kampaniyalar “kateqoriya meneceri” vəzifəsini təsis edirlər ki,
o da fərdi
nişan (marka) menecerlərinin işinə nəzarətə və onun koordinasiya
olunmasına görə cavabdehlik daşıyır və kampaniyanın öz markaları
arasında qeyri-məhsuldar rəqabətin əmələ gəlməsinə yol vermir.
Bütün reklamverənlər öz məqsədlərinin həyata keçirilməsindən ötrü
KİV-in (massmedianm) bəzi formalarmdan istifadə edirlər.
İnformasiyanın yayılması vasitələrinin inkişafındakı nailiyyətlər həmişə
reklamın inkişafına öz əhəmiyyətli təsirini göstərmişdir.
Qəzetlər informasiya vasitələrinin aparıcı kateqoriyalarından
biridir. Ümumi məsrəflərdə birbaşa poçt reklamlarımn da payı artmışdır.
Birbaşa poçt reklamımn üstünlüyü məqsədli (təyinatlı) auditoriyanın
dəqiq müəyyənləşdirilməsindən və böyük miqdarda reklam məlumatlan
təqdim etmək qabiliyyətindən ibarətdir. Sənaye və digər reklamverənlər
əsasən sahə jumallanndan istifadə edirlər. Televiziya daha çox yer tutur.
Reklamverənin kütləvi informasiya vasitələrinə etdiyi xərclərin
xeyli hissəsini reklam agentliklərinin, bir və ya bir neçə tədqiqatçı
təşkilatlann xidmətlərindən istifadə etmə xərcləri təşkil edir. Bütün bu üç
tip idarələr reklam menecmentində xidmət göstərən, yaxud xidmət
menecmetini irəlilədən idarələrin (müəssisələrin) ilkin səviyyəsini əməl
gətirir (cədvəl I.I.). Təqdim olunan sxemdən görünür ki, tipik reklam
kampaniyası reklamverənin, agentliyin, bir və ya bir neçə tədqiqatçı
təşkilatlann nümayəndələrindən ibarət planlaşdırma qrupunun, yaxud
layihələri işləyib hazırlama qrupunun səyləri ilə inkişaf etdirilir.
Reklam agentliyi reklam münasibətlərinin nadir subyektidir ki, bu
da əksər hallarda məlumatların yayılması üzrə yaradıcı qərarlar və yayım
vasitələri üzrə qərarlar qəbul edir, habelə bazarm geniş tədqiqini təmin
edir və hətta marketinqin ümumi planına da qoşulur. Agentliklə
reklamverənin bəzi təmaslarında agentlik müstəqil hərəkət edir; digər
sahələrdə reklamverən reklam kampaniyasının inkişati prosesində
yaradıcı qərarların və KİV (kütləvi informasiya vasitələri) üzrə qərarların
qəbulu sahəsində fəal iştirakçı kimi qalır.
Səmərəli (effektiv) reklam yaradıldıqca agentliklərin ölçüləri və
onların istehlakçılara təsiri də artmışdır.
72
Bir çox iri və yaxşı məlum olan agentliklər birləşmə və qarşılıqlı
surətdə qovuşma nəticəsində böyük reklam təşkilatlarmm bir hissəsinə,
yaxud qruplarına çevrilmişlər.
Bu qovuşma və artım dalğasınm səbəbləri əsasən bütün dünyada
reklam agentliklərinin formalaşması ilə izah olunur.
Bu kimi qloballaşma
çox vaxt “qlobal nişanların (markaların, malların)” artması ilə müşayiət
olunur ki, bunlar da analoji ümumdünya reklam kampaniyalarınm
keçirilməsindən istifadə edirlər.
Bu kimi meqaqruplarm yaradılmasının ikinci başlıca cəhəti bundan
ibarətdir ki, reklam agentlikləri və kütləvi informasiya vasitələrində
reklam onların müştərilərinin daha çox ümumi kommunikasiya və
marketinq işinin yalnız bir hissəsidir buraya da satışm, ictimaiyyətlə
əlaqənin stimullaşdırılması, birbaşa marketinq, marketinq və i.a. daxildir.
Kompleksin bu və digər elementləri reklama (reklam üçün nəzərdə
tutulan vəsaitlər çox vaxt satışın, yaxud birbaşa marketinqin
stimullaşdırılmasına yönəldilir) nisbətən daha çox sürətlə artdığı üçün
kampaniyalardan ötrü təkcə mediavasitələrin deyil, həm də digər
vasitələrin imkanlarını müştərilərə təqdim etmək əhəmiyyət kəsb edir.
Bunun da mahiyyəti ondan ibarətdir ki, müştərinin birləşmiş
kommunikasiya tələbatları elə həmin meqaqrupun bölmələri tərəfindən
daha yaxşı koordinasiya olunur və yerinə yetirilir.
Bir neçə reklam agentliklərinin sahibi olan holdinq reklam
agentlikləri qruplarımn üçüncü səbəbi bundan ibarətdir ki, sifarişlər
arasında münaqişəyə yol verilməsin; müştəri onun rəqibinə xidmət
göstərən agentlikdə öz sifarişini heç vaxt yerləşdirməz. Lakin, əgər rəqib
öz sifarişini meqaqrupun agentliklərindən birisində yerləşdirmişsə,
potensial müştəri öz sifarişini qrupun digər agentliklərində yerləşdirmək
cəhdindən imtina etməz, çünki o, şəbəkənin digər agentliklərinin müstəqil
işlədiyini zənn edə bilər.
Agentliyin altı ən vacib atributları olmalıdır: yaradıcılıq, maliyyə
icraçılığı (qabili>
7əti), istifadə olunan KİV, ən yaxşı menecment,
marketinq, tədqiqatlar. Reklam ekspertlərinin
fikrincə agentliklərin güclü
Dostları ilə paylaş: