Dərslikdən Biznes və reklam sahəsində Menecmentin məqsəd və vəzifələri



Yüklə 1,31 Mb.
Pdf görüntüsü
səhifə8/87
tarix31.12.2021
ölçüsü1,31 Mb.
#49636
növüDərs
1   ...   4   5   6   7   8   9   10   11   ...   87
biznes-ve-reklam

1.4. Reklam vəzifələrinin bölüşdürülməsi 
Reklam  proqramının  işlənib  hazırlanması  prosesində  ilk  addım 
reklam  vəzifələrinin  müəyyənləşdirilməsidir.  Bu  vəzifələr  məqsədli 
bazarların  seçilməsi,  marketinq  mövqeyinin  müəyyənləşdirilməsi  və 
marketinq  kompleksi  haqqında  əvvəllər  qəbul  edilmiş  qərarlardan  irəli 
gələ  bilər.  Marketinq  mövqeyinin  müəyyənləşdirilməsi  strategiyası  və 
marketinq kompleksinin yaradılmasına yanaşma kompleksini, marketinq 
proqramı çərçivəsində reklamın məhz nə ilə məşğul olacağını göstərir. 
Əlaqələr və satış sahəsində, reklamların qarşısında çoxlu miqdarda 
konkret  vəzifələr  qoymaq  olar.  Onlar  reklamın  məlumatını  vermək, 
nəsihət  vermək  və  xatırlamaq  təyinatından asılı  olaraq,  təsnifləşdirmək 
olar. Reklamın bəzi vəzifələri aşağıdakı cədvəldə göstərilmişdir. 
Cədvəl 1.4. 
Reklamın mümkün məqsədləri 
Reklamın növü 
Reklamın məqsədləri 
Məlumatverici 
Yeni  əmtəə  və  ya  mövcud  olan  əmtəənin  yeni 
tətbiq  sahələri  barədə  bazara  danışmaq. 
Qiymətin  dəyişməsi  barədə  bazara  məlumat 
vermək  əmtəənin  işlədilməsi  prinsiplərini  izah 
etmək,  göstərilən  xidmətlərin  təsviri,  yalnız 
təsəvvürlərə düzəliş vermək, yaxud istehlakçının 
qorxusunu  aradan  qaldırmaq,  firmanın  surətini 
yaratmaq 
Nəsihətverici 
Markaya  üstünlük  verilməsinə  nail  olmaq, 
istehlakçını 
sizin 
markaya 
keçməyə 
həvəsləndirmək,  istehlakçı  tərəfindən  əmtəənin 
xüsusiyyətlərinin  qavranılmasını  dəyşdirmək, 
istehlakçını təcili surətdə 
41 


 
bazarlığa  sövq  etmək,  istehlakçının  kom- 
muvoyaceri qəbul etmək zəruriliyinə inandırmaq 
Xatırladıcı 
Əmtəənin  bu  yaxınlarda  gərək  olacaqını 
istehlakçılara 
xatırlatmaq, 
Mövsümlərarası 
dövrlərdə  əmtəənin  istehlakçı  yaddaşmda 
qalmasına 
nail 
olmaq 
əmtəə 
barədə 
məlumatlılığı yüksək səviyyədə saxlamaq 
Məlumatverici  reklam  əmtəənin  bazara  çıxarılması  mərhələsində, 
qarşıda  ilkin  tələbatı  yaratmaq  vəzifəsi  durduqda,  üstünlük  təşkil  edir. 
Belə  ki,  istehsalçıların  və  istehlakçıların  məhsulu  haqqında  qidanın 
əhəmiyyətinin və istifadəsinin çoxlu sayda üsulları haqqında məlumatın 
verilməsi vacib şərtdir. 
Nəsihətverici  reklam  artım  mərhələsində,  firma  qarşısında  seçmə 
tələbatı  yaratmaq  vəzifəsi baş  qaldırdıqda  xüsusi  əhəmiyyət  kəsb  edir. 
Nəsihətverici reklamların bir hissəsi eyni bir əmtəə sinfi çərçivəsində bir 
markanın digəri və ya bir neçə marka ilə konkret müqayisəsi hesabına 
üstünlüklərini bərqərar etməyə çalışan müqayisə reklamı kateqoriyasına 
keçir.  Müqayisə  reklamından  dezodorantlar,  diş  pastası,  şinlər  və 
avtomobillər kimi əmtəə kateqoriyalarından istifadə edirlər. 
Xatırladıcı  reklam  yetknlik  mərhələsində  istehlakçını  əmtəənin 
çeşidini  artırmağa  həvəsləndirmək  vacib  şərtdir.  Koka-kolanın 
jurnalından bahalı reklamlarının məqsədi adamlara məlumat verib, onları 
inandırmaq  yox,  bu  işçiləri  onlara  sadəcə  olaraq  xatırlatmaq  lazımdır. 
Hal-hazırki,  alıcıları  əmtəənin  çeşidinin  çevrilməsində  düzgün 
reklamların verilməsi də və yayımı da vacib şərtdir. 
Öz  reklamının  məqsədlərini  müəyyənləşdirdikdən  sonra,  formaca 
ayrıca  götürülmüş  hər  bir  əmtəə  üçün,  reklam  büdcəsini  işləyib 
hazırlamağa  başlaya  bilər.  Reklamın  rolu  əmtəəyə  olan  tələbatın 
artmasındadır. Buna görə də firma nəzərdə tutulmuş satış göstəricilərini 
əldə  etmək  üçün,  mütləq  lazım  olan  məbləğdə  pul  xərcləmək  lazım 
olacaqdır. 
42 


“Düpon” və “Anxoyzer - Buş” kimi firmalar öz reklam büdcələrini 
işləyib  hazırlayarkən,  reklam  təcrübələrinin  keçirilməsi  üçün  vəsaitin 
ayrılmasını nəzərdə tuturlar. Belə ki, “Anxoyzer-Buş” xərclərinin artması 
və azalması ilə əlaqədar xeyrini və ziyanını aşkar etmək üçün, bir satış 
ərazisində xərclərin orta səviyyədən yuxarı, digərində isə aşağı nəzərdə 
tutulur və onların nəticələrini nəzarət əraziləri qrupunun göstəriciləri ilə 
müqayisə  edilir.  Belə  təcrübələr  əsasında  alman  nəticələr 
“Anxoyzer-Buş”  firmasına  bazar  payını  itirmədən  reklam  xərclərini 
əhəmiyyətli surətdə ixtisar etməsinə şərait yaradacaqdır. 
Reklama müraciət haqqında qərarlar. 
Reklamm  vəzifələrini  və  reklam  büdcəsini  müəyyənləşdirdikdən 
sonra,  rəhbərlik  reklama  ümumi  yaradıcı  yanaşma,  onun  yaradıcı 
strategiyasını  işləyib  hazırlamalıdır.  Onun  yaradılması  prosesinin  üç 
mərhələsini:  müraciətin  ideyasının  yaradılması,  müraciət  variantlarının 
qiymətləndirilməsi  və  seçilməsini,  müraciətin  yerinə  yetirilməsini 
bir-birindən fərləndirmək olar. 
Müraciətin  ideyasının  yaradılması. 
Reklam  qarşısında  qoyulmuş 
məsələlərin həll edilməsinə yönəlmiş ideyaların yaradıcı işçiləri müxtəlif 
metodlardan  istifadə  edirlər.  Bir  çox  ideyalar  istehlakçılar,  dilerlər, 
ekspertlər  və  rəqiblərlə  söhbət nəticəsində  meydana çıxır.  Sizdə  “Şlits” 
pivəsi  yoxdursa,  deməli  pivəniz  yoxdur  -  çağırışı  altında  keçirilən 
kampaniya  reklam  agentliyinin  işçisinin  “Şlits”  olmadığı  məlumatına 
cavabını eşitdikdən sonra, istehsal fəaliyyətini gücləndirmişlər. 
Müraciət variantlarının qiymətləndirilməsi və seçilməsi. 
Reklamvericinin mümkün müraciətlərinin qiymətləndirilməsi vacib 
şərtdir. Müraciət hər şeydən əvvəl, onu qəbul edənə əmtəə haqqında nə isə 
arzulanan və ya maraqlı bir şeyi danışmalıdır. Bundan başqa, müraciət bu 
əmtəə kateqoriyasının, başqa markalara xas olmayan, xüsusi bir məlumat 
verməlidirlər.  Nəhayət,  müraciət  həqiqətə  uyğun  və  ya  subut  edilən 
olmalıdır. 
Müraciətin  yerinə  yetirilməsi. 
Müraciətin  təsir  dərəcəsi  təkcə  nə 
söylənildiyindən yox, həm də onun necə deyildiyindən 
43 


asılıdır.  Müraciətlərin  yerinə  yetirilməsi  zamanı  yuyucu  vasitələrdən, 
siqaretlərdən,  qəhvə  və  pivə  kimi  oxşar  əmtəələr  haqqında  söhbət 
getdikcə, böyük əhəmiyyətə malik ola bilər. Reklamverici öz müraciətini 
elə qurmalıdır ki, o məqsədli auditoriyanın diqqətinə və marağına səbəb 
olsun.  Reklamverici  adətən  gələcək  elanın  vəzifələrinin  məzmununun 
yaradılmasına  şərait  yaradır.  Aşağıda  “Pilssveri”  firmasının  “1869 
marka”  peçenyesi  üçün  bişirmə  texnologiyası  işlənib  hazırlanmışdır. 
Reklamın  vəzifəsi-peçenye  istehlakçılarının  bu  gün  evdə  bişirilmiş 
peçeniyası-pillsveri firmasınm “1869 marka” peçeniyanın yaxşı olmasını 
insanları  almağa  inandırmaqdır.  Məzmun  əmtəənin  bu  kimi  xassələri 
üzərində qurulmalıdır. 1. peçenyenin evdə bişirilmiş görkəmi vardır. 2. 
peçenye evdə bişirilən tərkibə daxildir. 3. onun evdə bişirilən peçenya 
yaxşı dadı vardır. Peçenyenin evdə bişirilmiş kimi yaxşı olacağı vədinin 

Yüklə 1,31 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin