Dərslikdən Biznes və reklam sahəsində Menecmentin məqsəd və vəzifələri


büdcəsinin  müəyyənləşdüihnəsi  metodologiyasmdan  bəhs  olunur.  Reklamın



Yüklə 1,31 Mb.
Pdf görüntüsü
səhifə2/87
tarix31.12.2021
ölçüsü1,31 Mb.
#49636
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   87
biznes-ve-reklam

büdcəsinin  müəyyənləşdüihnəsi  metodologiyasmdan  bəhs  olunur.  Reklamın 
sosial-iqtisadi  səmərəliliyinin  proqnozlaşdırılması  və  reklam  fəaliyyətinin,  dövlət 
tərəfindən tənzimlənməsi məsələləri işıqlandırılır. 
Dərslikdən  Biznes  və  reklam  fənni  tədris  olunan  Ali  məktəb  tələbələri, 
magistrlər,  aspirantlar,  müəllimlər  və  doktorantlar,  sahibkarlar,  menecerlər  və 
habelə geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur. 
655 (07)-2013 
© “Elm” nəşriyyatı, 2013. 


Bis millahir Rəhmani Rəhim Hər bir 
yazının başlığıdır. 
Alim olmayan kəsin 
Xoşbəxt adlandırılması mənasıdır. 
Məhəmməd Reyğəmbərin 
kəlamlarından 
Sənə bəlli deyil ömrün qiyməti Odur 
ki, sevirsən eyş i-işrəti. 
Ömür dedikləri dəyərli gövhər Qoyma 
ki, işrətlə məhv olsun hədər. 
Sədi Şirazi. 
Haqq sözü eşitmək istəməyənlər Əqlini 
itirib öləcək hədər. 
N. Gəncəvi. 


ON SOZ 
İran İslam Respublikasının ümumi sahəsi 1648 km^-dir. Böyük bir 
dövləti ziyarət etmək və onunla yaxından tanış olmaq, həmçinin müxtəlif 
sənət adamları ilə görüşmək də çox maraqlı idi. Əlliyə yaxın zəvvarlarla 
ziyarətə  başladıq.  Onların  arasında  müəllim,  həkim,  texniki  işçilər, 
həmçinin alimlər də iştirak edirdilər. 
İyul ayının isti yay günlərində İran İslam Respublikasının istehsal 
etdiyi  “Skayna'’  markalı  avtobusda  bizi  Bakı  İslam  Universitetinin  və 
Suriya Ərəb Respublikasının paytaxtı olan Dəməşq şəhərinin Zeynabiyə 
məntəqəsində  yerləşən  Əhlibeyt  Univestitetinin  məzunu  və  karvanın 
rəhbəri  Məşhədi-Kərbəlayı  Xəyyam  Vaqif  oğlu  və  onun  köməkçi 
Məşhədi-Kərbəlayı Şahin Əzizağa oğlu müşayiət edirdilər. 
Avtobusla Məşhədiə gedərkən ətrafa göz gəzdirir, şəhərin və İran 
İslam Respublikasının zəngin qara torpaqlarım seyr edirdik. İran İslam 
Respublikasınm Büəsuvar şəhərindən, Məşhəd şəhərinə təxminən  2000 
km yolu 48 saata getməli olduq. Yol boyunca insanları torpaqda çahşan 
görürdük.  Həmin  avtobusla  biz  Məşhəd,  Qum,  Cəmkəran,  Mehran 
şəhərlərini ziyarət etdik. 
Məşhədi şəhərində qərib olan İmam  Rzanı, Qum şəhərində İmam 
Rzanın  bacısı  fatimaye  Mənsubəni  və  bir  çox  İslam  alimlərinin 
(müctehidlərinin)  məqrəbələrini  ziyarət  edib  və  onların  ruhuna  dualar 
oxuduq.  Onlardan  bəzilərini  yad  etmək  istərdim  Şeyx  Cavad  Təbrizi, 
AyatuUa,  Şeyx  Bəhəyəddin  və  Şeyx  Fazil  Lənkərani  və  başqalarım 
göstərmək olar. Bunların içərisində bizi daha da kövrəldən Azərbaycan 
torpağının yetişdirməsi olan Qumda, tanınmış alimlərdən biri olan Fazil 
Lənkəranın  məzarını  ziyarət  edib,  dualar  oxuduq.  Azərbaycan  xalqı 
özünün belə alimləri ilə daim fəxr edib. İmam Rzanm Məşhədi şəhərində 
böyük bir məqbərə ansamblı hələ sovetlər vaxtında, bizim 1980-cı üdə 
Azərbaycan Sovet ensiklopediyasında əks etdirilib. 
Keçmiş Azərbaycan şəhərləri olan Ərdəbil, Təbriz, İsfahan, Zəncan, 
Həmədan, Qəzvin, Tehran və s. şəhərləri seyr etdüc. 


Məşhədi  şəhərində  İmam  Rzanın  Məzarını  ziyarət  edərkən 
məsciddə  yüz  mindən  artıq  ziyarətçinin  toplanmasını  müşahidə  etdik. 
Məscidin  həyəti  çox  böyük  olmasına  baxmayaraq,  həyət  büsbütün 
xalçalarla  örtülmüşdür.  Bununla  birlikdə  burda  namaz  qılmaq  məsələsi 
olduqca  müşkül  məsələlərdən  biri  idi.  İmam  rza  məscidində  iki  rükət 
namaz  qılıb,  sonra  isə  məqbərəyə  yaxınlaşıb  duallar  etməyə  başladıq. 
Adətən azan namazdan 20-25 dəqiqə əvvəl verilirdi. Namaz qılmaq üçün 
insanlar  buraya  əvvəlcədən  gəlməyə  başlayırdılar.  İnsanlar  çox 
olduğundan içəri daxil olmaq mümkün deyildi, həyət də insanlarla dolu 
idi.  Beləliklə,  biz  də  Zöhr  namazını  məscidin  həyətində  qılmalı  olduq. 
Məscidin  həyəti  ən  müasir  tipli  və  ən  yaraşıqlı  formada  düzəldilmiş, 
işıqlandırma sistemləri ilə işıqlandırılırdı. 
İraq  Ərəb  Respublikasında 
bizi  sərhəddə  Almaniyanın  istehsalı 
olan  “Setra”  markalı  avtobusla  qarşıladılar.  İraq  Ərəb  Respublikasının 
sahəsi 434,9 min km^-dir. Torpaq sahələri xurma ağacları ilə büsbütün 
örtülmüş bir meşəyə bənzəyirdi. Heç bir yerdə qadınların işləməsinə rast 
gəlmədik. 
Karvanın rəhbəri Məşhədi-Kərbəlayı Xəyyam Vaqif oğlu ərəb dilini 
mükəmməl  bildiyi  üçün  gömrük  işçiləri  tərəfindən  yüksək  səviyyədə 
qarşılandı.  Azərbaycan  bayrağı,  İraq  Respublikasının  bayrağı  ilə  birgə 
dalğalanırdı.  Karvanın  rəhbəri  hərbiçilərlə  söhbətə  başladı.  İraq 
Respublikasının hərbiçiləri, Azərbaycan Respublikasının Milli qəhrəmanı 
olan  Mübariz  İbrahimovanm  igidliyindən  söhbət  açdılar.  Hətta  bəzi 
hərbiçilər  göz  yaşlarını  gizlədə  bilmədilər.  İraq  Respublikasının  sərhəd 
gömrükünün  rəisi  Zabit  Ədnan  Mübarizin  igidliyindən,  onun  şəkilləri 
İraq xalqının evində, maşınında, iş yerlərində, ən əsası üzərklərdə daim 
yaşadığım və əbədi bir iz qoyduğunu qeyd etdilər. Digər bir məqamı da 
vurğuladılar  ki,  Azərbaycan  xalqının  başqa  bir  oğlunun  adını  çəkməyə 
bilmərik. Zabit olmuş Ramil Səfərovun igidliyindən çoxmaraqlı söhbətlər 
etdilər. Ramil Səfərovun azad edilməsinə böyük köməklik göstərdiyinə 
görə,  Ərəb  qardaşları,  Respublikanın  rəhbərliyinə  çoxlu  duallar  etdilər. 
Arzu etdilər ki, bütün İslam dünyasında belə qəhrəmanların sayı daha çox 
olsun! 


Azərbaycan xalqının və İslam dünyasının düşməni olan Ermənilərə 
dönə-dönə lənət yağdırdılar və arzu etdilər ki, biz əminik ki, Azərbaycan 
torpaqları tezliklə İslam dünyasının düşməni olan Erməni faşistlərindən 
tezliklə təmizlənəcəkdir. 
İran  İslam  Respublikasının  Məşhədi  şəhərindən,  İraq  Ərəb 
Respublikasunn  Kərbəla  şəhərinə  təxminən  3000  km  yol  getməliyik. 
Zəvvarları, İraqın sərhəddində öz rahatlığı ilə seçilən Almaniyə istehsalı 
olan  “Setra”  markalı  avtobus  qarşıladı.  3  sutka  avtobusla  hərəkət  edib 
Hilla, Kut şəhərlərindən keçib, Kərbəla şəhərinə çatdıq. İmam Hüseynin 
məqbərəsi bizim qaldığımız mehmanxanadan heç də uzaqda yerləşmirdi. 
Bizim zəvvarlarla ziyarət etdiyimiz məqbərənin ətrafı insanlarla dolu idi. 
Hər kəs özü ilə Allah arasmda olan dua, istək və arzularını bir-biri ilə 
bölüşdürürdülər.  İmam  Hüseyni  ziyarət  edərkən,  bundan  başqa,  6 
imamlarımızm məzarlarım ziyarət etdik. 
Burada  niyyət  edib  dövrə  vurmağa  başladıq.  Hamı  dövr  edə-edə 
Allahdan günahlarının bağışlanmasım diləyir, ona dua edirdi. 
Azərbaycanın dahi şairi Məhəmməd Fizulinin məqbərəsini ziyarət 
etdik  və  qəbrinin  üstündə onun ən  yaxşı  qəzəllərini  səsləndirib,  dualar 
oxuduq. 
İmam  Hüseynin  ziyarətinin  yaxınlığında  yerləşən  Fərat  və  Dəclə 
çaylarını ziyarət etdik. 3 gün Kərbəla şəhərində qaldıqdan sonra Nəcəf, 
Sammarı, Kazimeyn, Əşrəf, Kufa şəhərlərinə yollandıq. 
Nəcəfül Əşrəf şəhərində şiələrin I İmamın Həzrəti Əlinin məzarım 
ziyarət  edib,  dualar  oxuduq.  Zəvvarların  rəhbərlərinin  səyi  nəticəsində 
Həzrət  Əlinin  ziyarətgahında  bizlərə  yüksək  səviyyədə  ehsan  verdilər. 
Həcəfül Əşrəfdə Nuh Peyğəmbərin qəbrini və ən qədim vadi us Salamı, 
Hud və Saleh Peyğəmbərlərin məzarını ziyarət etdik. 
Həzrəti Əlinin evində olduq, həmin evdə İmamı Hüseyn dərs otağı, 
Zeynəb  və  Ummu  Gülsüm  xanımın,  Əbdülfəz  ağanın  otağı  və  onun 
ətrafında  Həzrət  Əli  quyusunu  ziyarət  etdik.  Həmin  quyudan  o  şəfa 
suyundan içdik və Azərbaycana təbərük gətirdik. 
İmam Əlinin evinin yaxınlığında, onun ən yaxın dostu olan xurma 
satan Meysəminin qəbrini ziyarət etdik və sonra Kufa 


məscidində  namaz  qılıb  dualar  etdik.  Meysəm  Əlinin  sədaqətli 
dostlarından biri idi. 
Səhla məçidində 10 məqamı ziyarət etdik: o cümlədən 
İmam Sadiq məqamı, İmamı Zeynal abdin məqamı, İmamı Sahibə 
zamanı məqamı, İmamı İbrahim Peyğəmbərin məqamı və dualar oxuduq. 
İraqın  paytaxtı  Bağdadın  yaxınlığından  olan  Kazmeyn  şəhərində 
tərəf yola düşdük, bu şəhərdə İmamı Museyi Kazım, İmamı Mühəmməd 
Təqi, İslam alimlərindən olan Şeyx Tusinin, Şeyx-Mufıdin və s. qəbrlərii 
ziyarət  edib,  Kazımeyndən  150  km  aralıda  yerləşən  Samarra  şəhərinə 
gəldik. Bu da Dəclə çayının üst tərəfində yerləşirdi. Bu şəhərdə İmamı 
Əliyyəni  Nəqini,  İmamı  Həsəni  əsgəri  və  12-ci  İmamın  anasını  Nərgiz 
xatunu və bibisi Həkimə xanımı ziyarət edib, dualar oxuduq və arzu etdik 
ki, Ey Rəbbim bizim günahlarımızı bağışla!!! 
Ümumiyyətlə, biz zəvvarlar yeddi imamlarımızın məzarını ziyarət 
edib, bizə ayrılan avtobusa əyləşib İraq Ərəb Respub- likasmın Kərbəla 
şəhərində vətənə doğru hərəkət etməyə başladıq. 
Zəvvarların  əksəriyyəti  Saatlı,  Yardımlı  rayonlarının  və  Bakı 
şəhərinin  sakinləri  idi.  Qadınlarımız  çoxluq  təşkil  edirdilər.  Bunlardan 
bəzilərinin adlarını çəkmək istərdim: 
Hacı  Məşhədi  Kərbəlayı  Fərhad  Ə.O  və  onun  həyat  yoldaşı  Hacı 
Rəhimə xanım. 
Hacı  Məşhədi  Kərbəlayı  Teymur  Yadulla  oğlu  və  onun  həyat 
yoldaşı Hacı Məhluqə xanım. 
Məşhədi Kərbəlayı Ülkərxanım, oğlu Uğur və həyat yoldaşı Müşfiq 
Hacı Məşhədi Kərbəlayı Əlirza Ə.o 
Məşhədi Kərbəlayı Mir Niyazi M.o 
Məşhədi Kərbəlayı İskəndər T.o 
Məşhədi Kərbəlayı Əmrah G.o 
Məşhədi Kərbəlayı Fərhad Z.o 
Məşhədi Kərbəlayı Xaqani H.o 


Məşhədi Kərbəlayı Firsənd İ.o Məşhədi 
Kərbəlayı Ağagül Ə.o Məşhədi Kərbəlayı 
Səfər R.o Məşhədi Kərbəlayı Qətşiət A.o 
Məşhədi Kərbəlayı Yadigar İ.o Məşhədi 
Kərbəlayı Bayramov Himayət Məşhədi 
Kərbəlayı Həsənağa 
Allaha günahlarımızı bağışlamaq üçün çoxlu dualar etdik
ürəyimizdə olan arzularımızı Ulu Tanrıdan dilədik. 
Allah biz də daxil olmaqla, bütün Məşhədə, Kərbəlaya gedənlərin 
ziyarətini qəbul etsin. Amin!!! 


G İ R İ Ş  
Bazar münasibətlərinin rəqabət xarakteri, bazan zəbt etmək və orada 
özünə  yer  tutmaq  lüzumu  tələbat  strukturuna  və  dinamikasına  təsir 
göstərmək üsullarını axtarıb tapmağa, bu və ya digər məhsullar ətrafında 
ictimai rəyi formalaşdırmağa vadar edir. 
Reklam  malların,  yaxud  xidmətlərin  bazara  irəli  sürülməsinin 
üsullarından  biridir.  Onun  məqsədi  istehsalın  faydalılığının  təmin 
olunmasından  ötrü  lazım  olan  qədər  istehlakçının  cəlb  edilməsindən 
ibarətdir. 
İstehsalçılar  qarşısında  özünü  və  öz  firmasını  (idarə,  təşkilat  və 
institutunu) ən nüfuzlu kimi təqdim etmək vəzifəsi durur. Həmin problem 
təklif  sorğunu  üstələdikdə,  yəni  izafi  istehsal  şəraitində  daha  çox 
kəskinliklə qarşıya çıxır. 
Reklam  istehlakçıların  mallara  və  xidmətlərə,  alıcı  seçimi 
münasibətlərinə  müxtəlif  və  qarşılıqlı  surətdə  bir-biri  ilə  əlaqədar 
üsullarla  təsir  göstərilməsi  amilidir.  Reklam  vasitəsi  ilə  təsir  ticarət 
markasının  cazibədarlığını  və  dəyərliliyini  gücləndirir,  müəyyən 
hərəkətlərə həvəs oyatmaqla istehlakçıların müəyyən qruplarında spesifik 
duyquların əmələ gəlməsinə səbəb olur. 
Bu vəsaitin predmeti yalnız reklam menecmenti sisteminin ümumi 
quruluş  prinsiplərini  deyil,  həm  də  reklam  kampaniyalarının 
planlaşdırılması,  reklam  vasitələrindən  istifadənin  yaradıcı  strategiyası, 
reklam fəaliyyətinə nəzarət və onun səmərəliyinin qiymətləndirilməsi də 
daxil  olmaqla,  reklam  fəaliyyətinin  idarə  edilməsinin  konkret 
mexanizmlərinin  öyrənilməsindən  ibarətdir.  Kitabda  müvafiq  praktik 
material (müzakirə üçün məsələlər, müstəqil iş üçün tapşırıqlar), habelə 
həm  bütövlükdə  öyrənilən  predmet  üzrə,  həm  də  hər  ayrı-ayrı  konkret 
mövzular üzrə ədəbiyyat da təqdim olunur. 
Fənnin  məqsədi  və  vəzifələri beynəlxalq  və  Azərbaycan  təcrübəsi 
kontekstində reklam menecmentinin sistemi haqqında biliklərin, reklam 
kampaniyası layihəsinin hazırlanması, reklam 


fəaliyyətinin  təşkili,  reklamın  səmərəliyinin  qiymətləndirilməsinin 
formalaşdırılmasından ibarətdir. 
Bu  kitab  marketinq,  menecment,  müəssisənin  iqtisadi  yayımı  və 
iqtisadi  idarəetmə  fənlərinin  məntiqi  davamıdır.  Materialların  şərh 
olunması  üsulları  gələcək  mütəxəssislərin  daha  ixtisaslı  kadrların 
hazırlanması işinə yardım göstərəcəkdir. 
10 



Yüklə 1,31 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin