düzənlik çox da dərin olmayan xətt və daşlarla cərgələnmiş təsvirlərdən ibarətdir. Xətt 
və daşlar paralel şəkildə bir-birilə birləşərək müxtəlif fiqurlar və təsvirlər yaradırlar. Yer səthindən bu təsvirləri 
ayırd etmək mümkün deyil. Bunları ilk dəfə XX əsrin 30-cu illərində təyyarədən qeydə almışlar. Bu təsvirlər 
120-200 metrlik quş, kərtənkələ, meymun, böcək, ilan, it və s-dən ibarətdir. Bunlardan bəziləri naskalıların 
allahları hesab edilirdi. Bu unikal nəhəng şəkil qalereyasındakı təsvirlərin cizgilərinin ölçü qeydiyyatını ilk dəfə 
alman riyaziyyatçısı professor Mariya Rayxe aparmışdı. Naska səhrasında 30 illik tədqiqatçılıq işindən sonra 
alim qədim naskalıların sivilizasiyasının bir çox cəhətləri haqqında maraqlı  nəticələr  əldə etmişdi.  Əvvəla, 
məlum olmuşdu ki, bu təsvirlər keramik qablar üzərində  çəkilən təsvirlərlə eynidir. Bu təsvirləri yer səthinə 
köçürmək üçün əvvəlcə onları kiçik miqyasda həyata keçirtmək lazım gəlmişdi. 1 mm belə qeyri-dəqiqlik 
təsvirdə səhvə yol verə bilərdi. Ona görə də, qədim naskalılar xüsusi ölçü alət və vahidlərinə malik olmuşlar. 
Alim sübut etmişdi ki, naskalıların  əsas ölçü vahidi 1 m 10 sm-ə  bərabər idi. Bunu 10 hissəyə bölməklə 
naskalılar 10-luq sistemin əsasını qoymuşlar. Ən geniş yayılmış vahid isə, 33 m 66 sm idi. Bu «qalereya»nın 
təxminən 14 əsr yaşı vardır. 
Lakin qalereyanın hansı  məqsədi güdməsi naməlumdur.Bir  şey həqiqətdir ki, təsvirlər qış  və yayda 
günəşin vəziyyətinə uyğun çəkilmiş, bəzi bürc və ulduzların hərəkət mövqeyi ilə üst-üstə düşür. 
Eramızın V əsrinə doğru artıq bu mədəniyyətin süqutu hiss olunur. 
Peru sivilizasiyalarının həmyaşıdı olan mədəniyyətlərdən birinin adı Moçikadır. Moçika mədəniyyəti b.e.-
nın 400-800-cü illərində mövcud olmuşdur. Mədəniyyətin adı onun mərkəzi sayılan eyniadlı düzənliyin adından 
götürülmüşdü. Moçika mədəniyyətinin lokal səciyyə daşıdığı haqqında düşünmək səhv olardı. Bu mədəniyyətin 
təsir dairəsi 24 oazisi əhatə edirdi ki, bunlar da səhra zonaları ilə bir-birindən ayrı olan Çikama, Viru, Santa və 
d. çayların sahillərində yerləşirdi. Buranın çox yaxşı dəniz kənarı iqlimi vardı. Bu şəraitdə təsərrüfatçılıq inkişaf 
etmişdi. 
Buranın sakinləri aqronomik bilik və bacarığa malik idilər. Təsərrüfat sahəsində onlar çox irəliyə getmişlər. 
Gübrə hazırlığı  nəticəsində moçikalılar kartof, balqabaq, pomidor yetişdirirdilər. Onlar torpağı taxta və tuncdan 
düzəldilmiş alətlərlə belləyir, səpinə hazırlayırdılar. Bu ərazidə, həmçinin lama, dəniz donuzu, ət də yüksək 
qiymətləndirilirdi. Bir çox məhsulu isə, dəniz verirdi – balıq, xərçəng, molyuska və s. Dəniz ovu moçikalıların 
şərəfli peşələrindən biri hesab edilirdi. Təsərrüfatçılıqda peşə, sənətkarlıq mühüm rol oynayırdı: toxuculuq, 
lələklərdən geyimlər (baş örtükləri və bəzəklər), zərgərlik işi əsas sənətkarlıq sahələrindən idi. 
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir

 
139
İnklərə qədər Peru Moçika metallurqları ilə məşhur idi. Bu metallurqlar qızıl, tunc, gümüşlə işləyir, dəmir 
üzərində döymə, yarımqiymətli daş  və  sədəflərin inkrustasiyası ilə  məşhur idilər. Bu texnika ilə  sənətkarlar 
qızıl, taxta, balıqqulağı, sümük üzərində incə plastik cizgilər həkk edə bilirdilər. 
Moçika mədəniyyətində  də keramika sənəti böyük nailiyyət hesab edilirdi. Keramika üzərində inam və 
əsatirlə bağlı süjetlər başlıca yer tuturdu. Moçika keramikası məişət üçün deyil, daha çox dini, estetik və ictimai-
siyasi məqsədlər üçün hazırlanırdı. Yüksək ixtisaslı mütəxəssislər bu sahədə dövlət sifarişini yerinə yetirərək 
dərin məna kəsb edən mürəkkəb piktoqramlı bədii sənət əsərləri yaradırdılar. Moçika sənətkarlarının işi o qədər 
kamil səviyyə kəsb edirdi ki, sanki rəsmlər canlıdır. Bu, təsvirlərin dinamikliyi ilə bağlıdır. 
Keramika məhsullarındakı süjetlər moçikalıların ictimai quruluşu haqqında təsəvvür yaradırdı.  İctimai 
pillənin zirvəsinn ali hökmdar, iki-dörd müavin-köməkçi təşkil edirdi. İdarəçilik onların arasında bölünmüşdü: 
dövlət, ordu, məhkəmə hakimiyyəti, kahinlər bu idarəçiliyin əsas istiqamətləri idi. 
Qanun bu ölkədə qəddar səciyyə kəsb edirdi. Kiçik bir qanun pozuntusu bədənin hansı bir hissəsinin (əl-qol, 
ayaq, burun və ya dodaq) kəsilməsi ilə nəticələnirdi. cəzanın ağır növü daşlarla öldürmə idi. Bütün bu proses kütləvi 
formada həyata keçirilirdi. 
Əhalinin çox hissəsini azad cəmiyyət üzvləri olan təsərrüfatçı və sənətkarlar təşkil edirdi. Aşağı hissədə 
nökərlər, torpağa mənsub olmayan azad adamlar, ən aşağıda isə, qullar dururdu. Əhalinin müxtəlif təbəqəsindən 
olanların sosial mənsubiyyətini geyimə görə  təyin etmək mümkün idi: zəngin insanlar bərli-bəzəkli, sırafilər 
sadə geyimli, qullar isə, ayaqları yalın idilər. 
Bütün hindular kimi, moçikalılar da dinə inanırdılar. Onlar yaquarı ilahi varlıq saysalar da, ona itaət 
ayinçiliyi gecə sehrli göy cisimlərinə etiqadla əvəz olunurdu. Baş allah Ai Apeka (yaradan) adlanan Allah – 
insandır. Kainatı o yaratmış, Qaranlıq və Xaosla mübarizə aparan da odur! Yaradanın sadiq dostları şahin, dəniz 
maralı və itdir. Aİ Apeka allahının  şərəfinə ucaldılan tikililərdən biri «Günəş Ehramı»dır. Pilləli monumental 
tikinti olan bu ehran Moçi çayı düzənliyindəki yerdə salınmışdı. Ehramın ümumi sahəsi 342 x 159 m, 
hündürlüyü 48 m çatırdı. Bu ehramı digəri – «Ay Ehramı» tamamlayırdı. Ehramın daxili divarları çoxsaylı 
təsvirlərlə  əhatələnmişdi. Belə  təsvirlərdən birini əşyaların insanlarla müharibəsi təşkil edirdi. Allaha qurban 
edilmiş əsirlərin portretləri də belələrindən idi. 
Moçikalıların yazı  mədəniyyətinin olub-olmaması haqqında qəti fikir söyləmək mümkün deyil. Bəzi 
tədqiqatçıların fikrinə görə, kemarik qablardakı  təsvirlər qədim moçikalıların yazısını  əvəz edirdi. Yüksək 
zirvəyə qalxan Moçika mədəniyyəti b.e.-nın IX əsrinin əvvəlində tarixin səhifəsindən silinir. 
Cənubi Amerika regionunda əhəmiyyətli dərəcədə geniş yayılmış  mədəniyyətlərdən biri də Tiauanako 
mədəniyyətidir. Onun yayım sahələri Mərkəzi və Cənubi And ərazisi, mərkəzi Boliviyanın dəniz səviyyəsindən 
4 min metr hündürlükdə yerləşən Tiauanako şəhəri idi. Bu şəhəri adətən «Amerika Tibeti» adlandırırdılar. 
Şəhərin ümumi ərazisi 450 min kv.m-r təşkil edirdi. Onun tikililəri daş hörgü ilə həyata keçirilirdi. Şəhərin ən 
təsirli tikililərindən bir uzunluğu 250 m., hündürlüyü 15 m. olan Akapana adlı ehram idi. 
Tiauanakanın  ən maraqlı tikililərindən biri «Yarıdoldurulmuş ehram»dır. Onun dərinliyi iki metri əhatə 
edir. Şəhərin ən dəbdəbəli abidələrindən biri Kalasasaya sarayıdır. Ən böyük abidələrdən sayılan həmin sarayın 
sahəsi 128 x 118 m-ri təşkil edirdi. Sarayın həyəti yer səthindən hündürdə yerləşirdi. Qədim sakinlər saraya altı 
pilləli monumental pilləkənlə böyük daş qapıdan daxil olurdu. Bu memarlıq kompleksi qızıl ilə  bəzədilmişdi. 
Hətta sarayın tikintisinə işlənmiş mismarlar da qızıldan idi. 
Şəhərin monumental heykəltəraşlığı da diqqəti cəlb edirdi. Ölçü xüsusiyyətlərinə görə o, Olmek 
memarlığını da ötüb keçirdi. Bunlardan məşhuru «Bennetta Monoliti» adlanan heykəl idi. Heykəlin başı çəhrayı 
daşdan hazırlanmışdı. Heykəlin qolları sinəyə qoyulmuş, qarın geniş  kəmərlə bağlanmış, gözlər isə önə 
zillənmiş formadadır. Bu onun ağlaması  təsəvvürünü yaradır. Digər Tiauanako heykəli «Günəş Qapısı» (İnti-
Lunku) adlanır. Heykəl andezit daşının parçalarından olub, hündürlüyü 3 m., eni isə 4m. təşkil edir. Onların hər 
birinin ümumi çəkisi 10 tonu təşkil edirdi. Qapının üst hissəsi zəngin relyeflərlə  bəzədilmişdi. Bu cür 
heykəllərin və buradakı təsvirlərin süjetlərinin mahiyyətini mifoloji süjet təşkil edirdi. 
Bu xalqın ilahi dünyasını əsatirlərə uyğun olaraq Dünyanın Yaradıcısı sayılan Kon-Tiki Virakoça idarə 
edirdi.  Əsatirlərə görə kainatın  əlçatmaz dərinliyində yerləşərək bu allah işığı  və yeri yaratmışdı. Yer boş 
olmasın deyə, o insanları yaratmış və onlar da Tiauanako şəhərini tikmişlər. Virakoçanın əmrlərinə tabe olmaq 
istəməyən insanları hirslənmiş allah daşa çevirmiş, 60 gün davam edən Nuh əyyamını yaratmışdı. Su qurtarıb 
yer quruduqdan sonra Allah-Yaradan «səmanı» - Günəş, Ay, Venera, digər planet, ulduz və bürclər, daha sonra 
yeni kişi və qadınları yaratmışdır. Bütün bunlardan sonra o, heyvan aləmini yaradır. 
B.e.-nın I minilliyinin sonunda Tiauanakoda nəhəng və savadlı idarəetmə forması meydana gəlir. 
Sənətkarlar, kəndli və tacirləri titulu olmayan insanlar adlandırırdılar. Bu şəhərdə tunc, qızıl, gümüşü məharətlə 
emal edirdilər. Tiauanakan sənətkarları müxtəlif formalarda çini məhsulları hazırlayırdılar. Keramika üzərindəki 
təsvirlər polixrom, naturalist, stilizə olunmuş şəkildə idi. Ornamentlərin çoxu yunan üslubunu xatırladırdı. Kişi 
və qadın geyimləri də bu üslubda hazırlanırdı. Geyimin ən geniş yayılmış növü panço idi. Bir çox pançolardan 
keçən tündrəngli xətlər həmin geyimin dövlət qulluqçularına mənsub olması fərziyyəsini verir. 
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir

 
140
Artıq XII əsrin əvvəllərində Tiauanako dövləti süquta uğrayır və Cənubi Amerika mədəniyyətindən daha 
bir sivilizasiya məhv olub gedir. 
Cənubi Amerikanın Serra-Nevada-de-Santa-Marta dağı ərazisində tayronlar adlı tayfaların məskunlaşması 
daha bir sivilizasiyadan xəbər verirdi. Tayron, «sənətkarın qızıl işləri» mənasını verirdi. Tayronlar təsərrüfat, 
bağçılıq, balıqçılıq, arıçılıq ilə məşğul olurdular. Onlar həm də mahir inşaatçılar idi. Onların şəhərləri kiyafət 
qədər nəhəng idi. Şəhərlər bir neçə kvadrat kilometri əhatə edirdi. Şəhərlərin hər birinin mərkəzində ehram du-
rurdu. Tayron memarlığına evin altında hündür daş platformanın otaqlara aparan uzun pilləkənlər, arxlar, kanal-
lar, körpülərin tikilməsi səciyyəvi əhəmiyyət kəsb edirdi. 
Tayron sənətkarları rəngarəng keramika (heykəl, zoomorf külqabı, dəfn üçün urna, antropomorf vazalar), 
pambıqdan geyim, lələklərdən baş geyimləri hazırlayırdılar. Bunların içərisində  ən çox şöhrət qazanmışları 
zərgərlik bəzəkləri olan burun asılqanları, bilərzik, böyük amulet, üzüklər idi. Bu bəzək əşyalarını tayronlar qo-
la, ayaqlara geyindirirdilər. Tayron sivilizasiyasının tarixi eramızın 600-1100-cü ilərini əhatə edirdi. 
Moçika və Tiauanako sivilizasiyalarının müasirlərindən biri də Çimu mədəniyyəti idi. Çimu mədəniyyəti 
Peru zolağının bütün ərazisini  əhatə edirdi. Deyilənlərə görə çima xalqı  şimaldan dəniz yolu ilə buraya gəlib 
çıxmışlar. Buraya gələnlərə Takaynamo başçılıq edirdi. Takaynamo Moçe düzənliyində sahilə düşür və burada 
müqəddəs bir yer tikdirərək dini ayinləri icra edir. Yerli əhali ona itaət etməyə başlayır. Çimu bir neçə min ki-
lometr ərazini əhatə edirdi. Bu ərazi Cənubi Amerikada ən nəhəng dövlətlərdən sayılırdı. Zəbt olunmuş torpaq-
larda Çimu hakimləri yerli knyazların idarəetmə işlərinə nəzarət edirdilər. cəmiyyətin bu təbəqəsindən olanları 
«yüksək nəsildən olanlar», əks tərəfi isə, «nökərlər» adlandırırdılar. 
Çimu dövlətində çoxlu şəhərlər var idi, onların bir çoxunun qalıqları hələ indiyədək qalmaqdadır. Apur-
lek, Fado, Çakma və s. belələrindəndir. Dövlətin paytaxtı  ağ-yaşıl rəngli gözəl  şəhər Çan-Çan şəhəri idi. 
Tərcümədə onun adı «İlanlar şəhəri»dir. Çünki ilan bu şəhərdə ən müqəddəs varlıq hesab edilir və ona etiqad 
olunurdu. Bu şəhər günəş və Ay adlanan (Palma-de-los-Moçika) dini ərazinin yaxınlığında yerləşirdi. Şəhər on 
kvartala bölünmüşdü. Hər kvartalın özünün müqəddəs yerləri, parkları, planlaşdırılmış küçələri, ictimai binaları, 
bağ və su anbarları mövcud idi. Binalar meandra adlanan ornamentlərlə bəzədilirdi. «Meandra» spiral forması 
yaradan düz xətt uclarının əyri və sınmış şəkildə həndəsi təsviridir. 
Çimunun müdafiə tikililəri də  mədəniyyət abidələri kimi möhtəşəm və yaraşıqlı idi. Belələrindən  ən 
məşhuru Paramonqa qalası idi. Bu qala dövlətin Cənubi sərhədlərini qoruyurdu. Qala gur və tez axan iki çayın 
arasındakı Kordilyer təpəsində tikilmişdi. Qala ehram kimi pilləli tikiliyə uyğun inşa edilmişdi. Müdafiə valında 
qapı yerləşirdi ki, bu da cəld barrikada qurmağa imkan verirdi. Buradan da növbəti qala hissəsinə çox yaxşı 
şəkildə möhkəmləndirilmiş yol gedirdi. Tikilinin mərkəzi üçüncü hissədə qalın divarlar, künclər düşmən üçün 
keçilməz idi. 
Həqiqətdə isə, Peru ayrıca Çimu memarlığının möhtəşəm və ecazkar tikililərindən biri Böyük Peru 
divarlarıdır. Bu tikili öz başlancığını  dəniz sahillərindən götürərək Suçimansilo adlanan hündür dağ  ərazisinə 
qədər gedib çıxırdı. Onun eni 5. m, hündürlüyü 3 m. uzunluğu 100 km-ə çatırdı. Divarlar daşdan hörülmüşdü. 
Çoxkilometrli divar məşhur Çin səddini xatırladırdı. 
Çimulular memarlıqla yanaşı, metallurgiyada da nailiyyətlər əldə etmişlər. İlk dəfə onlar metalı əritmiş və 
Cənubi Amerikada bürüncü kəşf etmişlər. Metaldan hazırlanmış  bıçaq, çəngəllər və d. məmulatlar ziynət 
əşyaları kimi yüksək qiymətləndirilirdi. Gümüşə üçtünlük verən çimulular onu Ayın nişanəsi adlandırmaqla ali 
allah kimi ona itaət edirdilər. 
Keramikaya gəlincə isə, bu sənət çimululara şöhrət gətirmişdi. O, praktiki səciyyə kəsb etsə də, bəzəyi adi 
idi. 
Çimu sənətkarlarının bədii fəaliyyətinin  əsas növlərindən biri zadəganlar üçün sarı, yaşıl və göy rəngli 
lələklərdən libasların tikilməsi idi. Pambıq parçadan, üzəri orjinal applikasiyalarla bəzədilmiş çiyinlik və 
yağmurluq daha yüksək qiymətləndirilirdi. 
Çimu dövlətinin bütün həyatı «Si» işarəsi altında yaşanılırdı. Bu, gecə səmasının adı idi. Səhrada günəş 
düşmən, Ay isə, çay və dənizləri idarə edən dost idi. O, Günəşin üzünü bağlayarkən öz möhtəşəmliyini sübut 
edirdi. Ona görə də, Günəşin tutulması Çimuda bayramla müşayiət olunurdu. 
1476-cı ildə sonuncu hökmdar Çimo Kapak inklərin ordusuna məğlub olub, qəsbkarların  ərazisinə 
birləşdirilir. 
Aralıq vilayətinin digər məşhur mədəniyyətindən biri Çibça sivilizasiyası (b.e.-nın 1200-1500) idi. 
Çibçanın iqtisadi əsasını təsərrüfatçılıq təşkil edirdi. Onlar qarğıdalı, kartof, lobya, pomidor, ananas, tütün əkib-
becərirdilər. Əti yalnız ovçuluq yolu ilə əldə edirdilər. Təsərrüfatda mübadilə əsas rol oynayan vasitələrdən idi. 
Onun başlıca  əşyası duz, kətan, zümrüd, qızıl idi. Bu qiymətli daşlar Çivore, sumundoki şaxtalarından 
çıxarılırdı. Bu ərazidə qızıl olmadığından onu uzaq yerlərdən gətirirdilər. Çibçalıları muisklər də adlandırırdılar. 
Onlar qızılın aşılanmasında diqqəti cəlb edən nəticələr  əldə etmişlər. Məhz bu ərazi ilk yer idi ki, 
Kolumbaqədərki Amerikada qızıldan texuelos adlanan dairəciklər hazırlayırdılar ki, bu da pul funksiyasını 
yerinə yetirirdi. Əlbəttə, bunları tam mənasında pul adlandırmaq düzgün olmazdı. Hər şeydən öncə, onlar bəzək 
əşyası idi. 
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir

 
141
Hər dörd gündən bir muisklərin iri əhali məntəqələrində ticarət evləri qurulurdu. Xarici ticarət də 
çiçəklənirdi. Xarici ticarətin inkişafı üçün Duz Yolu adlandırılan yol tikildi. Çünki duz eksportun əsas vasitəsi 
hesab olunurdu. 
Avropalıların gəlişi üçün tayfa ittifaqları adlanan dövlət birlikləri fəaliyyət göstərirdi. Əhalinin əsas və istehsal 
qüvvəsi kəndli, sənətkar, kömürçü çibçalar təşkil edirdi. Onlar düzləri becərir, keramika hazırlayır, pambıqdan 
müxtəlif növ parça toxuyurdular. 
Rəhbər və kahinlər cəmiyyətin elitası hesab olunurdu. Onları təkcə gözəl həyat tərzinə görə deyil, həm də 
yaraşıqlı geyimlərinə görə də tanıyırdılar. Tac və sinə üçün zinyət əşyası yalnız ali hökumət rəhbərinə məxsus 
olan predmet idi. Onun sarayı  qızıl təbəqə ilə, divar yazıları ilə  bəzədilirdi. hakim ölərkən taxta onun böyük 
bacısının oğlu sahib olurdu. Qanuni varis olmadıqda isə, hakim özü istədiyi  şəxsi taxta seçirdi. Taxta seçilən 
namizədlər xüsusi sınağa cəlb olunurdular. Tacqoyma mərasimi dini dünyagörüşlə bağlı idi. Məlum olduğu ki-
mi, Kolumb hinduları Günəş aə Aya etiqad edirdilər. Onların təsəvvürünə görə Günəş və Ay insanlardan çox-
çox qədimlərdə mövcud olmuşlar. Daha sonralar kişi gildən, qadın isə, otdan yaranmışdı. Bu dini təsəvvürlər 
çibçaların dini adət-ənənələrinin əsasını təşkil edirdi. 
Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin