Kation polimerləşməyə bəzi amillər təsir edir. Bunlar aşağıdakılardır:
mişdir ki, vinil monomerlərinin kation polimerləşməsinin sürəti və alınan polimerin orta molekul
100°C-də çox böyük sürətlə polimerləşərək molekul kütləsi bir neçə milyon olan polimer əmələ
gətirir. Kation polimerləşmənin aşağı temperaturda böyük sürətlə getməsinin dəqiq izahı verilmə-
mişdir. Bu barədə bəzi mülahizələr də mövcuddur. Onlardan biri kation polimerləşmənin paralel
kompleksinin anionudur) iştirakilə getdiyini nəzərdə tutur. Aydındır ki, sərbəst ionların iştirakilə
reaksiya daha sürətlə getməlidir, çünki bu halda əlavə enerji sərfi ilə əlaqədar olan əks ionun kənar
edilməsi zərurəti yoxdur. Temperaturun aşağı düşməsi ion cütlərinin əmələ gəlməsinin qarşısını alır
və sərbəst ionların qatılığı artır. Hesablamalar göstərir ki, temperaturun sıfırdan - 95°-dək aşağı
düşməsi nəticəsində sərbəst ionların qatılığı ion cütlərinin qatılığına nisbətən 12 dəfə artır. Bu da
reaksiya sürətinin müvafiq olaraq, artmasına səbəb olur.
II. Həlledicinin təbiətinin təsiri. Həlledicinin polyarlığı və solvatlaşdırma qabiliyyəti artdıqca,
kation polimerləşmənin sürəti də artır. Bu onunla izah edilir ki, polyarlığı və solvatlaşdırma xassəsi
böyük olan həlledicilərdə katalizator kompleksinin, eləcə də ion cütiərinin dissosiasiyası asanlaşır və
nəticədə həyəcanlanma və uzanma reaksiyalarının sürəti də artır. Məsələn, SnCl
4
RCl kompleksi
iştirakilə stirol nitrobenzolda böyük sürətlə polimerləşdiyi halda, karbon (IV) xloriddə polimerləşmir.
Deməli, qeyri-polyar həlledicidə katalizator kompleksinin dissosiasiyası baş vermədiyindən reaksiya
getmir.
Dostları ilə paylaş: