Poliqrafiya reklamı da transformasiya baxımmdan çox rəngarəng
imkanlara malikdir. Jurnalın açılması zamam əmələ gələn iri həcmli
təsvir; holoqrafik əlavələr; lazımi səhifənin açılması zamam işə düşən
musiqi mikrosxemləri və i, a. buna əyani misal ola bilər. Satış yerlərində
reklam da reklam kanalının təsirini artırmaq vasitəsinə çevrilə bilər ki, bu
halda çoxlu sayda dizayner ideyalarından istifadə edilməsi mümkündür.
O cümlədən, ənənəvi divar plakatlan ilə birlikdə dizaynerlər mala, yaxud
ticarətə (satışa) ‘qarşı diqqətin cəlb olunmasmdan ötrü döşəmə
reklamlarmdan; büavasitə ödəmə yerlərində malın təsvirinin, yaxud
özünün yerləşdirildiyi asma konstruksiyalardan; firmanın əmtəə
simvolikası ilə təchiz olunmuş funksional elementlərdən (saatlardan,
istifadə edilmiş çeklərdən ötrü səbətlərdən); ticarət (satış) yerlərinm
qapılarına yapışdırılan firma loqotiplərindən, yaxud mal adlarından;
reklam edilən malın formasmda hazırinamış güldan qablardan, yaxud
satış dayaqlarmdan; hərəkət edən vitrinlərdən, ya da zahiri
konstruksiyalardan və i.a. istifadə etmək mümkündür.
Hazırda belə işlərdə əksər hallarda qərb təcrübəsindən geniş istifadə
olunur, elementlərin adları da öz cazibədarlığı ilə diqqəti cəlb edir;
vobbler, stiker, poster, ştender, cumbi, mobayi və i.a. Merqandayzinq
sferasma aid olan bütün vasitələr bütünlüklə “dizayner” xarakterinə
malücdir və bunlarm işlənib hazırlanması reklam dizaynmm perspektiv
istiqamətlərindən biridir.
Dostları ilə paylaş: