Vi mühaziRƏ. İOn polimerləŞMƏ VƏ onun xüsusiYYƏTLƏRİ Plan


Anion polimerləşmənin mexanizmi yə ona aid nümunələr



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə6/6
tarix30.12.2021
ölçüsü0,68 Mb.
#49461
1   2   3   4   5   6
YMB VI MÜHAZİRƏ

6.4. Anion polimerləşmənin mexanizmi yə ona aid nümunələr 

 

Anion  polimerləşmənin  mexanizminə  doymamış  birləşmələrin  kalium-amid  (KNH



2

iştirakında maye ammonyak mühitində polimerləşmə reaksiyası misal göstərilə bilər: 



 

Maye ammonyakda kalium-amid iştirakında stirolun polimerləşməsi zamanı əmələ gələn hər 

bir polistirol makromolekulu tərkibində -NH

2

 qrupu saxlayır. Polimerin molyar kütləsi katalizatorun 



qatılığından  asılı  olmayıb,  monomerin  qatılığı  ilə  düz  mütənasibdir.  Polimerləşmə  temperaturu 

artdıqca, polimerin molyar kütləsi azalır.  

Polimerləşmənin  sürəti  monomerin  qatılığının  iki  misli  və  katalizatorun  qatılığının  kvadrat 

kökü ilə düz mütənasibdir. Anion polimerləşmə  zamanı zəncirin qırılması zəncirin həllediciyə ötü-

rülməsi, protonun və ya başqa bir müsbət yüklü hissəciyin birləşməsi ilə baş verir. Bu halda qırılma 

karbanionun  NH

3

-lə  qarşılıqlı  təsiri  nəticəsində  baş  verir  və  nəticədə  ammonyakın  protonu  amid 



ionunun regenerasiyası ilə NH

2

-yə birləşir. Beləliklə, kalium-amid reaksiya zamanı sərf olunmur.  



Qələvi  metalların  amidləri  iştirakında  akril  turşusunun  törəmələri  də    metilmetakrilat, 

akrilnitril,  metakrilnitril  polimerləşir.  Bu  monomerlər  elektromənfi  əvəzləyicilərə  malikdir,  yəni 

elektroakseptordurlar və buna görə də anion polimerləşmə zamanı çox aktivdirlər. 

Əsasi  xarakterli  polyar  birləşmələrlə  həyəcanlanmada  qələvi  metalların,  metalüzvi 

birləşmələrinin  RMe  iştirakı  ilə:  (trifenil-metilnatrium,  butillitium,  etilnatrium,  butilnatrium  və  s.) 

polimerləşmə  başqa  cür  baş  verir.  Bu  halda  aktiv  mərkəz,  metalüzvi  bir-ləşmələrin  monomerə 




birləşməsi nəticəsində əmələ gəlir, zəncirin növbəti böyümə mərhələsi isə monomerin metal-karbon 

polyar əlaqəsinə daxil olması ilə gedir. Bu prosesi aşağıdakı sxemdə göstərmək   olar: 

 

 

Deyilənləri nəzərə almaqla metalüzvi birləşmələr iştitakilə anion polimerləşmənin elementar 



mərhələlərini stirolun butillitium iştirakında polimerləşməsi misalında nəzərdən keçirək: 

 

Bu polimerləşmənin fərqli xüsusiyyəti monomerin bifunksional birləşməsidir. Belə ki, metal-



amidlərin iştirakı ilə anion polimerləşmədə bifunksional monomer bir funksional qrup üzrə birləşir. 

Metalüzvli birləşmələrin iştirakı ilə polimerləşmə reaksiyasında zəncirin böyüməsində katalizatorun 

iki mərkəzi iştirak edir: metal və alkil (polimerləşmənin iki mərkəzli mexanizmi).  

Monomer – katalizator aralıq kompleksində monomer molekulunun müəyyən fəza yerləşməsi 

müşahidə edilir, bu da bəzi hallarda stereomüntəzəm polimerlərin yaranmasına gətirib çıxarır. Aralıq 

kompleksin quruluşu və monomer molekulunun bu kompleksdə fəza yerləşməsi (və müvafiq olaraq 

polimer  makromolekulunda)  katalizatorun  tərkibində  metal-karbon  rabitəsinin  polyarlığından  və 

polimerləşmə  gedən  mühitdən  asılıdır.  Qələvi  metalların  üzvi  birləşmələrinin  polyarlıq  dərəcəsi 

aşağıdakı ardıcıllıqla artır Li < Na < K.  

Katalizatorda metal-karbon rabitəsi nə qədər çox polyar olarsa, sərbəst ionların əmələ gəlməsi 

hesabına,  polimerləşmə  mexanizmi  də  bir  o  qədər  anion  polimerləşməsinə  yaxınlaşır.  R-Me 

rabitəsinin polyarlığı az olduğu zaman polimerləşmə, bimərkəzli anion-koordinasion mexanizmi üzrə 

gedir, bu da polimerin molekulyar zəncirinin quruluşunda və polimerləşmənin kinetikasında özünü 

göstərir. Bu, təcrübə yolu ilə təsdiq olunur.  

Qələvi metalların üzvi birləşmələri sırasında litium-karbon əlaqəsi daha az polyarlığa malikdir. 

Litiumüzvi  birləşmələrin  iştirakında  polimerləşmə  inert  məhlullar  mühitində  (karbohidro-genlər) 

anion  koordinasion  mexanizmi  üzrə,  stereomüntəzəm  polimerlərin  alınması  ilə  gedir.  Butadienin 

natrium- və kalium- üzvi birləşmələr iştirakında polimerləşməsi zamanı əsasən 1,2-quruluşlu polimer 

alınır: 



 

 

Litiumüzvi  birləşmələrin  iştrirakında  həlledici  kimi  karbo-hidrogenlərdən  istifadə  edildikdə 



90% çıxımla 1.4-quruluş üstünlük təşkil edir və stereomüntəzəm sis-1,4-polibutadien alınır: 

 

Polyar həlledici mühitində polimerləşmə metal-məhlul kompleksinin əmələ gəlməsi ilə metal 



atomunun  monomerlə  kompleks  yaratmaq  qabiliyyəti  zəifləyir,  nəticədə  metal  katalizatorun 

polimerləşməyə  təsiri  nəzərə  çarpacaq  dərəcədə  azalmış  olur.  Bu  halda  polimerləşmə  anion 

polimerləşməyə  yaxınlaşır.  Həqiqətən  də,  karbohidrogenin  efirlə  və  ya  dioksanla  əvəz  olunması, 

yaxud,  karbohidrogenə  az  miqdarda  spirt  və  fenolların  əlavə  olunması  ilə  butadienin  litiumüzvi 

birləşmələr iştirakında polimerləşməsi zamanı 1,2-qruluşuna malik olan polibutadien alınır (natrium- 

və  kaliumüzvi  birləşmələrin  iştirakı  ilə  polimerləşmədə  olduğu  kimi).  Litiumüzvi  birləşmələrin 

iştirakı ilə polimerləşmə reaksiyası nəticəsində digər stereomüntəzəm polimerlər də alınır və bütün bu 

hallarda  polimerləşmə  məhlulda  gedir.  Metil-,  izopropil-  və  tsikloheksilmetakrilatların  litiumüzvi 

birləşmələr  iştirakında  toluolda  polimerləşməsi  nəticəsində  izotaktik  polimetilmetakrilat, 

poliizopropilmetakrilat  və  politsikloheksilmetakrilat  alınır.  Analoji  şəraitdə,  lakin  polyar  həlledici 

mühitində sindiotaktik polimetilmetakrilat alınır.  

Alınan  polimerlərin  quruluşuna  katalizatorun  alkil  qrupunun  quruluşu  da  təsir  edir.  Əgər 

litiumüzvi  birləşmənin  alkil  qru-punda  dörddən  az  karbon  atomu  olarsa,  stereomüntəzəm  polimer 

alınmır.  Metalalkil  birləşmələr  iştirakı  ilə  ion  polimerləşmə  prosesində  biz,  ancaq  iki  mərhələyə  

(zəncirin  qırılması  reaksiyasına  toxunmadan)  aktiv  mərkəzin  yaranması  və  zəncirin  uzanması 

mərhələlərini müzakirə etdik.  

Anion polimerləşmədə zəncirin uzanması karbanionun və ya ion cütünün iştirakilə baş verir; 

bununla  yanaşı  böyüyən makromolekulun  uc qrupu kifayət  qədər  yüksək aktivliyə malik  olmaqla, 

həm  də  kifayət  qədər  stabildir.  Buna  görə  də  anion  polimerləşmə    sistemində  zəncirin  qırılmasına 

şərait yaradan protondonor qarışıqlar olmadıqda, monomerin tam istifadə olun-ması baş verənə qədər 

davam  edir.  Belə  polimerləşmə  nəticəsində  əmələ  gələn  makromolekullar  aktiv  mərkəzə  malik 

olduğundan, polimerləşməni yenidən davam etdirə bilir. Aktiv mərkəz kimi öz fəallığını saxlayan və 

monomerin  əlavə  miqdarını  daxil  etdikdə  polimerləşməni  davam  etdirən  belə  polimerlər  "canlı 

polimerlər" adlanır.  

"Canlı" polimerlərə və yaxud oliqomerlərə digər monomerin əlavə edilməsi nəticəsində  blok 

birgəpolimerlər  almaq  olar.  Bu  üsuldan  polimerlərdə  canlı  makromolekulların  miqdarını  müəyyən 

etmək üçün də istifadə edilir. Belə ki, natrium-naftalinin iştirakında ion polimerləşmə üsulu ilə alınmış 

polistirola  izopren  əlavə  etdikdə  sonrakı  polimerləşmə  nəticəsində  yalnız  stirol  və  izoprenin  blok 




birgəpolimerləri alınmışdır. Alınan polimer məhsulunda izoprenin homopolimeri aşkar edilməmişdir. 

Bu da öz növbəsində polistirolun makromolekullarının "canlı" olduğuna bir sübutdur.  

Metalüzvi birləşmələrin və qələvi metalların iştirakında zəncirin qırılmasına səbəb ola biləcək 

qarışığın olmadığı şəraitdə polimerləşmə nəticəsində çox yüksək molekul kütləsinə malik polimerləri 

almaq  mümkün  olur.  Bu  şəraitdə  polimerləşmə  aparıldıqda,  ideal  halda  polimerin  molekul  kütləsi 

monomer  və  katalizator  arasındakı  nisbətlə  müəyyənləşir.  Belə  ki,  anion  polimerləşmə  zamanı 

zəncirin təbii qırılması baş vermir və molekul kütləcə monodispers polimerlər alınır. Bunun üçün ilk 

növbədə, sistemdə heç bir qarışıq olmamalıdır, aktiv mərkəzlərin yaranma sürəti çox yüksək olmalıdır 

və polimerləşmə şəraiti reaksiya sisteminin hər bir nöqtəsində eyni olmalıdır (yaxşı qarışdırılma təmin 

olunmalıdır). Polimerləşmənin şərtlər daxilində aparılmasının praktiki cəhətdən kifayət qədər çətin 

olmasına baxmayaraq, bu üsulla alınmış polimerlər molekul kütləsinin bircinsliyi baxımından başqa 

üsullarla sintez olunmuş müvafiq polimerlərin qaynama temperaturlarına yaxın olan fraksiyalarından 

daha üstündür.  

"Canlı" polimerlərdə zəncirin qırılması zamanı müxtəlif birləşmələr əlavə etməklə müxtəlif 

sonluqlu  funksional  qruplara  malik  polimer  və  ya  oliqomerlər  almaq  olar.  Bu,  heterozəncirli 

oliqomerlərlə blok birgəpolimerləri almaq üçün çox geniş imkanlar yaradır. 



 

 

Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin