Kataliz , homogen kataliz , reaksiyanın xüsusiyyətləri .
Kimyəvi reaksiyaları sürətləndirən, lakin reaksiyanın sonunda kimyəvi
ədəyişməz qalan maddələrə katalizatorlar deyilir.
Katalizatorların təsirindən reaksiya sürətinin artmasına kataliz deyilir. Homogen,
heterogen və fermentativ kataliz fərqləndirilir.
Homogen katalizdə reaksiyada iştirak edən maddələr və katalizator eyni
fazada yerləşirlər. Reaksiya reaksiya qabının bütün həcmində baş verir.
Heterogen katalizdə reaksiyada iştirak edən maddələr və katalizator müxtəlif
fazalarda yerləşirlər. Reaksiya fazaların toxunma səthində baş verir.
Fermentativ katalizdə katalizator rolunu zülal təbiətli irimolekullu maddələr
oynayır. Fermentativ katalizə mikroheterogen kataliz də deyilir.
Katalitik reaksiyalar adi kimyəvi reaksiyalardan aşağıdakı xüsusiyyətlərinə
görə fərqlənirlər:
1. Katalizator kimyəvi tarazlığın yerini dəyişmir. Yalnız tarazlığın
yaranma sürətini artırır. Çünki katalizator reaksiyanın istilik effektini
dəyişmir. Yalnız düz və əks reaksiyaların aktivləşmə enerjilərini eyni
qədər azaldır. Ona görə də düz və əks reaksiyalar eyni dərəcədə
sürətlənirlər. Nəticədə
const
k
k
2
1
olur, (sabit qalır). Yəni tarazlıq sabiti
dəyişmir.
2. Katalizatorlar seçici təsirə malikdirlər. Onlar mümkün reaksiyalardın
yalnız birini sürətləndirirlər. Məsələn 300
0
C-də, etil spirti müxtəlif
katalizatorların təsirindən 7 cür parçalana bilər. Bu şəraitdə mis
katalizatoru yalnız dehidrogenlşəmə reaksiyasını sürətləndirir.
2
3
2
3
H
CHO
CH
OH
CH
CH
Cu
Al
2
O
3
katalizatoru yalnız dehidratlaşma reaksiyasını sürətləndirir.
O
H
H
C
OH
CH
CH
O
Al
2
4
2
2
3
3
2
Ümumiyyətlə, Cu və Ni dehidrogenləşmə və hidrogenləşmə
katalizatorlarıdır. Al
2
O
3
və qlinozem hidratlaşma və dehidratlaşma , Ag
oksidləşmə katalizatoru, Pt universal katalizatordur.
3. Homogen katalizdə reaksiyanın sürəti katalizatorun qatılığı ilə düz
mütənasibdir. Ümumiyyətlə istənilən katalizdə katalizatorların kiçik
miqdarı reaksiyasının sürətlə getməsini təmin edir. Adətən
katalizatorların qarışığı bir katalizatora nisbətən daha yüksək aktivliyə
malik olur.
4. Katalizatorun aktivliyi onun quruluşundan və mühitdə başqa maddələrin
olmasından çox asılıdır. Məs, CuO-dan reduksiya olunmuş Cu yüksək
katalitik aktivliyə malikdir. Elektrolitik çökdürülmüş Cu praktiki olaraq
katalitik aktivliyə malik deyil. Bəzi hallarda müxtəlif maddələr
katalizatorun aktivliyni artırır. Bu maddələrə promotorlar deyilir.
Məsələn, NH
3
-un sintezində Fe katalizatoru üçün K
2
O promotordur.
Bəzi maddələr katalizatorun aktivliyini azaldır. Bunlara katalitik
zəhərlər deyilir. Məs:
3
2
2
5
2
2
1
SO
O
SO
O
V
reaksiyasında V
2
O
5
katalizatoru üçün arsen və Hg birləşmələri katalitik
zəhərlərdir.
Dostları ilə paylaş: |