deyil - “IKEA” firması öz məhsulunun populyarlığım (geniş yayılmasını)
belə bir “elmi” faktdan istifadə etməklə orijinal surətdə sübut edib: “Hər
on avropalıdan biri bizim çarpayıda əmələ gəlib”. Elə həmin sözlər də
çarpayıların reklamına daxil edilib. Doğurdan da bu kimi üsullar nəinki
malın dəyərinə inamı artırır, bunlar həm də bütövlükdə reklam xəbərinə
inam problemini həll etməyə qadirdir.
Dəyərlər- kitçdir, yaxud küç deyil? Kitçi malın reklam obrazının
yaradılmasının daha geniş yayılmış istiqamətlərindən biri kimi nəzərdən
keçirməklə, doğruluq baxımından həmin istiqamətin problem olması
yaddan çıxarılmamalıdır. Eyni zamanda qeyd olunmuşdur ki, təqdim
edilən dəyərlər səviyyəsində istehlakçı ilə ünsiyyət texnologiyası məhz
həmin çərçivədə işlənib hazırlanır. Tarixi tematikadan istifadə olunması,
malın əl ilə yaradılan obrazına diqqətin cəlb
edilməsi,
mala xüsusi status
verilməsi cəhdləri və i.a. hər şeydən əvvəl istehlakçıya elə dəyərlərin
nümayiş etdirilməsi vasitəsidir ki, istehlakçı istehsal olunmuş malda
məhz öz təsəvvürünü əks etdirmiş olur.
Həmin dəyərlər əgər istehlakçı tərəfindən də qəbul olunursa və
reklamlaşdırılan mala (məhsula) aid edilirsə, o, istehlakçı ilə istehsalçı
arasında inam kommunikasiyanın formalaşdırılmasının əhəmiyyətli
vasitəsinə çevrilir. Halbuki bir daha qeyd etmək istərdik ki, müasir
Azərbaycan reklamı dəyərlərin nümayiş etdirilməsinin daha çox oxşar
imkanlarını axtarıb aşkara çıxarmağa çalışmalıdır.
6.2. Reklam məlumatının verilməsinin vasitələri
Reklam obrazı onun təcəssüm etdirildiyi maddi formadan
ayrılmazdır. Həmin keyfiyyət bütün yaradıcılıq əsərlərindən səciyyəvidir.
Lakin sifarişçinin hər hansı bir müvafiq göstərişini tələb edən incəsənət
əsərlərindən fərqli olaraq, reklam məlumatı (reklamın xüsusi,
məqsədyönlü, könüllü qavranıldığı nadir
235
festival “ sərgi istisnalarına yol verilməklə) həm düşdüyü veriliş kanalı
ilə, həm də daxil olunduğu kontekstlə qırılmaz surətdə bağlı olur.
Reklam obrazının lazımi funksional vəzifələri yerinə
yetirməsindən ötrü
aşağıdakılar çox vacibdir:
- ən əvvəl, onun transiyasiyasından ötrü hansı kommunikasiya
kanallarının işə salınacağı və onların verilişə necə təsir göstərəcəyi və
reklam məlumatının necə qavranılacağı təsəvvür olunmalıdır;
- ikincisi, kanalın pozitiv imkanlarını gücləndirməyə qabil olan
layihə vasitələri tətbiq edilməlidir.
Əvvəlcə reklam müraciətinin verildiyi kanalm reklamalan
tərəfindən necə qavranılmasına diqqət verilməlidir, reklamın kanal
tərəfindən necə formalaşdırılması nəzərə alınmalıdır ki, nəticədə də biz
reklam dizaynının layihə üsullarına diqqət verməli və seçilən kanaldan
daha səmərəli istifadə etməli olarıq.
Dostları ilə paylaş: