polimerləşmə ilə alınır. Radikal polimerləşmədən fərqli olaraq, ion polimerləşmədə inisiatorlarının
təsiri yalnız monomer molekullarının həyəcanlandırılması ilə məhdud-laşmayıb, həm də o biri
elementar reaksiyaların gedişində özünü göstərir. Məsələn, radikal polimerləşmə üçün demək olar ki,
heç bir əhəmiyyət kəsb etməyən həlledicinin təbiəti, ion polimerləşmə-nin elementar reakiyalarının
sürətlərini və hətta reaksiyanın mexanizmini müəyyən edən əsas amillərdən birinə cevrilir.
Zəncirvari polimerləşmənin bu növü üçün xarakter olan mühüm xüsusiyyətlərdən biri də
özünəməxsus qırılma reaksiyalarının mövcud olması və bir cox hallarda isə, ümumiyyətlə qırılma
Göründüyü kimi, protonun yaxud karbkationun əmələ gəlməsi və deməli, monomerin
isə mühitin dielektrik nüfuzluğundan çox asılıdır. Həlledicinin polyarlığı artdıqca polimerləşmənin
sürəti də artır. Məsələn, R
+
[SnCl
5
]
–
kompleksi iştirakilə stirol karbon (IV) xloridlə polimerləşmədiyi
halda, nitrobenzolda böyük sürətlə polimerləşir.
Əlbəttə, bu daha polyar həlledicidə katalizator kompleksinin asan dissosiasiya etməsi ilə
əlaqədardır. Kation mexanizmi üzrə zəncirvari polimerləşmənin başlanması o zaman mümkün olar ki,
monomer molekulları katalizator kompleksindən alınan protonu, yaxud karbkationu özünə birləşdirə
bilsin.
Elementar mərhələlərin gedişini stirolun SnCl
4
H
2
O kom-pleksi iştirakilə polimerləşməsi
misalında nəzərdən keçirək. Katalizator kompleksi asanlıqla dissosiasiya edərək proton verir ki, bu da
monomer
molekulu
ilə
birləşərək
aktiv
mərkəz
yaradır:
Katalizator kompleksi anionunun əhatəsində olduğundan, zəncirin uzanması həlledicinin
polyarlıq dərəcəsindən çox asılıdır. Belə ki, həlledicinin polyarlığı çox olduqca əks ionun karbkati-
ondan ayrılması asanlaşır. Bu isə zəncirin uzanma reaksiyası sürətinin artmasına səbəb olur:
Zəncirin qırılması monomolekulyar mexanizm üzrə katalizator kompleksinin regenerasiyası
yolu ilə baş verir:
Monomolekulyar qırılma təcrübədə təsdiq edilmişdir. Radikal polimerləşmədə olduğu kimi,
kation polimerləşmədə də zən-cirin qırılması ötürülmə reaksiyaları nəticəsində baş verə bilər. Kation
polimerləşmənin tipik ötürücü agentləri: monomer, həlledici, polimer molekulları və qarışıqlar hesab
edilir. Monomerə görə ötürülmə makrokarbkationdan proton ayrılması və ya monomer molekulundan
hidrid keçidi yolu ilə bas verə bilər:
Monomer molekulunda ikili və ya üçlü karbon atomları
yanında hidrogenin olduğu halda hidrid keçidinin ehtimalı çox olur. 3-Metilbuten-1-in kation
polimerləşməsi - hidrid kecidi nəticəsində karbkationların izomerləşməsi ilə müşayət olunan belə
polimerləşmə reaksiyalarına tipik misaldir:
İzomerləşmə kation polimerləşməsi adlanan bu tip polimerləşmə bir cox -olefinlər və bəzi
aliil monomerləri üçün səciyyəvidir. Məsələn, allilfenil efirinin SnCl
4
C
2
H
5
OH kompleksi iştirakilə
polimerləşmənin aşağıdakı sxem üzrə getdiyi müəyyən edilmişdir:
Polimerləşmə, əsasən I variant üzrə, yəni aromatik həlqədə əvəzolma ilə müşayət olunur.
Dostları ilə paylaş: