Dərslikdən Biznes və reklam sahəsində Menecmentin məqsəd və vəzifələri



Yüklə 1,31 Mb.
Pdf görüntüsü
səhifə15/87
tarix31.12.2021
ölçüsü1,31 Mb.
#49636
növüDərs
1   ...   11   12   13   14   15   16   17   18   ...   87
biznes-ve-reklam

Cədvəl 2.3. Xidmət göstərən idarələrin 
(müəssisələrin) qarşılıqlı əlaqələri 
Reklam  agentliyi,  informasiya  vasitələri  və  tədqiqat  təşkilatlan 
reklamverənin  öz  təşkilatma  nisbətən  kənar  (xarici)  müəssisələr 
(təşkilatlar)  hesab  edilir.  Digər  idarələr  (təşkilatlar)  nəzarətçi  rolunu 
oynayır;  onlar  reklamverənlə  qarşılıqlı  surətdə  əlaqə  saxlayır  və  onun 
qərar qəbul etməsinə müxtəüf cür təsir göstərirlər. 
Hökumət və rəqabət - nəzarət amilləridir. 
Birbaşa  və  dolayısı  rəqiblər  kənar  (xarici)  məhdudlaşdırıcı  rolunu 
yerinə  yetirirlər.  Başlıca  rəqiblərin  və  onlarm  bazara  yeriməsi  (daxil 
olması)  metodlarmm  aşkara  çıxarılması,  habelə  davranış  strategiyası 
reklam menecmentinin vacib (mühüm) hissəsidir. 
68 


Reklamverənin reklam vasitəsilə təmasda olmağa çalışdığı bazarlar 
və  istehlakçılar  reklamı  irəli  sürən  və  ona  nəzarət  edən  daha  iki  əlavə 
kənar amillər kimi nəzərdən keçirilir. 
 
Cədvəl 2.4. Reklam menecmenti sahəsinin baş 
(əsas) idarələri (müəssisələri) 
İstehlakçı  idarəedici  qüvvədir,  reklamı  nəzərdən  keçirib- 
keçirməməyi, malı (xidmətləri) alıb-almamağı və s. o həll edir. Sözün əsil 
mənasında istehlakçı da məhz odur, reklam kampaniyaları da məhz ona 
istiqamətlənir, kütləvi informasiya vasitələri də məhz ondan ötrü istifadə 
olunur,  reklam  agentlikləri  öz  müraciətlərini  onun  üçün  yaradırlar  və 
reklam tədqiqatları da onun davranışlarının öyrənilməsi əsasında yerinə 
yetirilir. 
Bazarların  və  istehlakçı  davranışalrının  eyniləşdirilməsi  və  dərk 
edilməsi reklam menecmentinin həyati baxımdan ən vacib hissəsidir. 
69 


Təqdim  olunan  materialın  tarazlığı  bir  tərəfdən  reklamın 
planlaşdırılması məsələlərinin nəzərdən keçirilməsindən, digər tərəfdən 
isə  bazarların,  rəqabətin  və  hökümət  təşkilatlarının  tələbləri  nəzərə 
alınmaqla qərarın qəbul edilməsindən ibarətdir. 
Kiçik  və  irimiqyaslı  reklamverənlər  xidmət  göstərdikləri 
müəssisələrin istifadə dərəcələrinə görə fərqlənə bilərlər. Fərdi şəxslər və 
kiçik  reklamverənlər  kütləvi  informasiya  vasitələrində  (KİV)  vaxtı  və 
yeri  bilavasitə  alırlar  və  reklam  agentliklərindən,  yaxud  tədqiqat 
təşkilatlarının xidmətlərindən istifadə etmirlər. 
Tipik iri reklamverənlər müqavilə üzrə bir, yaxud bir neçə reklam 
agentlikləri ilə əməkdaşlıq edirlər və öz tədqiqatlarmı aparmaqla birlikdə 
çox saylı tədqiqat növlərinin haqqmı ödəyirlər. 
İri reklamverənlər 1.1 .-ci cədvəldə göstərilən sistemdən bütünlüklə 
istifadə  edirlər,  halbuki  kiçik  reklamverənlər  büdcələrinin  məhdudluğu 
səbəbindən həmin sistemin yalnız ayrı-ayrı hissələrindən istifadə edirlər. 
Reklamverənlər aşağıdakılara görə fərqlənirlər: 
-  xidmət göstərdikləri bazarlara görə; 
-  istehsal etdikləri mallara və göstərdikləri xidmətlərə görə
-  istifadə etdikləri informasiya yayımı vasitələrinə görə; 
- xidmət  göstərdikləri  istehlakçmın  tipinə  (növünə)  görə  (geniş 
(kütləvi) istehlakçı qrupuna hesablanmış reklamverənlər, sənaye, yaxud 
pərakəndə tipli reklamverənlər. 
Geniş  (küthvi)  istehlakçı  qrupuna  hesablanmış  reklamverənlər 
başlıca olaraq, uzunmüddətli, yaxud qısamüddətli ilkin tələbat mallarmm 
istehsalı ilə və istehlak bazarlarına xidmət göstərilməsi ilə məşğuldurlar. 
Sənaye  reklamverənləri  əsasən  sahə  bazarlarmdan  ötrü  malları 
istehsal  edir  və  satırlar,  pərakəndə  satıcılar  isə  öz  mağazalarma  daimi 
müştəriləri cəlb etməkdən ötrü çox vaxt yerli reklamdan istifadə edirlər. 
İri  firmalar  adətən  bir  neçə  bazara  xidmət  göstərirlər,  bu  da 
nəzərdən  keçirilən  kriteriyalara  görə  reklamverənlərin  təsnifatınınm 
əhəmiyyətini  azaldır.  İnformasiyanm  yayılması  vasitələrindən  istifadə 
sahəsində fərqlər müəyyən ölçüdədir. 
70 


Pərakəndə  reklam  verənlər  adətən  qəzet  reklamlarından  istifadə 
edirlər.  İstehlak  mallarının  və  xidmətlərin  reklamverənləri  istehlakçılar 
üçün  televiziyadan,  radiodan  və  jurnallardan  istifadə  olunmasına  daha 
çox  üstünlük  verirlər.  Sənaye  reklamverənləri  isə  sahə  jurnallarından, 
işgüzar nəşrlərdən, birbaşa poçt reklamlarından və sənaye sərgilərindən 
istifadə edirlər. 
Sənaye  reklamverənlərinin  auditoriyası  çox  vaxt  müfəssəl 
informasiyanı qəbul edib götür-qoy edən sənətkarlardan ibarət olur. 

Yüklə 1,31 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin