Cədvəl 1.3.
36
Reklamın tətbiq sahəsi çoxsaylıdır. Ondan təşkilatın uzunmüddətli
sürətinin yaradılması üçün nüfuz reklamı, konkret markalı əmtəənin uzun
müddətli fərqləndirilməsi üçün markanın reklamı, satış xidmət və ya
hadisə haqqında informasiyanın yayılması üçün rubrika reklamı,
ucuzlaşmış qiymətlərlə satışın elan olunması üçün satış reklamı və
konkret ideyanın müdafiə olunması üçün, izahat-təbliğat reklamlarından
istifadə edilir.
Reklamın kökləri qədim dövrə gedib çıxır. Onun əsas istifadəçiləri
sosialist ölkələrində tətbiq olunurdu, istər “koka- kola” markasına,
ümümdünya miqyasında üstünlük verilməsinin yaradılması, istər
istehlakçılarda süd içməyə qarşı meylin formalaşdırılması, istərsə də
doğumun məhdudlaşdırılması metodlarmdan istifadə olsun-reklam
müraciətlərinin yayılmasının ən səmərəli üsuludur.
Təşkilatlar reklamın yerinə yetirilməsinə müxtəlif tərzdə yanaşırlar.
Xırda firmalarda reklamla adətən satış şöbəsinin reklam agentliyi ilə
vaxtaşırı əlaqəyə girən işçilərdən biri məşğul olur. İri firmalar özlərində
reklam şöbələri təsis edirlər. Bu şöbənin müdiri marketinq üzrə
vitse-prezidentə tabe olur. Reklam funksiyalarına reklam üçün ümumi
büdcənin işlənib hazırlanması, agentliyin təqdim etdiyi elan
kampaniyalarının təsdiqi, poçt vasitəsilə birbaşa reklam tədbirlərinin
yerinə yetirilməsi, reklamın tərtibatı və reklam agentlərinin formalarının
həyata keçirilməsi daxildir. Firmaların əksəriyyəti kənar reklam
agentlərinin xidmətlərindən istifadə edirlər.
Reklam sahəsinin əsası olan qərarı və ya yuxarıda göstərilən reklam
fəaliyyəti proqramını işləyib hazırlayarkən, marketinq xidməti rəhbərləri
prinsipial əhəmiyyəti olan beş qərar qəbul etmişlər. Bu qərarir yuxarıdakı
cədvəldə öz əksini tapmışdır. Aralıq dənizi ölkələri ərazisində qazıntılar
zamanı arxeoloqlar müxtəlif hadisələr və təkliflər haqqında xəbər verən
lövhəciklər tapmışlar. Romalılar divarlarda döyüşlər haqqında elanların
şəklini çəkir. Müxtəlif təntənəli yürüşlərin marşrutlarındakı qayalarda öz
mallarını tərifləyən yazılar təsvir edirdilər. Bunlar müasir xarici reklamın
əcdadları idi. Pompeydəki divar
37
yazılarından biri siyasi xadimi tərifləyir və adamlarına səs verməyə
çağırırdı.
Reklamın ilk növlərindən birini şəhər başçısı təcəssüm etdirirdi.
Qədim Yunanıstanın qızıl əsri Afinanın küçələrini dolaşıb, qulların,
mal-qaranın satışı haqqında elan edən carcıları görmüşdü. Afinanın
qədim sakini üçün nəzərdə tutulmuş reklam nəğməsi belə səslənirdi:
gözlərin parıldaması üçün, qız
gözəlliyinin saxlanılması üçün, ağıllı qadın kosmetikam münasib
qiymətlərlə dükanlardan alacaqdır.
Reklamın ilk növlərindən biri də sənətkarlann-dulucçuluqla məşğul
olanların məmulatlara (mallara) vurduqları damğa olmuşdur.
Sənətkarların bacarığı haqqında şayiələr yayıldıqca, alıcılar onun
damğası olan malları axtarmağa başlayırdılar. Bu gün həmin məqsədlər
üçün əmtəə nişanlarından və marka adlarından istifadə edirlər.
Qutenberqin çap dəzgahını icad etdiyi 1450-ci il reklam tarixində
dönüş nöqtəsinə çevrildi. İngilis dilində ilk elan 1478-ci ildə meydana
çıxdı. 1622-ci ildə ingilis dilində buraxılan ilk qəzet reklamın inkişafına
böyük təkan verdi. Sonradan isə Edison və Stil reklamın sadiq
mübarizələrinə çevrilərək ‘Tetlər” qəzetini buraxmağa başladılar, Edison
reklam tərtibatçılarını öz tövsiyələrini və məsləhətlərini daim qəzetlərdə
işıqlandırmağa çağırırdı. “Tetlerin” 1710-cu il 14 sentyabr tarixli
nömrəsində ülgüclərin itilənməsi üçün qayışların, patentləşdirilmiş tibbi
prepatlarının və s. geniş istehlak mallarının reklamı dünyaya yayıldı.
Birləşmiş ştatlarda reklam ən yüksək səviyyəyə çatmışdır.
Bencamin Franklini Amerika reklamının atası sayırdılar. Onun 1729-cu
ildə meydana çıxan qəzeti Amerikanın bütün qəzetləri arasında ən böyük
tiraja malik idi və ən böyük reklam nəşrləri içərisində böyük uğurlar əldə
etmişdi. Amerikanın reklam beşiyinə çevrilməsinə bir neçə amil təsir
göstərmişdir. Birincisi, Amerika sənayesi istehsalın mexanikləşdirilməsi
prosesində liderlik edirdi və bunun nəticəsində əmtəə artıqlığı yarandı və
istehlakçıların daha çox mallar almağa həvəsləri, maraqları artdı.
38
ikincisi, su yollarının, Şosse və adi yollar şəbəkəsinin yaradılması
əmtəələrin və reklam vasitələrinin kənd rayonlarına çatdırılmasını
reallığa çevirdi. Üçüncüsü 1813-cü ildə məcburi ibtidai təhsilin tətbiqi
savadlılıq səviyyəsini yüksəltdi, qəzet və jurnallarının artmasına şərait
yaratdı. Radionun və televiziyanın yaranması reklamın daha da inkişafına
böyük şərait yaratdı, qəzet və Jurnalların artmasına şərait yaratdı.
ABŞ, Medison - avenu amerikalıların əksəriyyətinə tanış olan bu söz
birləşməsi Nyu-Yorkun mərkəzində, bir sıra iri Reklam agentlərinin
qərargahları yerləşən, küçəyə aiddir. Bu qərargahlarda 30 minə yaxın
adam çalışır. Ölkədə olan 6000 reklam agentlərinin əksər hissəsi isə
Nyu-Yorkun hüdudlarından kənarda yerləşir. 1988-ci ildə dünya
miqyasında dövriyyə göstəricisinə görə ABŞ-ın ən böyük yeddi reklam
agentlikləri siyahısına: Nolfer Tompson, Makkann-Erikson, yanq end
Rubikam, Oqilvi end Meyter, BBDO Ted.Beyts və leo Bernut daxil idi.
Dünyada ən böyük reklam agentliyi Yaponiyadadır və Dent su adlanır.
Özlərinin güclü reklam şöbələri olan firmalar belə, reklam
agentlərinin xidmətlərinə müraciət edirlər. Agentlikdə yaradıcı və texniki
mütəxəssislər çalışır və çox vaxt onlar reklam funksiyalarını firmanın
ştatında olan əməkdaşlardan daha yaxşı və səmərəli yerinə yetirlər.
Bundan başqa agentlər firma qarşısında duran problemlərə heç də biganə
qalmırlar, müxtəlif müştərilərlə işin aparılmasına daim qayğı göstərirlər.
Reklam agentlərinin xidmətləri reklam vəsaitlərindən əldə edilən
komissiya güzəştləri hesabına ödənilir və buna görə də bu reklamlar,
firmalar üçün ucuz başa gəlir. Firmaların istənilən anda müqaviləni
pozmaq hüququnun olması isə, agentlərin səmərəli işləməsi üçün güclü
həvəs yaradır.
Reklam agentliyinin əsasını adətən dörd şöbə təşkil edir: elanların
işlənib hazırlanması və istehsalı ilə məşğul olan yaradıcı şöbə; reklam
vasitələrinin seçilməsinə və elanların yerləşdiril- məsinə cavab olan
reklam vasitələri şöbəsi; auditoriyanın xüsusiyyətlərini və ehtiyaclarını
öyrənən tədqiqatlar şöbəsi və
39
agentliyin fəaliyyətinin kommersiya tərəfi ilə məşğul olan kommersiya
şöbəsi. Hər bir müştərinin sifarişləri ilə məsul icraçı məşğul olur,
ixtisaslaşdırılmış şöbələrin əməkdaşlarına isə bir və ya bir neçə
müştərinin sifarişlərinə xidmət göstərilməsi tapşırılır. Çox zaman
agentlər öz nüfuzları sayəsində özlərinə yeni müştərilər cəlb edirlər.
Amma bir qayda olaraq, müştəri bir neçə agentliyə müsabiqə təqdimatı
keçirməyi təklif edir və bunun nəticələrindən asılı olaraq seçimlər
aparılır.
Reklam agentlikləri komissiya mükafatı və bəzən qonorar şəklində
kompensasiya alırlar. Adətən agentliyin aldığı reklam vasitələri
dəyərindən 15% güzəştlə satılır. Həm reklam vericiləri, həm də
agentliklər komissiya güzəştləri sistemindən narazılıqlarım bildirirlər.
Böyük reklam vericiləri sadəcə olaraq, kiçik reklam vericilərindən daha
çox reklam verdiklərinə görə, eyni xidmətlərə görə, xeyli artıq haqq
ödədiklərindən şikayətlənirdilər. Reklam veiriciləri hesab edirlər ki,
komissiya güzəştləri, ucuz reklam vasitələrindən və qısa müddətli reklam
kampaniyalarından agentliklərin diqqətini yayındırır. Agentliklər heç bir
mükafat almadan müştəriyə əlavə xidmətlər göstərdiklərindən
gileylənirlər. Bu gün kompensasiya sisteminə, birbaşa qonorarlara və
yaxud da komissiya haqqı ilə qonorarların birləşməsi olan sistemə daha
çox meyl göstərirlər. Tam xidmət silsiləsi olan agentliklər, reklam
vasitələrinin alınması, reklam mətnlərinin yaradılması, reklam
materillarmın istehsalı üzrə ixtisaslaşmış məhdud xidmət silsiləli
agentliklər tərəfindən artan rəqabətə məruz qalırlar. Kommersiya
müdirləri, reklam agentliklərindən daha çox hakimiyyət qazanır və
yaradıcı heyətdən mənfəət əldə edilməsinə yönəlmələrini təkidlə tələb
edirlər. Bəzi reklam vericiləri fırmadaxili reklam agentliklərini açaraq,
özlərinin əvvəlki reklam agentləri ilə olan uzunmüddətli əlaqələrini
qırırlar. Nəhayət federal ticarət komissiyası istəyir ki, reklam agentləri,
yalan reklama görə müştərilərlə bərabər məsuliyyət daşısınlar. Göstərilən
meyllər bu faəliyyət sahəsində dəyişdiklərə səbəb olacaqdır, lakin, öz
işini layiqincə yerinə yetirən agentliklər salamat qalacaqdır.
40
|