əyə minməsinə qədər seçilmiş Azərbaycan Respublikasının Prezidenti bu Konstitusiya ilə
ərbaycan Respublikasının Prezidentinə aid edilmiş səlahiyyətləri həyata keçirir.
əsinin V hissəsi bu Konstitusiya qəbul edildikdən sonra seçilən Azərbaycan
ə şamil edilir.
ərbaycan Respublikası xalq deputatlarının və Azərbaycan Respublikası Ali Sovetinin yaratdığı Milli Məclisin
əlahiyyətləri yeni seçilmiş Azərbaycan Respublikası Milli Məclisinin ilk iclas günü başa çatır. Yeni seçilmiş Azərbaycan
əclisinin ilk iclası Azərbaycan Respublikası Milli Məclisinin azı 83 deputatının seçildiyi gündən bir
h
əftə sonra keçirilir. Azərbaycan Respublikası Milli Məclisinin ilk sessiyası 1996-cı il mayın 31-dək davam edir.
1995-ci il avqustun 15-d
ə qəbul edilmiş “Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər haqqında” Azərbaycan
Respublikası Qanununun 85-ci madd
əsi bu Qanun əsasında seçilmiş Azərbaycan Respublikası Milli Məclisinin birinci
ça
ğırışının səlahiyyətləri bitənədək qüvvədədir.
5. Az
ərbaycan Respublikasının Nazirlər Kabineti bu Konstitusiyanın qüvvəyə mindiyi gündən bu Konstitusiyada
mü
əyyən edilən səlahiyyətləri həyata keçirir.
6. Bu Konstitusiya qüvv
əyə mindiyi gündən Azərbaycan Respublikası yerli xalq Deputatları Sovetlərinin
s
əlahiyyətlərinə xitam verilir. Azərbaycan Respublikasının qanunvericiliyi yerli xalq deputatları sovetlərinə aid edilmiş
s
әlahiyyәtlәri yerli icra hakimiyyəti orqanları həyata keçirir.
7. Bu Konstitusiya qüvv
əyə mindikdən sonra iki il müddətində yerli özünüidarə haqqında qanun qəbul edilməli və
b
ələdiyyələrə seçkilər keçirilməlidir.
8. Bu Konstitusiyanın q
əbul edildiyi günədək Azərbaycan Respublikasının ərazisində qüvvədə olan qanunlar və
ba
şqa normativ hüquqi aktlar bu Konstitusiyaya zidd olmayan hissədə öz qüvvəsini saxlayır.
9. Bu Konstitusiya qüvv
əyə minənədək fəaliyyət göstərən Azərbaycan Respublikasının məhkəmələri ədalət
mühakim
əsini Konstitusiyada müəyyən edilən səlahiyyətlərə və prinsiplərə uyğun həyata keçirir.
10. Bu Konstitusiya qüvv
əyə mindiyi gündən bir il ərzində hakimlərin statusu, məhkəmə quruluşu və məhkəmə
islahatı il
ə əlaqədar Azərbaycan Respublikasının bu Konstitusiyaya uyğun olan qanunvericiliyi qəbul edilməlidir və
Az
ərbaycan Respublikası məhkəmələrinin hakimləri yenidən təyin edilməlidir. Həmin qanunvericilik qəbul edilənədək
hakiml
ərin vəzifəyə təyin və vəzifədən azad edilməsi bu Konstitusiya qüvvəyə minənədək qüvvədə olan qanunvericilik
əsasında həyata keçirilir.
11. Bu Konstitusiya qüvv
əyə mindiyi gündən bir il müddətində Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi
haqqında Az
ərbaycan Respublikasının Qanunu qəbul edilməli və Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi
yaradılmalıdır. Az
ərbaycan Respublikasının Konstitusiya Məhkəməsi yaradılanadək bu Konstitusiyada nəzərdə tutulmuş
Az
ərbaycan Respublikası Konstitusiya Məhkəməsinin səlahiyyətləri həyata keçirilmir. Bu Konstitusiyanın 130-cu
madd
əsinin III hissəsinin 7-ci bəndində nəzərdə tutulmuş məsələni Azərbaycan Respublikasının Ali Məhkəməsi həll edir.
12. Az
ərbaycan Respublikasının Ali Arbitraj Məhkəməsi bu Konstitusiyanın qüvvəyə mindiyi gündən Azərbaycan
Respublikasının
İqtisad Məhkəməsi adlanır və qüvvədə olan qanunvericiliklə müəyyən olunmuş səlahiyyətləri həyata
keçirir.
Dostları ilə paylaş: