Reaksiyanın tərtibinin təyini üsulları .
Kimyəvi reaksiyaların mexanizminin müəyyənləşdirilməsində reaksiya tərtibinin
təyini mühüm rol oynayır. Reaksiya tərtibinin təyini üsullarını ümumi halda iki
yerə bölə bilərik: inteqral və diferensial üsullar.
1) İnteqral üsulların bir necə variantı var .
a) Yerinə qoyma üsulu .
Bildiyimiz kimi , 1,2,3 tərtibli reaksiyaların kinetik tənlikləri inteqral formada
aşağıdakı kimidir :
K
1
=
1
𝑡
ln
𝑐
0
𝑐
(1)
K
2
=
1
𝑡
(
1
𝑐
−
1
𝑐
0
) (2)
K
3
=
1
2𝑡
(
1
𝑐
2
−
1
𝑐
0
2
) (3)
Burada k
1
, k
2
, k
3
– 1 , 2 , 3 tərtibli reaksiyaların sürət sabitləridir . Bu üsulla
reaksiyasiyanın tərtibini müəyyən etmək üçün müxtəlif anlarda maddələrin
qatılıqları tapılır.
Sonra qatılıqların həmin qiymətləri və uyğun zaman yuxarıdakı tənliklərdə
yerinə qoyulur. Əgər (1) tənliyində hesablanmış k-lar sabitdirsə, reaksiya bir
tərtiblidir. (2) tənliyində hesablanmış k-lar sabitdirsə, reaksiya iki tərtiblidir və s..
Məs., mürəkkəb efirin sabunlaşması reaksıyasında müxtəlif zamanlarda
qatılıqların qiymətləri tapılır. Həmin qiymətlərə görə (1) tənliyi üzrə
hesablamalar k üçün 0,0095; 0,0063; 0,0035 qiymətlərini verir. k-nın qiymətləri
fərqli olduğuna görə deyirik ki, reaksiya bir tərtibli deyil. Həmin qiymətlərə görə
(2) tənliyi üzrə hesablanmış k qiymətləri 0,0071; 0,0068; 0,0070 olur. Yəni, k-nın
qiymətləri sabitdir. Deməli, reaksiya iki tərtiblidir.
b) Qrafik üsul. Bildiyimiz kimi,
bir tərtibli reaksiyalar üçün
𝑙𝑛𝑐 = 𝑓(𝑡) ;
iki tərtibli reaksiyalar üçün
1
𝑐
= 𝑓(𝑡) ;
üç tərtibli reaksiyalar üçün
1
𝑐
2
= 𝑓(𝑡) ;
asılılıqları xəttidir. Bu üsulla reaskiya tərtibini müəyyən etmək üçün aparılır və
müxtəlif hallarda maddələrin qatılıqları tapılır.
Dostları ilə paylaş: |