T Ə L i m a t I i. Ümumi müddəalar



Yüklə 137,16 Kb.
Pdf görüntüsü
tarix07.01.2017
ölçüsü137,16 Kb.
#4578

Azərbaycan Respublikası Səhiyyə Nazirinin 

19 sentyabr 2012-ci il tarixli 70 nömrəli 

əmri ilə təsdiq edilmişdir. 

 

 



Həkim-virusoloqun  nümunəvi vəzifə 

 

T Ə L İ M A T I 

 

I.  Ümumi müddəalar 



 

1. Bu vəzifə  təlimatı  həkim-virusoloqun vəzifə öhdəliklərini, hüquq və 

məsuliyyətini müəyyən edir. 

2.  


Həkim-virusoloq vəzifəsinə baza ali tibb təhsili olan şəxs təyin edilir.  

Elmi-tədqiqat institutlarının klinikalarında, respublika mərkəzlərində 

(xəstəxanalarda), klinik xəstəxanalarda ali tibb təhsili olan və qanunvericiliklə 

müəyyən edilmiş qaydada “mikrobiologiya” ixtisası üzrə peşə hazırlığı    keçmiş, 

ixtisası üzrə ən azı 2 il əmək stajına malik  şəxs təyin edilir.  

3. Həkim-virusoloq Azərbaycan Respublikasının qüvvədə olan 

qanunvericiliyinə uyğun olaraq tibb müəssisə rəhbərinin əmri ilə vəzifəyə təyin olunur 

və vəzifədən azad edilir. 

4. Həkim-virusoloq bilavasitə şöbə müdirinin tabeliyində fəaliyyət göstərməklə   

tibb müəssisəsinin rəhbərinə və ya onun müavininə tabe olur. 

5. Həkim-virusoloq aşağıdakıları bilməlidir: 

5.1. Azərbaycan Respublikasının Konstitusiyasını;  Əmək Məcəlləsinin, 

Azərbaycan Respublikasının səhiyyə haqqında qanunvericiliyinin əsaslarını, səhiyyə 

müəssisələrinin, o cümlədən dövlət sanitariya-epidemioloji xidmətinin fəaliyyətini 

tənzimləyən normativ hüquqi aktları; 

5.2.  sosial gigiyenanın əsaslarını, sanitariya-epidemioloji xidmətin təşkilini; 

5.3. səhiyyə müəssisələrinin, o cümlədən dövlət sanitariya-epidemioloji 

xidmətin fəaliyyətini, tənzimləyən normativ hüquqi aktları; 

5.4sanitariya-epidemioloji xidmətin işinin planlaşdırılması prinsiplərini, forma 

və metodlarını; 

5.5.təşkilati-sərəncamçı sənədləri, kargüzarlıq qaydalarını; 

5.6. virusoloji diaqnostikanın müasir üsullarını, laboratoriyanın təşkili, strukturu 

və ştatlarını, laboratoriyanın təchizatını, virusologiya üzrə normativ-hüquqi və təlimat-

metodiki sənədləri; 

5.7.virusoloji laboratoriyanın fəaliyyətinin planlaşdırılmasını  və hesabatının 

tərtibatını, laboratoriyanın fəaliyyətinə nəzarət qaydalarını və üsullarını; 

5.8; viruslarla işləmə zamanı  təhlükəsizlik texnikası qaydalarını, virusların 

təhlükəlilik qrupları  üzrə bölünməsini  və həmin qrup viruslarla iş rejimini; 

5.9. viruslarla  iş zamanı baş verən qəza hallarının aradan qaldırılması 

qaydalarını; 

5.10. standartlaşdırma və metrologiyanın əsaslarını 

5.11. tibbi sənədlərin tərtibatını 



 

5.12. virusların təbiətini və  mənşəyini, onların strukturu və  əsas 



xüsusiyyətlərini; 

5.13. virus infeksiyalarının epidemiologiyasının və profilaktikasının  əsaslarını, 

müalicə üsullarının, kliniki əlamətlərinin və immunoprofilaktikasının əsaslarını; 

5.14.kompyuterlə  və digər müasir informasiya texnologiyaları vasitələri ilə 

işləməyi;   

5.16. dispanserləşdirmənin nəzəri əsaslarını, prinsip və metodlarını; 

5.17. tibbi etika və deontologiyanın əsaslarını; 

5.18.  tibbi sığorta  şəraitində  səhiyyə müəssisəsinin və tibb işçilərinin 

fəaliyyətinin təşkilati-iqtisadi əsaslarını; 

5.19. insan bədəninin üzv və sistemlərinin funksional vəziyyətinin klinik və 

laborator diaqnostikasının  ümumi prinsip və əsas metodlarını; 

5.20.  əsas xəstəliklərin kompleks müalicəsinin gedişinin xüsusiyyətlərini, 

prinsiplərini; 

5.21. təxirəsalınmaz tibbi yardım göstərilməsi qaydalarını; 

5.22.  əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ekspertizasının, tibbi-sosial 

ekspertizanın əsaslarını; 

5.23.  sanitariya-maarifləndirmənin əsaslarını; 

5.24.  daxili əmək intizamı qaydalarını,  əməyin mühafizəsi, təhlükəsizlik 

texnikası, istehsalat sanitariyası  və yanğına qarşı mühafizə qayda və normalarını  

bilməlidir. 



 

II. Vəzifə öhdəlikləri 

 

6. Həkim- virusoloq ona həvalə edilmiş  vəzifə öhdəliklərinə uyğun olaraq 



laborator virusoloji tədqiqatları aparır. 

7.  Analitik və diaqnostik cəhətdən etibarlı metodlardan istifadəni təmin edir. 

8. Yeni tədqiqat metodları  və avadanlıqların istifadə edilməsi və  tətbiqində 

iştirak edir. 

9.  Başqa ixtisaslı həkimlərə virusologiya məsələləri üzrə məsləhətlər verir. 

9. Bioloji materialların götürülməsi və virusoloji laboratoriyaya çatdırılması 

qaydaları üzrə tövsiyələr tərtib edir. 

10. Laborator nəticələrin aydınlaşdırılmasında iştirak edir. 

11. Tədqiqatların keyfiyyətinə laboratoriyadaxili  və  kənar nəzarət üzrə 

tədbirləri həyata keçirir. 

12. Öz işinin və tabeliyində olan orta tibb təhsilli mütəxəssislərin işinin təhlilini 

aparır. 


13. Öz işi barədə aylıq hesabatı hazırlayır, laboratoriyanın illik hesabatının tərtib 

edilməsində iştirak edir. 

14. İxtisaslarının artırılması məqsədi ilə orta tibb təhsilli mütəxəssislər üçün öz 

ixtisası üzrə məşğələlər keçirir. 

15. Orta və kiçik tibb heyəti tərəfindən təhlükəsizlik texnikası,  əməyin 

mühafizəsi qaydalarına və sanitariya-epidemioloji rejimə riayət edilməsinə  nəzarət 

edir.  


 

16. Ona tabe orta və kiçik tibb heyətinin işinə  rəhbərlik edir, öz vəzifə 



öhdəliklərinin yerinə yetirilməsində onlara kömək edir. 

17. Diaqnostik  prosedurlarının aparılmasının,  cihaz və avadanlıqların 

istismarının, reaktiv və  test-sistemlərinin səmərəli istifadəsinin düzgünlüyünə  nəzarət 

edir. 


18.  Öz işini planlaşdırır və  iş fəaliyyətinin göstəricilərini təhlil edir.  

19. Tibbi və digər sənədlərin müəyyən edilmiş qaydalara uyğun olaraq vaxtında 

və keyfiyyətli rəsmiləşdirilməsini təmin edir. 

20. Sanitariya-maarifləndirmə işi  aparır. 

20. Həkim etikasının qayda və prinsiplərinə riayət edir. 

21. Müəssisə  rəhbərliyinin  əmr, sərəncam və tapşırıqlarını, eləcə  də öz peşə 

fəaliyyəti üzrə normativ hüquqi aktları peşəkar səviyyədə və vaxtında icra edir. 

22. Daxili intizam, yanğın təhlükəsizliyi və təhlükəsizlik texnikası qaydalarına, 

sanitariya-epidemioloji rejimə riayət edir. 

23. Mütəmadi olaraq öz ixtisasını artırır. 

 

II.

 

Hüquqları 

 

24. Həkim-virusoloq aşağıdakı hüquqları vardır: 

24.1.

 

müstəqil şəkildə  virusoloji  tədqiqatlar aparmaq;  



24.2. müalicə-diaqnostika prosesinin təkmilləşdirilməsi, o cümlədən özünün 

əmək fəaliyyətinin təşkilinin və    şəraitinin yaxşılaşdırılması üzrə  rəhbərliyə  təkliflər 

vermək;  

24.3. öz səlahiyyətləri çərçivəsində orta və kiçik tibb heyətinin işinə  nəzarət 

etmək, sərəncamlar vermək və onlardan dəqiq icra tələb etmək, onların 

həvəsləndirilməsi və tənbeh edilməsi  üzrə rəhbərliyə təkliflər vermək; 

24.4. öz vəzifə öhdəliklərinin icrası üçün zəruri olan informasiya materiallarını 

və normativ-hüquqi sənədləri tələb etmək, əldə etmək və istifadə etmək;  

24.5. onun işi ilə bağlı  məsələlərin müzakirə olunduğu elmi-praktik 

konfranslarda və müşavirələrdə iştirak etmək; 

24.6. qanunvericiliklə müəyyən edilmiş müddətdə  işlədiyi sahə üzrə 

təkmilləşdirmə kurslarında iştirak etmək; 

24.7.  müəyyən olunmuş qaydada sertifikasiyadan keçmək; 

24.8. müəyyən olunmuş qaydada ixtisas kateqoriyası almaq məqsədilə 

attestasiyadan keçmək; 

25. Həkim-virusoloq Azərbaycan Respublikasının  Əmək Məcəlləsinə uyğun 

olaraq bütün əmək hüquqlarından istifadə edir. 

 

III.



 

Məsuliyyəti 

 

 26. Həkim-virusoloq aşağıdakılara görə məsuliyyət daşıyır: 

 26.1.  həvalə olunmuş  vəzifə öhdəliklərinin vaxtında və keyfiyyətli həyata 

keçirilməsinə;  

26.2. öz fəaliyyəti üzrə rəhbərliyin əmr, sərəncam və tapşırıqlarının, normativ-

hüquqi aktların vaxtında və peşəkar səviyyədə yerinə yetirilməsinə; 



 

26.3. daxili intizam, yanğın təhlükəsizliyi və təhlükəsizlik texnikası qaydalarına 



riayət edilməsinə; 

26.4. qüvvədə olan normativ hüquqi sənədlərdə nəzərdə tutulmuş tibbi və digər 

xidməti sənədlərin vaxtında və keyfiyyətli rəsmiləşdirilməsinə; 

26.5. öz fəaliyyəti üzrə statistik və digər informasiyanın müəyyən olunmuş 

qaydada təqdim edilməsinə; 

26.6. ona tabe işçilərin icra intizamına və  vəzifə öhdəliklərinin yerinə 

yetirilməsinə; 

26.7. tibb müəssisəsinin fəaliyyətinə, işçilərinə, pasiyentlərə    təhlükə yaradan 

təhlükəsizlik texnikası, yanğına qarşı və sanitariya qaydalarının pozulmasının aradan 

qaldırılması üzrə, rəhbərliyin vaxtında məlumatlandırılması da daxil olmaqla, operativ 

tədbirlər həyata keçirilməsinə görə məsuliyyət daşıyır. 

27. Həkim-virusoloq  əmək intizamının, qanunvericilik və normativ-hüquqi 

aktların pozulmasına görə qüvvədə olan qanunvericiliyə  əsasən, hərəkətin ağırlıq 

dərəcəsindən asılı olaraq, intizam, maddi, inzibati və ya cinayət məsuliyyətinə  cəlb 



edilə bilər.  

 

Yüklə 137,16 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin